Qadin.NET / Gözəllik içkiləri

Gözəllik içkiləri

Dərinin gözəlliyi daha çox onun effektiv nəmliyindən asılıdır. Dərini nəmləndirmək üçün heç də çoxlu dəri nəmləndirən kremlərdən istifadə etmək lazım deyil. Bunun üçün hər gün kifayət qədər maye qəbul etməniz kifayətdir. Bəs hansı mayeləri qəbul etməli? Qazlı içkilər zərərlidir, meyvə şirləri isə kalorili. Çay, mineral sular kim müxtəlif hazır içkilər daha faydalıdır.

Süzgəcdən keçirilmiş su için. Gündə neçə şüşə mineral su içirsiniz? Əgər bütün ailəni buna öyrəşdirmiş olsanız, əlbəttə, ay ərzində bu, xeyli "pul" deməkdir. Su kranından suyun içilməsi isə sağlamlığa zərərlidir. Bunun üçün müəyyən su süzgəclərindən istifadə etmək yerinə düşərdi və siz də pulunuza qənaət   etmiş   olardınız. Həm də ki, sonradan problemlərlə qarşılaşmazsınız.

Süzgəcdən keçirilmiş suyu plastik qablarda saxlamaq məsləhət deyil. Yaxşı olar ki, onu ya şüşə qabda, ya da xüsusi su qablarında saxlayasınız.

Gözəllik içkiləri
Əgər adi su qəbulu sizi təngə gətirirsə, onda ona müəyyən əlavələr də edə bilərsiniz: təzə nanənin və reyhanın bir neçə yarpağını xırdalayaraq süzgəcdən keçirilmiş suya əlavə edin. Sonra cövhər versin deyə yarım saat otaq teperaturunda saxlayın. Sonra isə bir qaşıq bal qataraq qarışdırın.

- Portağalı yedikdən sonra qabığını atırsınız? Əbəs yerə. Qurudulmuş sitrus qabığının tərkibi xolesterinin miqdarını azaldan, qaraciyəri toksinlərdən təmizləyən və qanda şəkərin miqdarını tənzimləyən faydalı maddələr və flavonoidlərlə zəngindir. Portağalın, naringinin, limonun qurudulmuş qabığını istər ayrılıqda, istərsə də birlikdə ovuşdurub süzgəcdən keçirilmiş suya əlavə edin və otaq şəraitində yarım saat saxlayın. Eyni zamanda həmin qarışığa РЎ vitamini ilə zəngin olan bir neçə damcı limon şirəsi də əlavə etmək olar.

Çaya görə qəhvədən imtina edin. Çay dünyada sudan sonra ən məşhur içkidir. Qara, yaşıl, ağ, ümumiyyətlə, çayın bütün növləri meyvələr kimi və hətta daha artıq dərəcədə antiРѕksidantlarla zəngindir və sağlamlıq üçün faydalıdır. Ot çaylarında antioksidantlar bir qədər az olsa belə insanın müxtəlif orqanlarına müsbət təsir göstərir.

Gözəllik içkiləri

Tərəvəz şirələri için. Tərəvəz şirələrində kalori az olsa da ilin soyuq vaxtlarında immunitetin möhkəmləndirilməsində böyük rol oynayır.

Meyvə şirələrini qarışdırın. Meyvədən hazırlanmış şirələrdə kalori yüksəkdir və tərkibində şəkər çoxdur. Nektarlar daha kalorilidir. Süzgəcdən keçirilmiş suya onun 1/2 və ya 1/3-i qədər meyvə şirəsi əlavə edin. Yəqin ki, şirin və ya dadlı alınmayacaq, amma siz bununla gündəlik şəkər qəbulunu azaltmış olursunuz. Bununla belə bir qədər vitamin və antioksidant dozası almış olursunuz. Meyvə, tərəvəz şirələri, müxtəlif növlü ot çaylarından maddələr mübadiləsinin pozulmasında və hətta arıqlamaq üçün istifadə olunur. Eyni zamanda, şirələr dərinin sağlamlığı və gözəlliyi üçün həddindən artıq faydalıdır:

- üzün rəngini yaxşılaşdırır,

- dəriyə təravət və elastiklik verərək onu daxildən nəmləndirir,

- dərini qırışları əmələ gətirən səbəblərdən olan zərərli və sərbəst radikallardan qurtarır,

- sızanaqlarla mübarizədə kömək edir. 

Gözəllik içkiləri

Yaxşı olardı ki, şirə və nektarları ev şəraitində özünüz hazırlayasınız. Çünki satışda olan şirələrdə şəkər həddindən artıqdır, əlavələr çoxdur və vitaminlər azdır. Əgər hazır şirə almaq zərurəti yaranarsa, onda 100 % təbii olan, şəkərsiz, konservant və süni rəngləyici maddələr olmayan şirələr əldə edin. Şirəni özünüz hazırlamaq istəsəniz, sizə ya mexaniki, ya da elektriklə işləyən şirəçəkən lazım olacaqdır. Bir çox şirəçəkən meyvələrin lətini tamamilə ləğv edir və yalnız təmiz sirə çıxarır. Amma yadda saxlamaq lazımdır ki, meyvə-tərəvəzin ləti də sağlamlıq və gözəllik üçün faydalıdır. Ona görə də şirəçəkən alarkən eləsini alın ki, Рѕ, şirə ilə yanaşı,meyvə-tərəvəzin lətini də saxlamış olsun. 

Müxtəlif meyvə və tərəvəzlərdən alınmış şirə daha faydalıdır. Məsələn, alma və kök şirəsi daha sadə və əlverişli, eyni zamanda faydalı, vitaminlərlə zəngin içkidir. Çuğundur və xiyar şirəsinin qarışığı böyrəkləri və qaraciyəri təmizləyir, orqanizmi şlaklardan və toksinlərdən xilas edir. Banan və yemiş aclıq hissini və emosional qidalanmaya meylliliyi azaldır. Eyni zamanda əhvalın yaxşılaşmasına da köməklik göstərir. Qreypfrutun gavalı ilə qarışığı səhər-səhər enerji verir və iş qabiliyyətini artırır.

7 mart 2013
GO BACK