
Ana dedim,bir ürpəriş hasil oldu canımda,
Ana dedim,qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim,fəqət onu görməz oldum yanımda.
Ana, ana!.. bu kəlmənin vurgunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir "yavrum" deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.
Başqa aləm yaşamadım bəylə gözəl biçimdə,
Onu kimsə gözəlliyin cilvəsində yaratmış:
Ana,ana çiçəkli bir fidandır ki içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış
O fidanı bəzi vaqit istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlıgım
Sızıldarkən, sanki bir səs qopub incə və titrək
Bir lisanla söylüyor ki:- Mənə dəymə , yazığım!
Çünki səni mən bəslədim ,mən böyütdüm oxşadım,
Söylədiyin sözlər ki var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.
Nə dogru söz yazıqlar ki,görməmişəm onu mən,
Diyorlar ki,Müşfiq ,xəstə bir tifildin, ananı
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.
İndi mənə hər kəs :-Anan,baban varmı?- söyləsə,
Diyorum ki,-qapılmadan bir xülyaya,bir hissə-
Olan olmuş,keçən keçmiş,indi məni yaşadan
Bir müqəddəs ,bir səmimi əməlim var, tapdığım.
İnandığım bir qüvvə var,o da hər gün ,hər zaman
Yorulmayan qollarımla ,düşünərək yapdığım
Bir aləmdir,bir aləm ki,səmaları qıpqızıl,
Yüksəkləri,alçaqları, fəzaları qıpqızıl !

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR