Saçlarımızı boyadarkən nələrə diqqət etməliyik?
Saçlarımız xarici görünüşümüzün ən əhəmiyyətli parçasıdır. Onun zəifləməsini, qurumasını və hətta boyanın təsiri ilə zərər görməsini arzulamarıq. Buna görə də saçımızı boyatmazdan əvvəl nələrə diqqət yetirməyimizin lazım olduğunu ətraflı araşdırdıq.
Hansı boyalar istifadə edilməməlidir? Rəng seçilərkən nələrə diqqət edilməlidir? Xına zərərlidirmi? Hamiləykən saç boyatmaq olarmı? Bütün bu sualları saç mütəxəssisi Uğur Alevyılmazdan cavablandırır. Saçlarınızı boyadarkən diqqət yetirməyiniz lazım olan 10 əhəmiyyətli məqam bunlardır:
1. Əvvəllər heç boyadan istifadə etməyən bir adam boyaya başlamalıdırmı? Yoxsa bəzi saça qulluq maskalarından istifadə etməlidir?
Əgər ağ saçları yoxdursa, amma dəyişiklik etmək istəyirsə, cüzi kölgələrdən istifadə edilməsi ən doğrusudur. Tamamilə dəyişiklik etmək istəyirsə, mümkün olduğu qədər ana rəngdən uzaqlaşmadan boya ilə saçda dəyişiklik edilə bilər. Saçları boyamadan öncə hər hansı bir allergiyasının olub-olmadığını öyrənmək vacibdir.
2. Boyadan istifadə edərkən boya növünə diqqət etməniz məsləhət görülür. Tanımadığınız firmanın boyası ilə saçınızı boyatmayın. Boyanın təbii olması və boyanın içindəki ammonyak nisbətinin aşağı olması saç sağlamlığı baxımından çox əhəmiyyətlidir. Səhv boya seçimi saçı qurudar və saçın zərər görməsinə səbəb ola bilər.
3. Saça tətbiq olunacaq rəng seçilərkən saçınızın formasına və dəri rənginizə ən uyğun rəngi seçmək lazımdır. Dəri rənginizə uyğun gəlməyən tünd rəng sizi yaşca daha böyük göstərər və sizə sərt bir görünüş verər.
Əgər saçda ağ tüklər yoxdursa və saçlarınıza tez-tez rəng qoymaq istəmirsinizsə, ən azından ana rəngə yaxın rəng seçmək təklif edilir.
Saçda ağ tük çoxdursa, açıq tonlardan istifadə etmək daha doğrudur, beləcə, ağ tüklər çıxdığı zaman tez nəzərə çarpmaz.
4. Hamilələrə ilk üç ayda saçlarını boyatmamaları təklif edilir. Hamilələr qoxulara qarşı həssas olduğu üçün saçların boyanmaması məsləhətdir. Üç aydan sonra da hamiləlik boyunca təbii boyalardan istifadə edilməlidir və əgər münkündürsə boyanın saçda saxlanma müddəti az olmalıdır.
Hamilələr saçları üçün boyadan başqa balyajlardan istifadə edə bilərlər, çünki balyaj edilərkən saçın dibi ilə əlaqəsi olmur.
Hamilələr arxayın olmaq üçün saçlarını boyatmazdan öncə mütləq həkimləri ilə məsləhətləşməlidirlər.
5. Dəb olduğu üçün qışda tünd, yazda açıq rəng qoyulmalıdır deyə bir qayda yoxdur. İnsanın üzü və saç quruluşuna görə rəng seçimi ən yaxşısıdır. Unutmayın, saçlarınızı yazda açıq, qışda tünd rəngdə boyadaraq təkrar əvvəlki rəngə qaytarmaq saçınızı zəiflədə bilər. Zəifləmiş, görünüşünü itirmiş saçı kəsməkdən başqa çıxış yolu qalmır.
6. Qadınlar əsasən belə düşünür: "Xına saçları qalınlaşdırır, parlaq edir və zərərsizdir". Amma heç də belə deyil. Çünki saç teli balıq gövdəsi kimidir və onun üzərində pulcuqlar vardır. Xına, saç telini sadəcə üzdən rəngləyir və onların bağlanmasına səbəb olur. İnsan saçının qalınlaşdığını zənn edər, əslində saç telinin üzərində bir təbəqə meydana gəlir, hətta bu zaman saç hava almır və zamanla qurumağa başlaylr. Ona görə də xına qoymaq məsləhət deyil.
7. Diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli məsələ boya alarkən qutularının üzərindəki rənglərə baxıb almamağınızdır. Çünki ümumiyyətlə boya maddəsi ilə üzərindəki saç rəngi uyğun gəlmir. Buna görə də boya kataloquna baxıb bildiyiniz növləri almağınız tövsiyə edilir. Ümumiyyətlə, boyanı təlimatda yazılan vaxtdan daha çox saxlamaq kimi səhvlərə də yol verilir. Qutunun üzərindəki göstərişlərə mütləq əməl etmək lazımdır.
8. Boyadan istifadə edərkən hər dəfə bütün saçın boyanmaması lazımdır. Boya yalnız yeni çıxan dib qisminə sürtülməlidir. Əgər saçın parlaq olmasını istəyirsinizsə, saça uyğun gələn rəng şampunları və kremləri tətbiq oluna bilər. Hər səfərində saça boya çəkilib, saxlanması saçı çürüdər.
9. İstədiyiniz rəng məsələsində qərarsız olsanız, saç ustanıza bəyəndiyiniz və bəyənmədiyiniz rəng tonlarının şəkillərini göstərin. Ən yaxşı nəticəni o zaman əldə etmiş olarsınız. Saç ustanız "Mənim öhdəmə burax, ən yaxşısını edəcəyəm" desə belə diqqətli olun, sonra bəyənmədiyiniz bir saç rəngi ilə qarılaşa bilərsiniz.
10. Saçınızın rəngi üz quruluşunuzu fərqli göstərə bilər. Açıq tonlar insanı yaşlı, tünd tonlar cavan göstərir. Məsələn, saçınızın təpə hissəsinin həcmli görünməsini istəyirsinizsə, saçınızın öz rəngindən bir az daha açıq rənglənməsi, ya da təbii bir balyaj edilməsi daha yaxşı olar. Unutmayın, üzünüzdə bəyəndiyiniz və ya bəyənmədiyiniz yerləri saçınıza tətbiq olunan rəng tonları ilə daha qabarıq edə bilər və ya əksinə, gizlədə bilərsiniz.
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? - 7 MART
Bu adaya kişilərin girişi qadağandır - FOTO
Ərdoğan Quran oxudu - VİDEO
Necə nəfəs alırıq?
Türkiyədə azərbaycanlı hünər göstərdi
Azərbaycanda ən çox yoluxma haradadır?
Dünyada internet nə vəziyyətdədir?
Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilərlər
Müəllimlər mənzillə təmin olunsun
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
“Microsoft” korporasiyası “Tiktok” üçün 30 milyard dollar ödəyə bilər
55 yaşlı kişi ən yaşlı tələbə oldu - Azərbaycanda -FOTO
Dişi anakonda erkək olmadan balaladı
Günün qoroskopu - 01.11.2013
Dünya çempionu: "Şəmkirdə ancaq güclülər yarışırlar"
Ermənistan bir həftə sonra məhv edilmiş hərbçilərinin sayını açıqladı
Qarderob otağının faydası
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
Qarabağda ilk şəhidləri verməyimizdən 28 il ötür
Paytaxtın əsas magistral yollarında sürət həddi ENDİRİLDİ
Ərikli, kişmişli piroq (foto resept)
Mətbəx üçün praktik məlumatlar
Səməni, nə vaxt cücərdim səni?
Qiyməli kartof (foto-resept)
Ən böyük sağlamlıq odur?
Braziliya prezidentinin həyat yoldaşı da koronavirusa yoluxdu
Banan haqqında bilmədiklərimiz
Duyğu xarici qavramalar
Günün qoroskopu: həyatda hər şey gözəldir - məsafələr olmasa...
Dünyanın ən dərin hovuzunu inşa edir-FOTO
Azərbaycanda döş xərçəngi diaqnozu qoyulanlara xoş xəbər...
Qadınlar haqqında maraqlı həqiqətlər
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
4 dəfədən çox ailə qurmaq yasaqlandı
Şəkər xəstəliyinin (Diabetin) müalicəsi
Neftçilərin axtarışları yenə nəticəsiz qaldı
Qaraciyəriniz sağlamdırmı?
Qadınlar üçün 12 qızıl qayda
Hava haqqında - 12.11.2013
Anar Məmmədxanov Moskvada anıldı
Serdar Ortaçın keçmiş xanımı SİRRİ AÇDI
Gözəl dərinin sirri
Kəsmikli- göyərtili börək (foto-resept)
Bir oğlanın sevdiyini necə bilmək olar?
Onlayn ticarət sürətlə artır
Anasının xəstəxanalıq olmasının səbəbkarı o deyilmiş - əsl səbəb bilindi - FOTO
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Bakıya gələn 4 nəfər müayinədən yayınıb
Məşhurların istifadə etdiyi topuz modelləri
Əli Abbasov vəzifəsindən azad edildi
- ŞƏRHLƏR