Ötən il ərzində internetdə fişinq daha gizli və "hiyləgər" olub - fırıldaqçı saytları həqiqi saytlardan ayırd etmək getdikcə çətinləşir.
Qadin.Net lent.az-a istinadən xəbər verir ki, bu cür nəticələrə "Kaspersky Lab" şirkətinin 2017-ci ildə spam və fişinqlə bağlı hesabatının müəllifləri gəliblər. Ötən ilin ilk yarısında Azərbaycanda spamla qarşılaşan istifadəçilərin sayı 66% təşkil edib.
Əgər bir il bundan əvvəl fişinq səhifəsini müəyyən etməsi üçün SSL-sertifikatının (ünvan sətrində HTTPS-in olması) mövcudluğunun yoxlanılması tövsiyə olunurdusa, hazırda bu, təhlükəsizliyə zəmanət vermir. SSL-sertifikatlara tez-tez fişinq səhifələrində rast gəlmək mümkündür. Məsələn, bu, asanlıqla alınan "Let's Encrypt" və "Comodo" mərkəzlərinin 90 günlük pulsuz sertifikatları ola bilər. Bundan başqa, fişinq səhifələri çox vaxt lazımi sertifikatlara malik olan sındırılmış saytlarda da yer alır. Nəhayət, fişinq məzmununun yerləşdirilməsi üçün fırıldaqçılar SSL-sertifikatlı veb-hostinqdən aktiv şəkildə istifadə edirlər.
Digər bir qaydaya da riayət etmək çətinləşib - domenin yazılışını daim yoxlamaq. Fişerlər daha çox brauzerlər tərəfindən ünvan sətrində "Unicode" simvollarını təklif etmək üçün istifadə olunan "Punycode" kodlaşdırmasını istismar edirlər. Lakin domenin bütün simvolları bir dilə aid olduğu halda brauzer onları "Punycode" formatında deyil, göstərilən dildə əks olunacaq. Fırıldaqçılar latın əlifbasına bənzəyən simvolları seçib, onlardan tanınmış şirkətin domeninə bənzəyən domen adı düzəldirlər. Fişerlər hər dəfə tam bənzər simvollar seçə bilməsələr də, olduqca inandırıcı görünür: məsələn, adi "m" hərfini aşağısında kiçik nöqtəsi olan eyni simvolla səhv salmaq çox asandı. Bundan başqa, bu cür domenləri açar sözlərlə aşkar etmək daha çətindir.
"Texniki baxımdan fişinq doğrudan da təkmilləşdirilərək inkişaf edir - fırıldaqçıların tələsinə düşməklə getdikcə asanlaşır, məhz ona görə mənşəyi məlum olmayan və ya tanıdığınız mənbədən olan linklərə keçid zamanı ehtiyatlı olmaq lazımdır. Cinayətkarların istifadə etdiyi əsas mövzulara gəldikdə, əvvəllər olduğu kimi əksər hallarda bu, gündəlik hadisələrdi. Güman edirik ki, yaxın gələcəkdə bizi futbol üzrə keçiriləcək Düya Çempionatı, Azərbaycan Prezident semkiləri, "Formula 1" və digər hadisələrlə bağlı linklər gözləyir. Kibercinayətkarları cəlb edən maliyyə tərəfini nəzərə alsaq, 2018-ci ildə həm fırıldaqçılq, həm də fişinq kriptovalyuta spamının artımını gözləmək olar", - deyə "Kaspersky Lab"ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
2017-ci il üzrə analitiklərin qeyd etdiyi əsas rəqəmlər və tendensiyalar arasında:
poçt trafikində spamın payı 56,63% təşkil edib (2016-cı ilə nisbətən 1,68 faiz bəndi azalıb);
ən çox spam ABŞ-dan göndərilib - 13,21%;
poçtda ən məşhur zərərverici - "Trojan-Downloader.JS.Sload";
"Antifişinq" sisteminin 246 231 645 dəfə işə düşməsi qeydə alınıb;
15,9% unikal istifadəçi fişinqlə rastlaşıb.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Təxirə salma xəstəliyi nədir və necə xilas olunur? (2)
Azərbaycanda müəllimlər üçün yeni müsabiqə elan edildi
Heyvanlar aləmindən (3)
Ən asan toyuq salatı (foto-resept)
İstənilən şəxs təyyarəni endirə biləcək
İnsanları ölümdən o qurtaracaq?
Hollivudun iki ulduzu eyni FİLMDƏ - FOTO
Qozlu çörək ( foto resept)
Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirildi
Qatıqla arıqlayın
Cem Belevi evlənir
Ajda Pekkan lüks villasını rekord məbləğə satır
Hamilə xanımlar üçün şalvarlar
Pensiyaçıların nəzərinə!
102 tələbəyə təhsil krediti veriləcək
Hava xəbərdarlığı - yağış geri qayıdır
Sən həmişə bizimləsən
Alimlərdən qorxulu XƏBƏRDARLIQ: Yeni və ölümcül...
Dolu bədənli xanımlar üçün geyimlər
Pentaqon Ukraynaya yardım edəcək
Rusiyalı epidemioloq: “Peyvənd edilənlər də yoluxa bilər”
Limonlu maffınlər (foto resept)
Monika Belluçi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Koronavirusla bağlı son STATİSTİKA
Hande Ataizinin gözəllik sirri məlum oldu
Dəvətnamə sayəsində eyni qızla evləndiklərini öyrəndilər-FOTO
İran tarixi uğura imza atdı
Neftin qiyməti düşdü
Azərin məşhur türk serialında Qarabağ üçün oxudu -
Qadın sağlamlığı
Sabahın HAVAsı
Aleyna 158 minə avtomobil aldı-FOTO
5G nə zaman reallaşacaq?
Elnur Məmmədli karyerasına son qoyur?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Ən qənaətcil superkompüter odur
Hadise yenə şəxsi həyatı ilə GÜNDƏMDƏdir-FOTO
Çilidə sunami: ölənlər var
Azərbaycana koronavirusa görə xarici mütəxəssislər gətirildi - VİDEO
Deputatlara avtomobildən istifadə qadağan edildi
Fantastik portretlər yaradan 25 yaşlı fotoqraf
Emin Hollivud ulduzuna ad günü etdi - FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-36
Günün ulduz falı
Azərbaycanda Diaqnostika Mərkəzi böyrək transplantasiyası üzrə ilk əməliyyat keçirib
Daha bir ulduz "Barsa"lı karyerasına son qoydu
Sızanağa meyilli üzlər üçün maska
Ermənilər atəşkəsi pozmaqda davam edir
Maqnit qasırğası zamanı nə etmək lazımdır?
Alimlər qəzada ölmüş yadplanetlini yardılar-FOTO














