Bakıda hava +22°
USD 0.7846 AZN
EUR 1.0097 AZN
15:32GÜLÇİN Ad günü olan hər kəsi təbrik edirəm. 15:25alisa1971 Dəniz xanım, AD GÜNÜN MÜBARƏK,ƏN XOŞ ARZULAR DİLƏYİ ilə 15:05sevaa tebrik edirem deniz84.amma buralar darixdiricidi 15:00Nura ((( darixdiricidii 14:20DENIZ Deniz84 doğüm gününü tebrik edirem her şey ürreyince olsun 14:10Deniz84 Məni çox sevindirdiz.Nə yaxşı ki, varsız. 14:09Deniz84 Qızlar hamınıza səmimi qəlbdən təşəkkür edirəm. 13:59Ilayda Deniz84 Gozel bacim sen gozelliklere laiqsen tebrik edirm 13:50نقر A .Naznaz نقر DENIZ84 tebrik edirem sizi:) 13:45FIRUZA men de qoshuluram tebrike nece bele illere.....
6343
Rus Dili dərs 4

Rus Dili dərs 4
 
Rus dilində sözlərin yazılışı bir çox hallarda onların tələffüzündə fərqlənir. Başqa sözlə desək, sözün yazılışı (orfoqrafiyası) və tələffüzü (orfoepiyası)  müxtəlif qaydalarla izah olunur. Bəs sözləri düzgün tələffüz etmək üçün hansı ümumi qaydaları bilmək lazımdır?

Bu dərsdə rus sözlərinin tələffüzünün yalnız ən başlıca qaydalarından bəhs edəcəyik.


О səsi vurğu altında о (воды), vurğuqabağı hecada isə а kimi (вада) tələffüz olunur. Ikinci vurğuqabağı hecada isə bu səs karlaşır (въдавос—водовоз).


Lakin вода sözünün birinci hecasında həmişə o yazılır.


Rus dilində işlədilən və bu dilə başqa dillərdən keçmiş sözlərdə о səsi vurğusuz belə о kimi tələffüz olunur (отель, поэт, поэзия, фонетика, Золя, Шопен və s).


İkinci təsrif fellərinin (глаголы второго спряжения) vurğusuz sonluqları ат, ят (üçüncü şəxsin cəmi), birinci təsrifə daxil olan fel sonluqları ут, ют (üçüncü şəxsin cəmi) kimi tələffüz olunur. Məsələn, дышат, гонят, любят yazıldığı halda, дышут, гонют, любють, kimi tələffüz olunur.


Гий (строгий), кий (горкий), хий (тихий) sonluqları ilə bitən sözlərdəki г, к, X səsi qalın, bunlardan sonra gələn səs isə kar tələffüz olunur: строгъй, горькъй, тихъй. Eləcə də Чаиковскии сөзү Чайковскъй, Горький sözü Горькъй kimi tələffüz olunur.


Fel sonluqları тся, ться, тца (uzun tələffüz olunan ц) şəklində tələffüz olunur: умываться—умыватца, боится— боитца.


Что, чтобы, sözləri што, штобы kimi tələffüz edilir.


Жужжать (vızıldamaq), дожди tipli sözlərdə uzun ж incə (yumşaq) tələffüz olunur: жужжять, дажжи.


Семь, восемь və s. sözlərindəki м səsi incə tələffüz edilir.


жч və зч samit səs qrupları uzun ş şəklində tələffцz edilir:мужчина, грузчик, расказчик—мущина, грущик, расскащик.


Братский, советский, городской və belə tipli başqa sözlərdə те və де samit qrupları ц kimi deyilməlidir: брацкъкий, совецкъй, горацкой.


Гц və дц qrupları ikiləşmiş (двойное) uzun (долгое) ц şəklində tələffüz edilməlidir: дватцать—дваццать, молодца—малацца.


Гк və гч qrupları хк və хч şəklində tələffüz olunur: легко, мягко, легче, мягче, лехко, лехче, мяхче.


Марксисткин, большевисткий və s. sözlərdəki стек səs birləşməsi adətən т-sız tələffüz edilir: марксисский, болшевисский.

Стн, здн və стл qrupları сн, зн, сл (yəni т və д olmadan) şəklində deyilməlidir: лестница, честный, известный, властый, поздно, праздник—лесница, чесный, извесный, власный, позно, праздник kimi tələffüz edilir.

Ого, его ilə bitən sifətlər yiyəlik və təsirlik hallarında ово, ево şəklində tələffüz edilir: большого—большово, свежего—свежево.


