Adətən kökəlmək arıqlamaqdan daha çətin olur. Bəs sağlamlığa zərər vurmadan necə kökəlmək olar? Çoxları səhərdən-axşama kimi özünü yemək yeməyə məcbur edir, lakin bunun nəticəsində kökəlmir, əksinə, çox zaman daha da arıqlayırlar. Bunun da səbəbi budur ki, orqanizm bu cür qidalanma zamanı güclü stres keçirir, faydalı maddələri mənimsəyə bilmir. Buna görə də orqanizmi çətinliyə salmadan kökəlmək üçün ilk növbədə arıq olmağınızın səbəbini öyrənməli və həyat tərzinizi dəyişməlisiniz.
Öncə həkiminizlə məsləhətləşməlisiniz. Ümumi qan və hormon analizləri vasitəsilə çəkinin normadan kənara çıxıb-çıxılmaması təyin edilməlidir. Mədə-bağırsaq pozğunluğu, xroniki disbakterioz, onurğanın əyilməsi, hormonların disbalansı, qalxanvari vəzinin funksiyalarının pozğunluğu, ürək-damar xəstəlikləri, cinsi orqanların infeksiyası - bütün bu amillər yoxlanmalıdır. Əgər hansısa xəstəlik səbəbindən kökələ bilmirsinizsə, mütləq müalicə olunmalısınız. Özünüzü yaxşı hiss etsəniz belə, həkimə müraciət edin.
Əgər sağlamlığınızla bağlı problemlər yoxdursa, o zaman qarşınızda iki yol var - əsəbləşməyin və orqanizminizi yemək yeməyə kökləyin. Çünki adətən belə olur - yemək istəmirsiniz, az yeyirsiniz, buna görə də iştahınız daha da azalır. Yadda saxlayın - stres, narahatlıq və digər neqativ amillər bütün kaloriləri yandırır. Buna görə də özünüzü ələ alın və hər boş şeydən ötrü əsəbləşməyin. Gündə 2 dəfə adi çay əvəzinə apteklərdə satılan sakitləşdirici bitkilərin dəmləməsini için.
Arıq xanımlara daha bir faydalı məsləhətimiz hər gün 15 dədiqə bu hərəkəti etmələridir. Arxası üstə uzanın, gözlərinizi yumun, mümkün qədər sakit uzanın. Heç bir şey haqda düşünməyin, sadəcə nəfəs alın. Bu hərəkət zamanı kortizolun (kökəlməyə qoymayan stres hormonu) miqdarı azalır.
Hər axşam ən azı 20 dəqiqə təmiz havada gəzin. Bu gəzintidən sonra axşam rahat yatacaqsınız. Yaxşı yuxu isə kökəlmək istəyənlər üçün vacibdir.
Əgər bütün bunlara əməl edərək sağlam həyat tərzi keçirməyə başlamısınızsa, bir neçə həftədən sonra tez-tez acdığınızı hiss edəcəksiniz. Demək, artıq kökəlmək üçün xüsusi pəhrizə keçmək zamanıdır. Bu zaman diqqətli olmaq lazımdır. Çəkinizin həftədə 2 kq artması normaldır, çox kökəlmək olmaz. Rejimə əməl edin, hər gün eyni saatda yemək lazımdır. Səhər 1 stəkan təmiz suyla başlayın. Keyfiyyətli məhsullarla qidalanmağa çalışın, yarımfabrikatları rasionunuzdan çıxarın. Çox yemək yox, keyfiyyətli qidalanmaq vacibdir. Toyuq ətini qoyun əti ilə əvəz edin. Rasionunuza mütləq qoz, zeytun yağı, dəniz məhsulları, kürü, xama, pendir, kəsmik, un və şirniyyat məhsulları daxil edin. Kökəlmək istəyənlər özlərini düzgün həyat tərzi keçirməyə öyrəşdirməlidirlər. Əgər yaxşı yatar, təmiz havada çox olar, stresdən uzaq olarsınızsa, iştahınız artacaq və beləliklə, arzu etdiyiniz çəkiyə çatacaqsınız.
Kökəlmək arzusunda olanlara təxmini menyu təqdim edirəm. Seçim etməniz üçün hər yemək menyusunda 3 bənd verilib. Hansı bənddəki yeməklər ürəyinizcədirsə, həmin yeməkləri yeməlisiniz.
