O gün niyəsə ürəyim sıxılırdı. Bir yazarımızın son ismarıcında dediyi sözlər beynimdən çıxmırdı: "Mənə çoxları deyir ki, bir gün əsərlərinizi kopya edib başqa saytlarda dərc edəcəklər!" Baxın elə o sözləri beynimdə yüz dəfə sağa-sola çevirirdim. Qəfl qərar verib axtarış sistemində öz romanlarımdan birinin adını yazdım. Axtarış nəticəsində Qadın.net və digər saytları gördüm. Məlum oldu ki, bu günə kimi saytımızda yazdığım bütün məqalələr əsərlər başqa sayt istifadəçiləri tərəfindən kopya edilib mənimsənilmişdir. İlk olaraq saytlardan birinə qeydiyyat olub araşdırdım və 4 hissəlik əsərimin abzas -abzas bölünmüş halda 15 hissə halına gətirilib dərc edildiyini gördüm. "Mən haqqım olanı almağı bacarıram. Əgər mənə məxsus halal bir işə kimsə haram qatıb özününkü etmək istəyirsə icazə vermərəm" dedim. Hələ əsərimin kopya edilmiş son bölümündəki şərhlərə yazdığı fikiri: "Tezliklə ardı da olacaq" oxuduqdan sonra əsəblərimi cilovlaya bilmədim. Bunun üçün həmin kopya edən şəxsə ismarıcla "Əyər mən əsərlərimin ardını yazmasam siz hardan kopya edib oxuculara təqdim edəcəksiz?" yazdım. Əfsuslar olsun ki, o ismarıcı sildi. Bəli çox güman ki, onun həmin saytda adi istifadəçi olmadığını artıq anladız. O ana kimi bütün oxucularımdan xahiş etdim ki, məni üzürlü hesab etsinlər...
Ceylan xanımın "Copy-Paste" adlı xəbərindən sonra çox güman ki, sayt rəhbərləri bir qədər təsirləndilər. Mən də bu məqaləni məhz xəbərsiz olanların bilməyi üçün yazdım. Yazdım ki, başqa saytdan kopya edənlər indidən özləri ilə, mənliyi ilə qarşı-qarşıya dursunlar.
Kopya etmiş o şəxslərə demək istəyirəm: "Ordan-burdan kopya etməklə nə qazandız? Onu soruşun özünüzdən, mənliyinizdən, ayna qarşısında baxdığınız simanızdan soruşun: -Axı mən nə qazandım? Savabmı? Bilikmi? Yoxsa halallıqmı?" Cavabını mən deyim :-Siz heç nə qazanmadız. Çünki kopya etdiyiniz əsərin, yazının, məqalənin içindən verilən tək bir suala cavab belə verə bilməzsiz... Niyə əsərdə filankəs- yıxıldı? Niyə əsərdə filankəs -ağladı? Kimi ən xırda suallara belə cavab verə bilməzsiz. Çünki əsərlərin (məqalələrin) müəllifi sizlər deyilsiz. Sizlər onun içindən çölündən bixəbərsiz. Çünki o əsərlədə (məqalələrdə) sizlər "yaşamamısız." Sadəcə bacardığınız bu olub -Copy-Paste...
Elə virtual aləmdə də biz insanlar savab-günah qazana bilərik. Nə olsun ki virtual dünyadır. Kimsə-kimisə tanımır. Nə olsun? Əsas odur ki, siz günah etdiz. Halallıq almadan məqalələrimizi kopya etdiz. Kopya edilmişlər arasında nəyinki mənim romanlarım, məqalələrim hətta -Gülşən xanımın, Şeyla xanımın, Afət xanımın, Pərvanə xanımın, QWEN xanımın, Ehli-Beyt adlı istifadəçinin, Santa xanımın, Emilya xanımın, Şəfa xanımın, Ayka xanımın, Şəbnəm xanımın və daha kimlərin xəbərlərini, əsərlərini kopya edib nöqtəsi-vergülü və hətta eyni hərf səhvi ilə əziyyət çəkmədən yerləşdiriblər. İnanmayan və öz gözləri ilə görmək istəyən mənə şəxsi ismarıcdan müraciət edə bilər.
"Müəllif hüquqları qorunur"- mən də qorunması üçün nə lazımdır edərəm. Amma o insanlara üzümü tutub demək istəyirəm: Budurmu sizin savabınız? Budurmu sizin haqqınız? Budurmu Allahdan qorxunuz? Məyər saytlarınızın gözəlliyini oxunaqlığını istəmirsizmi? Əlbəttə istəyirisiz. Reytinqlər qazanmaq istəmirsizmi? Əlbəttə istəyirsiz. ...
Kimsə kiminsə halal malına zəhmətinə göz dikməməlidir. Yuxusuz gecələrimizi, ağrılı, acılı, yorğun gecələrimizi o doğma əsərlərimizə sərf etmədikmi? Nə üçün? Siz onu kopya edəsiz deyəmi?
İndi bir Qadın.netli kimi aramızdasız -bu məqaləni də oxuyursuz -"Maraqlı olsa kopya edərəm" deyib düşünürsüz. Baş redaktorlarınızdan aldığınız xəbərdarlıqlar az oldumu? Düz bir həftə Gülşən xanımla mən çiyin-çiyinə mübarizə apardıq, kopya edilmiş Qadın. netli xəbərlər üçün haqqı ,ədaləti tələb etdik. Nəticə : Qadın.net xəbərlərinin ən azı 200-ü kopya edilərək eyni şəxlər tərəfindən yerləşdirildiyi üçün hamsına mənbə olaraq Qadın.net-imizi göstərə bilməsələr də müəllif olaraq bizləri tanıdıqlarını və kopya edən şəxslərə də xəbərdarlıq etdiklərini dedilər.
P.S. Mən haqqı ədaləti bərpa edən həmin saytların baş adminlərinə minnətdarlığımı bildirirəm. Ümid edirəm bu andan etibarən daha diqqətli olub, dərc ediləcək xəbərlərin kopya olub-olmadığını yoxlayarlar.
Əziz xanımlar həmin kopya edən şəxs artıq məndən və saytımızdan, saytımızın bütün istifadəçilərindən üzr istədi. Məndə bağışladım. İndi qoy Allah bağışlasın deyirəm və İnşallah daha belə problem yaşamarıq...
XƏBƏR LENTİ
Dərini 1 gecəyə ağardan maska
Səssiz haray
Bahalaşmanın qarşısı necə alınsın?
Kəndli kənddən niyə qaçır?
Pul qarşılığında vətəndaşlıq təklif edən ÖLKƏLƏR
ARGTMŞ Avropa İttifaqının layihəsini Azərbaycanda həyata keçirəcək
Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunacaq
Mən arıqladım!
İzmirdə axtarış-xilasetmə işləri başa çatdı - VİDEO
"Eşkıya dünyaya hükümdar olmaz"ın çəkilişləri başladı
Namazı belə qılaq
Qadınlarda ən sıx rast gəlinən 5 xəstəlik!
Günün ulduz falı - 19.12.2013
Jeleli tort (foto resept)
Uşaq otağı üçün xalçalar
Qısqanclıq hissinin yaranma səbəbi
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Bakıda yağış yağacaq
Ləzgi paxlavası (foto resept)
Nağıl kimi yerlər-1
Ciddi sarsıntılara HAZIR OLUN-FOTO
Bakıda yeni kəsim məntəqələri quraşdırılır
Günün qoroskopu: Uğurlu gündür!
Bahalı geyimlərin zərərləri nədir?
Elmə məlum olmayan heyvan tapıldı
Castin Biberin xanımından Gözlənilməz Etiraf - FOTO
Rubl necə yüksələcək?
17 asteroiddə su aşkarlandı
Günün ulduz falı
Brabus-dan kabriolet Mercedes
Məktəbli formalarına tələbat böyükdür
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Məşhur filmlərdəki səhvləri gördünüz?
Səhər yeyildikdə arıqlamağa kömək edən ərzaqlar
Şeyx xalqa müraciət etdi
Zərf
Şeyma Subaşı məhkəməlik oldu-SƏBƏB
ABŞ-da internet qanunları dəyişir
İnsanlara kömək et, uzunömürlü ol
Balaca modabazlar
Kıvanç Tatlıtuğ Yeni ili İspaniyada qeyd edəcək
"Sarpız"la bağlı əhaliyə XƏBƏRDARLIQ
Moda brendlərini tanıyaq (3)
Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
Manatla bağlı qorxudan proznoq: "Bu, son deyil"
Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
Bank Kıvanç Tatlıtuğa təzminat ödədi-SƏBƏB
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
Səudiyyə nefti bahalaşdırdı
Tiflisdə məhşər günü: azərbaycanlıların durumu
- ŞƏRHLƏR