Vurğulu saitlər daha aydın səslənirlər. Vurğusuz vəziyyətdə isə sait səslər zəif tələffüz olunurlar. Məsələn, (а), (о) vurğulu hecadan qabaqkı birinci hecada qalın samitlərdən sonra fərqlənmirlər və zəif səslə (а) tələffüz edilirlər: вдали belə tələffüz edilir (вдали); стола (стала) və s. Qalan vurğusuz hecalarda isə bu iki sait daha zəif olunur.

Г səsi rus ədəbi dilində partlayan samitdir və sözlərin sonunda gəldikdə karlaşaraq к kimi tələffüz olunur; Misal üçün, от испуга—испу (к); у моего друга—дру(к) və s.

Cingiltili samitlər (sonor səslər-л, м, н, р, -dan başqa) sözlərin axırında və kar samitlərdən qabaq karlaşırlar, kar samitlər isə cingiltili samitlərdən əvvəl gəldikdə cingiltili tələffüz edilirlər, məsələn столбы—стол (п); дрова—дро (ф); низкo—ни (с) ко; просили—про (з) ба.


Bütün samitlər (yalnız həmişə qalın olanlardan başqa),и və с saitlərindən qabaq incə tələffüz olunurlar. Məsələn: белые, низкие, низина. Başqa dillərdən keçmiş bir sıra samit səslər e-dən qabaq yenə də qalın tələffüz edilir. Məsələn: тема, партнер və s.


Скучно, конечно, нарочно və s. чн tərkibli sözlərdə həmin чн (шн) kimi tələffüz olunur, yəni скушно, кокешно, нарошно və .s.


Üçüncü şəxs fellərinin sonundakı т samiti həmişə qalın tələffüz olunmalıdır. Məsələn: пишет, читает, говорит, смотрит.


?зм suffiksli isimlərdə з qalın tələffüz edilir: капитализм, марксизм və s.


Sifətlərin adlıq halının cəmində ые və ие sonluqları ыи və ии səs birləşmələri kimi tələffüz olunmalıdır: голубые (yazılır)—голубыи (tələffüz olunur); синие (yazılır)—синий (tələffüz edilir)...
Ф axırı ов-la qurtaran sözlərdə, yəni домов—домо(ф); слов—сло(ф); ров (хәndәк)—ро(ф) kimi tələffüz olunmalıdır.

Qeyd etdiyimiz bu qaydaları yaxşı mənimsəyin və onlara riayət etməklə sözlərin düzgün tələffüzünə çalışın. Aşağıdakı sözləri qeyd edin və onları düzgün tələffüz edin. Əgər çətinliklə rastlaşmalı olsanız, müraciət etməyi unutmayın.

Город, галка (dolaşa, zağca), гора, выгода, ограда, вагой, семга (somqa balıq), вперед, подвиг, рассказывает, сугроб, темп, теннис, террор, девиз, бесшумное (море), одеколон, компресс, облегченно, рассказывание, отдых. 


Redaktə etdi: NoTTe_Di_LuCe - 15 fevral 2012

Səslərin sayı: 34
68
11885
Şərhlər
Offline
Aysu Xalilova
indi burda kimse vaaaaaaaaaaar smile
29 aprel 2012 23:25
Offline
ayan hesenova
tesekurler
1 aprel 2012 21:17
Offline
leyla babayeva
twkler maraqli oldu
25 mart 2012 18:10
Offline
XATIRE
mən burda rus dilin öyrənsəm sizə çox minnətdar olaram.mənə ən çətin gələn dildi
18 fevral 2012 12:21
Offline
Cemka
coooooooooooooox sagolun
17 fevral 2012 18:21
Offline
Dr. S...S
tewk
28 yanvar 2012 00:07
Offline
Raksana.
Halal olsun.cox deyerli dersdir,lazim olan ucun.kimin ehtiyaci varsa ugurlar hamiya.tsk edirem.
10 dekabr 2011 10:21
Offline
Gunel Alizade
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
6 dekabr 2011 16:54
Offline
AYGUN
TESEKKURLER.........
1 oktyabr 2011 17:23
Offline
AZS
Teşekkürler.
25 sentyabr 2011 22:01
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Yazarlar
Son yazılar
Son şərhlər
Ən çox oxunulanlar
Siz hansı tipdənsiniz ? ))
Ağıllı
Dəli
Gözəl
Çirkin
Tipsiz ))