Səhər yeməyi
- Süddə bişirilmiş darı sıyığı (kərə yağı ilə), yağ-pendir ilə buterbrod, şirin kakao.
- Ballı, qozlu, kişmişli yulaf sıyığı, yağ və kolbasa ilə buterbrod, südlü, şirin qəhvə.
- Bişirilmiş ətlə soyutma kartof, yağ-pendirli bulka, südlü, şirin qəhvə.
Arada:
- Süd əlavə edilmiş yulaf lopası.
- Yağ və kolbasalı buterbrod, çox yağlı şirin yoqurt, meyvə şirəsi.
- Qiyməli makaron, yağ-pendirli ağ çörək, meyvə şirəsi.
Nahar yeməyi:
- Ətli borş, kotlet, pendirli makaron, kisel.
- İstənilən şorba, qızardılmış balıq və kartof, xamalı salat, meyvə şirəsi.
- Noxudlu şorba, xamalı salat, şirin çay və şırniyyat.
Arada:
- Tərəvəzli salat (mayonezli), meyvə şirəsi.
- Yağlı süd və şirin peçenye.
- Üzərinə yoqurt əlavə edilmiş meyvə salatı (banan, avokado, kivi).
Şam yeməyi:
- Omlet və ya pomidorlu-pendirli yumurta, ballı isti süd.
- Südlü qarabaşaq sıyığı, kolbasalı buterbrod, şirin çay.
- Ət qovurması, düyü, yağlı bulki və şirin çay.
XƏBƏR LENTİ
Koronavirusla bağlı yaponların yeni kəşfi – Əlac tapılır?..
Ispanaq piroqu(foto-resept)
Daxili orqanları görən "rentgen qız": Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA
Beren Saatın “Netflix”dəki serialı
Üz və bədən üçün maskalar
Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı
Rusiyada koronavirusa qarşı preparatlar apteklərə veriləcək
Ekspess avtobuslarda sıxlıq yaşanır - VİDEO
Bağlı əməliyyatın 6 faydası
Bir qab makaron və… ölüm
Bu ilin ilk günündə...-RƏSMİ AÇIQLAMA
Hande Yener izləyicilərini məyus etdi-SƏBƏB/FOTO
Ərdoğan Bakıya gəlir
Bu cür hallar milyonda bir baş verir
Sabahın HAVAsı
Mobil telefonla danışanlar cərimələnə bilərlər
"Eurovision" da bir ilk
Hər qadına lazım olan 15 məsləhət
Sabahın HAVAsı
BÜRCLƏR bizə nə vəd edir?-20 Sentyabr
Qaratərə salatı (foto-resept)
"Facebook" və "İnstagram"da problem yarandı
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
Nişan üzüyünü taxmaq lazımdırmı? - MÜZAKİRƏ
"Ərazi bütövlüyümüzü güzəştə getməyəcəyik" - Elmar Məmmədyarov
ABŞ-a "Florens" qasırğası yaxınlaşır
Pendirli-şokoladlı tort (foto resept)
Keçmiş sevgilinizlə qarşılaşdıqda nə etməlisiniz?
Hava haqqında - 05.10.2013
Makiyajla yatmağın zərərləri
"Simpsonlar 2" gəlir - 12 illik fasilədən sonra
Sərnişin maska taxmasa, avtobus hərəkət etməyəcək - BNA
Kirayə pulu verməkdən bezən qız çarəni bunda tapdı-FOTO
Məşhur astroloqdan 2019- PROQNOZU
Kate Middletonun tərzi
Günün ulduz falı
"Dördbucaq" piroqu(foto resept)
Yatın, amma fil qulağında yox...
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Hamilələrin nəzərinə: çox kökəlməyin, yoxsa...
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Düşbərə (foto-resept)
"Muska" börəyi (foto resept)
Yaponiyada qasırğa: ölənlər var
Koronavirus bu şəxsləri öldürmür - ARAŞDIRMA/VİDEO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Paris Hilton itlərinə villa tikdirdi-FOTO
Payız pəhrizi necə edilər?
Bürcə görə kişilərin eşqdə tərzləri
QASIRДћA ABŞ-a yaxınlaşdı
- ŞƏRHLƏR