Süzgəcdən keçirilmiş su için. Gündə neçə şüşə mineral su içirsiniz? Əgər bütün ailəni buna öyrəşdirmiş olsanız, əlbəttə, ay ərzində bu, xeyli "pul" deməkdir. Su kranından suyun içilməsi isə sağlamlığa zərərlidir. Bunun üçün müəyyən su süzgəclərindən istifadə etmək yerinə düşərdi və siz də pulunuza qənaət etmiş olardınız. Həm də ki, sonradan problemlərlə qarşılaşmazsınız.
Süzgəcdən keçirilmiş suyu plastik qablarda saxlamaq məsləhət deyil. Yaxşı olar ki, onu ya şüşə qabda, ya da xüsusi su qablarında saxlayasınız.
Əgər adi su qəbulu sizi təngə gətirirsə, onda ona müəyyən əlavələr də edə bilərsiniz: təzə nanənin və reyhanın bir neçə yarpağını xırdalayaraq süzgəcdən keçirilmiş suya əlavə edin. Sonra cövhər versin deyə yarım saat otaq teperaturunda saxlayın. Sonra isə bir qaşıq bal qataraq qarışdırın.- Portağalı yedikdən sonra qabığını atırsınız? Əbəs yerə. Qurudulmuş sitrus qabığının tərkibi xolesterinin miqdarını azaldan, qaraciyəri toksinlərdən təmizləyən və qanda şəkərin miqdarını tənzimləyən faydalı maddələr və flavonoidlərlə zəngindir. Portağalın, naringinin, limonun qurudulmuş qabığını istər ayrılıqda, istərsə də birlikdə ovuşdurub süzgəcdən keçirilmiş suya əlavə edin və otaq şəraitində yarım saat saxlayın. Eyni zamanda həmin qarışığa РЎ vitamini ilə zəngin olan bir neçə damcı limon şirəsi də əlavə etmək olar.
Çaya görə qəhvədən imtina edin. Çay dünyada sudan sonra ən məşhur içkidir. Qara, yaşıl, ağ, ümumiyyətlə, çayın bütün növləri meyvələr kimi və hətta daha artıq dərəcədə antiРѕksidantlarla zəngindir və sağlamlıq üçün faydalıdır. Ot çaylarında antioksidantlar bir qədər az olsa belə insanın müxtəlif orqanlarına müsbət təsir göstərir.
Tərəvəz şirələri için. Tərəvəz şirələrində kalori az olsa da ilin soyuq vaxtlarında immunitetin möhkəmləndirilməsində böyük rol oynayır.
Meyvə şirələrini qarışdırın. Meyvədən hazırlanmış şirələrdə kalori yüksəkdir və tərkibində şəkər çoxdur. Nektarlar daha kalorilidir. Süzgəcdən keçirilmiş suya onun 1/2 və ya 1/3-i qədər meyvə şirəsi əlavə edin. Yəqin ki, şirin və ya dadlı alınmayacaq, amma siz bununla gündəlik şəkər qəbulunu azaltmış olursunuz. Bununla belə bir qədər vitamin və antioksidant dozası almış olursunuz. Meyvə, tərəvəz şirələri, müxtəlif növlü ot çaylarından maddələr mübadiləsinin pozulmasında və hətta arıqlamaq üçün istifadə olunur. Eyni zamanda, şirələr dərinin sağlamlığı və gözəlliyi üçün həddindən artıq faydalıdır:
- üzün rəngini yaxşılaşdırır,
- dəriyə təravət və elastiklik verərək onu daxildən nəmləndirir,
- dərini qırışları əmələ gətirən səbəblərdən olan zərərli və sərbəst radikallardan qurtarır,
- sızanaqlarla mübarizədə kömək edir.
