Səhər-səhər ayilan kimi əlini balışının altına atdı. Açar yenə orada yox idi. İçini məhzun bir kədər bürüdü. Iki ay idi artiq. Iki ay idi ki, əvvəldən heç də sabit olmayan ailənin təməlini indi də “oğurluq” adlı bir qurd gəmirirdi. Yerindən qalxaraq elə alt köynəyində yan otağa keçdi. Rütubətdən quzulayıb tökülmüş divarin onündə yetim kimi duran sandığın ağzindaki qıfıl sirk klounu kimi asılıb qalmışdı. Kədərli məhzun və sahibsiz .
Özündən asılı olmadan soyuq sandığın üstünə çökdü. Budur, aylardır topladıqları pullar gecənin bir aləmində haralarasa sovrulur , Həcər isə adından doğan bir daş soyuqluğu ilə bunun hələ nə qədər davam edəcəyini gözləyirdi.Amma artıq bıçaq sümüyə dirənmişdi. Səbri məcrasından çıxaraq onu boğazlayırdı. Oxlov fırlamaqdan döyənək olmuş əllərini ağrı ilə gözdən keçirtdi. Bəli, onun alnına xanım olmaq yazılmamışdı. O, bunun üçün heç mübarizə də aparmırdı. Onun vur- tut bircə diləyi var idi. Gəldikləri bu uzaq qərib diyarda balaca bir ev. Indi bu arzusunu kürəyindən bıçaqlayan birini boğazlamağın artıq vaxtı çatmışdı. Qətiyyətlə ayağa qalxdı. Uşaqlara sürətlə səhər yeməyini yedizdirib bağçaya apardı. Qışın alaca nəfəsi üzünə hovxurduqca Həcərin addımları sürətlənir, içindəki kin nifrət bütün bədənini, beynini, fikirlərini yandırırdı. Onun bu ellərdə nə işi var idi ki....
Soyuq külək yanaqlarını döyəclədikcə böyuduyu kəndin qoxusu gəlirdi burnuna . İsti sobanın qırağında pişik kimi qıvrılmasını, hey böyümək istədiyini xatırladı. Heyhat. Bütün bunlar ondan nə qədər uzaq idi indi. Addımlarını daha da sürətləndirərək iş yerinə çatmağa tələsdi. Iş yeri adlanacaq yer isə bir binanın yeraltı zirzəmisi idi. Çox uzun bir zirzəmi idi. Bu zirzəminin o başını görmək hələ işçilərdən heç kəsə nəsib olnamışdı. Doğrusu, buna maraq göstərən də, olmamışdı. Bu zirzəmidə hər kəs özünə düşəcək işi çox gözəl bilirdi.Səhər doqquzda başlanan iş günorta bir saatlıq fasilə ilə dayanar, sonra yenə həmin sürətlə axşam saat altıya qədər davam edərdi. Kiçik dialoqlar istisna olmaqla, söhbət qəti qadağan idi.Əslində, bunu işə bir zərəri olmazdı, lakin telli həcərə demişdi ki, bu zirzəminin sonunda ermənilər öz uşaqlarına tarixlərini öyrətmək üçün kurs açıblar. Bax elə bu zirzəminin sirli bucağndan həqiqətən aradabir uşaq səsləri gələrdi. Amma heç kəs nə bu zirzəminin sonunu görmüşdü, nə də buradakı gizlicə milli tarixini öyrənən uşaqları. Zirzəmin bu rütubətli küncundə lavaş yayan bu qadınların tarixlə, millətçiliklə bir dərdi yox idi. Onlar ərlərinin rus qadınlar ilə oynaşmağından, uşaqlarının məktəb, bağça dərdindən və dünyanın hər tərəfində dəyişməz bir şiddətlə insanların üzərinə sıyrılan kasıbçılıq qılıncından şıkayətlənirdilər. Sükutla baş verən bu dialoqlorın sözə ehtiyacı yox idi. Onların ortaq sükutda birləşən bir dərdləri var idi. Müzakirə olunmayan, içlərində basdırlan, qəbir sukutu ilə yola verilən dərdləri var idi.