Yaxşı olardı ki, şirə və nektarları ev şəraitində özünüz hazırlayasınız. Çünki satışda olan şirələrdə şəkər həddindən artıqdır, əlavələr çoxdur və vitaminlər azdır. Əgər hazır şirə almaq zərurəti yaranarsa, onda 100 % təbii olan, şəkərsiz, konservant və süni rəngləyici maddələr olmayan şirələr əldə edin. Şirəni özünüz hazırlamaq istəsəniz, sizə ya mexaniki, ya da elektriklə işləyən şirəçəkən lazım olacaqdır. Bir çox şirəçəkən meyvələrin lətini tamamilə ləğv edir və yalnız təmiz sirə çıxarır. Amma yadda saxlamaq lazımdır ki, meyvə-tərəvəzin ləti də sağlamlıq və gözəllik üçün faydalıdır. Ona görə də şirəçəkən alarkən eləsini alın ki, Рѕ, şirə ilə yanaşı,meyvə-tərəvəzin lətini də saxlamış olsun.
Müxtəlif meyvə və tərəvəzlərdən alınmış şirə daha faydalıdır. Məsələn, alma və kök şirəsi daha sadə və əlverişli, eyni zamanda faydalı, vitaminlərlə zəngin içkidir. Çuğundur və xiyar şirəsinin qarışığı böyrəkləri və qaraciyəri təmizləyir, orqanizmi şlaklardan və toksinlərdən xilas edir. Banan və yemiş aclıq hissini və emosional qidalanmaya meylliliyi azaldır. Eyni zamanda əhvalın yaxşılaşmasına da köməklik göstərir. Qreypfrutun gavalı ilə qarışığı səhər-səhər enerji verir və iş qabiliyyətini artırır.
XƏBƏR LENTİ
Beşdən çox uşağı olan qadınlara müavinətin məbləği müəyyən edildi
Göbələkli sulu küftə (foto-resept)
Çay qadınlarda xərçəngin yaranması riskini azalda bilər
Heydər Əliyev Mərkəzində "Oxu günü" keçirilib - FOTO
Bu nömrələri yadda saxlayın
Obama tarixin ən pis prezidentidir
Nazirlik təhsil müəssisələrində yeni xidmətə başlayır
Avropa Oyunları neçəyə başa gəldi?
Marsın səsi ilk dəfə Yerdə eşidildi-VİDEO
HAVA necə olacaq?
Həyatda dörd şey
Məktəbəhazırlıq qruplarına 13 212 uşaq qeydiyyatdan keçib
Mikura Pearls
Döyənək
Sürücülərin sərxoşluq vəziyyəti belə yoxlanacaq
Demet Akalın Bakıda konsert verəcək-FOTO
Orfoqrafiya qaydalarına edilən bütün dəyişikliklər açıqlandı - TAM SİYAHI
Uşaqlardan uzaq saxlanılmalı qidalar
Rəngli şirniyyat sərgisi
Bürclərə görə toy
Zəlzələni 5 ay əvvəl proqnozlaşdıran türk alimdən - Qorxunc açıqlamalar
Ofis işçiləri stresdən necə qoruna bilər?
Metro və avtobuslar işləməyəcək
Evindən 45 zəhərli ilan tapıldı-FOTO
2019 gəlinlik modelləri
Ən yaxşılar seçilir
Yaş artdıqca gözəlləşənlər
Sızanaqlardan sarımsaqla xilas olun
Ezgi Mola ərə gedir
Nazirlik 3 min pişiyin ölümündə günahlandırılır
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
Bakıda bu avtobusun yolu dəyişdi
Hava haqqında - 22.09.2013
Dünya nəhəngləri Rusiyasız toplandılar
Dollar yenə bahalaşdı
Bürcünüz saç rənginə təsir edir
Həyatın mənasını tapmaq üçün 7 sual
Qarakənd faciəsindən 24 il ötdü
“Selfie” çəkib paylaşan kişilər xəstədir
"Google Tv"
Seda Sayanın geyimi DİQQƏT ÇƏKDİ-FOTO
Silvester Stalonenin Görünüşü fanatlarını Qorxutdu - VİDEO
Ev aksesuarları
Şahzadənin toyuna xərclənən məbləğ açıqlanıb
Məşhur müğənninin cəsədi tapıldı
İŞİD tərəfindən zorlanan qız dünya liderlərini ağlatdı
Deniz Sekinin geyimi tənqid olundu-FOTO
Koronavirusu tez məhv edən ÜSUL TAPILDI
Azərbaycanda qaz təchizatında məhdudiyyətlər olacaq
Bir şəkil boyük dostluğu pozdu-FOTO
- ŞƏRHLƏR