Həcər artiq bir il idi ki bu işə gəlib gedirdi. Lakin üç il öncə yatsaydı yuxusuna belə girməzdi Rusiyanın bu qarlı çovğunlu halı. Xəyalına belə gəlməzdi bir gün bura gələcəyi, burada işləyə biləcəyi. Amma taleyində bu da var imiş. Anası həmişə deyərdi ki, qızım bir yerin sənə çörəyi qismətdirsə, sən onu quş dimdiyində də olsa yeyəcəksən. Nəbi ilə evləndikdən sonra evliliyi sanki kvartala bölündü. Nəbi altı ay Rusiyada, altı ay evdə oldu. Yayı Rusiyada, qışı Azərbaycanda özünə kurort etdi bu iki ölkəni. Və bir gün ........... Bir gün Nəbinin heç vaxt dönməyəcəyi məlum oldu. Iki körpə uşaqla təkbaşına qaldı Həcər.Nəbinin dönməyəcəyini bilən neçəsi burnunun suyunu axıtdı çəpərlərin dibində amma Həcər heç kimə huş vermədi. Yay keçdi. Payızın yağışları başlayanda Həcərin canını da qaramat basdı. Gecələr uzandıqca gənc və təravətli bədənini yorğana bürüməklə isidə bilməyəcəyinin fərqinə vardı.Başqa kişilərə baxmayacaq qədər namuslu idi. Soyuq gecələrin birində qərarını verdi. Axırıncı iki inəyi satıb yol aldı tanımaza bilməzə düz Rusiyanın çöllərinə. Ilk dəfə çıxdığı uzaq yolda çöllər ona nəhayətsiz, qatar isə uzun ilanı xatırlatdı. Bu ilanın nə vaxtsa sürünüb bir yerə vara biləcəyinə ümidin itirdi az qala. Qatar son dayanacağını tapanda Həcər yeni bir həyatın nəfəsini öz üzərində hiss etdi. Budur hər kəsin bir qarşılayanı var. Həcər qatarda tanış olduğu qadınların köməyi ilə əvvəl bazarı, sonra Nəbini tapa bildi. Əvvəl bu nəhəng şəhərdə iynə olub itəcəyini zənn etsə də, bacardı. Nəbi əvvəl çığırıb- bağırsa da sonra sakitləşdi. Əl-ələ verib yaşamağa başladılar. Rus dilinin qolunu qıçını qıra-qıra danışmağa çalışırdı.. Sonra Nəbinin az qazancı ilə bir şey edə bilməyəcəklərini anladı.Elə qonşuluqda qalan Telli də kömək etdi bu qərara gəlməyinə. Onu Rusiyada sığortasız, müvəqqəti yaşayış tərzi ilə kim işə götürəcək? –bunu ondan Nəbi sual edəndə tellinin cavabı hazır idi.
Üç gün sonra Həcər Tellinin təsvir etdiyi məkanda işə götürüldü. Iş yerinin sahibi erməni idi.Bu, əvvəlcə Həcəri hürkütdü, lakin Telli onu sakitləşdirdi.
-Erməni bizi niyə işə götürsün ki?- Həcər şübhəli-şübhəli soruşanda Telli dodağını büzərək
-Çoxbilmiş çıxmısan guya sən?! Aaaz, hərə öz ayıbına göz yumur. Sən sığortasız immiqrant, O isə lavaşı erməniniki kimi sırıyacaq qədər bic. Bu qədər. Get gör içəridə bir dənə də olsa erməni arvadı yuxa yayır? Yox. Görə bilməzsən,çünki əllərindən gəlmir. Tak şto, səs eləmə. Işini gör, pulunu al!- cavab verdi.
Tellinin bu qədər aydın izahatı Həcəri o qədər qane etdi ki, daha bir kəlmə belə soruşmadan işinə başladı.
-Hər şey yolunda idi əgər bu oğurluq olmasaydı- Həcər yenə odlanaraq ürəyindən keçirdi. Yerinə keçə-keçə önlüyünü bağladı. Telli onun üzünə baxaraq
Yenəmi?- deyə soruşdu.
Həcər üzündəki acı ifadə ilə başını tərpətdi və- bu dəfə lap çox aparıb.- dişlərini qıcayaraq söylədi.
Bəlkə qumara dadanıb?- Telli nagüman şəkildə söylədi.
Nədisə bilinəcək. Belə şey qırx gün gedir, onsuzda. Bu gün işdən icazə alıb gedəcəm.- Həcər qətiyyətlə əlindəki xəmiri kündəliyə-kündələyə söylədi.
Hara?
Gedəcəm- Həcər Telliyə cavab vermədən gözləri yol çəkə-çəkə sanki öz qərarına özünü inandırırmış – Gedəcəm- deyə yenə təkrarladı.
Işdən icazə alanda Tiqranın üzündəki ilan soyuqluğu Həcərin canına həmişəki üşütməni saldı.
Bir saat. Bir saatın var. Geciksən içəri qoymacam. Bilirsən ki, buranın qapısı açılmaz.- siqaretini külqabıda əzərək əli ilə get işarəsi verərək dilləndi. Sonra nə düşündüsə-Hacar qeri qel- qırıq -sökük türkcə dilləndi və cibindən beş yüz rubl çıxararaq –Al! Lazımın ular –deyərək pulu Həcərə uzatdı.
Lazım deyil. Varımdı.-Həcər etiraz edəndə O,
Biz yerliyik al- Qarabağdan olduğuna həmişəki işarə vurub rus dilində sözünə davam etdi. – bir saatın artıq əlli dəqiqəsi qaldı . Tez elə!
Həcər avtobus dayanacağından az qala qaçaraq özünü bazara yetirdi. Nəbini uzaqdan sezərək özünü paltar alverçilərinin arasına verdi. Özünü paltarlara baxırmış kimi göstərərək papağını alnına doğru çəkdi. Paltosunun boynunu da qaldıraraq üzünü tam görünməz etdi. Yavaş-yavaş Nəbinin piştaxtasına yaxınlaşdı.Heç nəyi planlamamışdı. Beynində yalnız qısa əmr siqnalları var idi: get, dayan, dön. Vəssalam. Nəbi isə kefi damağı çağ əindəki pivə bankasından içir, aradabir qəhqəhə çəkib gülürdü. Onun tez-tez qolundakı saatına baxmasından Həcər vaxtında gəldiyinə azacıq ümidlənirdi. “Bəlkə bəxti kəsəcək ,doğurdan Nəbini iş başında yaxalaya biləcək”-deyə sürətlə fikrindən keçirdi. Bir azdan Nəbi yanındakılara nə isə deyərək sürətlə oradan ayrıldı. Həcər onun bu qəfil hərəkətindən təşvişə düşərək onun arxasınca yüyürdü. Budur Nəbi qarşısında gedir. “Axı niyə bu günə qaldılar?! Bəyəm qarşısına çıxıb sən niyə bu pulları götürürsən -deyə soruşa bilməzdim.” – Həcər dodaqlarını çeynəyə-çeynəyə yalnız bunları düşünürdü.
Nəbi addımlarını yavaşıdıb qızıl dükanına girdi. Həcər vitrin şüşəsinin bu tərəfindən onun boyük bir üzük seçdiyini müşahidə etdi. Onun dükandan çıxdığını görüb özünü tez yaxınlıqdakı yük maşınlarının arxasına verdi. Nəbi ətrafına fikir vermədən üzündəki xoşbəxt bir ifadə elə qızıl dükanın yanındakı gül dükanına girdi. Orada böyük bir gül dəstəsi bağladaraq sürətlə oranı tərk etdi. Həcər artıq məsələnin nə yerdə olduğunu anlamışdı. Yenə səbrini basaraq ərinin arxasınca yollandı. Nəbi istiqamətini bazara tərəf çevirəndə Həcər bir az çaşdı. Elə bazara çatmamış Nəbinin qəfil ayaq saxladığını görüb özünü qələbiliyin içinə atdı. Elə o an hündürboylu bir qadının əriylə görüşdüyünü gördü.Həcər yavaş-yavaş özündən asılı olmadan onlara yaxınlaşmağa başladı. Budur: əri üzüyü balıqqulağına bənzər parıltılı qabından çıxaradaraq onun barmağına taxdı. Gül dəstəsini bağrına basan qadının gözəlliyi bir tablo kimi Həcəri ovsunlamışdı. Nəbi isə elə bir addımlığında dayanan arvadının bədbəxtliyinin görməyəcək qədər kor, onun iniltisini eşitməyəcək qədər kar idi. O, o an qarşısındakının əllərindən yapışaraq özünü cənnətdə hiss edirdi. Həcər qəti addımlarla Nəbiyə yaxınlaşaraq qolundan yapışdı.
Xeyir olsun ay Nəbi bu nə deməkdi?- Həcərin səsi Nəbiyə çox gec çatdı. Əvvəl inanmağı gəlmədi. İlk öncə qolunu kəlbətin kimi sıxan barmaqlara, sonra isə o barmaqların sahibinə baxdı. Rəngi sapsarı saraldı.
Sənin burada nə işin var? – boğazında boğulan ötkəmliklə dilləndi.
Həcər heç nə demədən oradan uzaqlaşdı. Insanlar ətrafında duman kimi idi. Nəfəsi kəsilə-kəsilə yalnız - ona heç vaxt gul alınmadığını, onun görüşünə kiminsə xoşbəxt və həyacanlı halda tələsmədiyini, saçlarının heç vaxt gözəllik salonunda qulluq görmədiyini, heç vaxt o qadın kimi bahalı ətirlər vurmadığını düşündü. Bir anlığ ayaq saxlayaraq əllərini paltosunun cibindən çıxararaq tamaşa etdi. Içi döyənək olmuş əllərinin dərisi soyuqdan partlyaraq şoran torpağa bənzəyirdi.Bu gün bu əllərin zülümünün məhsulu bir üzük və bir dəstə gül etmişdi Vəssalam. Elə bu an qulağının lap dibində tanış bir səs çınladı:
Ay Həcər bacı, niyə burada dayanmısan?
Həcər başını döndərərək Eldarı gördü. Eldar nəfəsini dərmədən davam etdi.
- Elə yaxşı oldu sənə rast gəldim. Bizim diaspora Fevralın 26-na görə pul yığırlar. Bəlkə sizdə bir -sözlərinin ardını gətirmədən susdu. Həcər onun firavanlıq tökülən üzünə, köklükdən qatlanmayan barmaqlarına və ən sonda əlindəki plastik torbaya baxdı. Gözlərini “Armyanski lavaşı” yazılan torbadan ayırmadan bayaq Tıqranın verdiyi puldan iki yüz rubl çıxardaraq ona uzatdı.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR