Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən tutun və əriyin çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.
Tut
Tutun respublikamızın ərazisində 3 növü yayılmışdır: ağ tut, qara tut, qırmızı tut. Bunlardan Azərbaycanın ərazisində ən çox yayılanı ağ və qara tut növləridir. Azərbaycanda ağ tut yabanı halda Samur-Dəvəçi zonasının tuqay meşələrində, Kur-Araz, Alazan-Əyricay ovalıqlarında yayılmışdır. Bundan əlavə Azərbaycanın əksər rayonlarında, o cümlədən Abşeronda geniş becərilir. Qara tut Azərbaycanın aran və dağətəyi rayonlarında becərilir.
Qırmızı tut – Hündürlüyü 15-20 m olan ağacdır. Qabığı qəhvəyi-boz, cavan budaqları isə sarımtıl-boz rəngdə olur. Yarpaqları yumurtavaridir. Yarpaq arası 5-7 sm-dir. Qırmızı tutun oduncaq hissəsi çox qiymətlidir. Özək hissəsi sarı rəngli olub, illik həlqələri aydın görünür. Qırmızı tut yarpaqlarından boyaq, tərləmə dərmanı kimi, köklərindən isə bağırsaq qurdlarının təmizlənməsində istifadə edilir.
Meyvələrindən spirt, sirkə, şərab hazırlanır. Meyvəsinin tərkibində 22% şəkər vardır. Toxum və qələm vasitəsilə çoxaldılır. Bu, ağ tuta nisbətən az yayılmışdır. Bu növ Azərbaycanda əsasən Naxçıvan, Şəki, Şamaxı, Ağsu, Göycay rayonunda mövcuddur.
Tutun yarpaqlarında 0,75% üzvi turşular, 50-60 mq% askorbin turşusu 1,5-2,0% şəkərli maddələr, 2-3% aşı maddələri vardır. Meyvələrində 23-24% şəkər, 2,5% üzvi turşular, 70-80 mq% askorbin turşusu, 4% limon turşusu, pektin maddələri və s. müəyyən edilmişdir. Göstərilənlərdən başqa tərkibində müxtəlif amin turşuları (alanin, valin, qlütamin, asparağin, fenilalanın və s. aşkar edilmişdir), flavonoidlərdən izokversetin, efir yağı, karotin, B, B2, C, PP vitaminləri tapılmışdır. Ağ tutun toxumlarında 25-30% piyli yağ vardır. Ağ tutun qurudulmuş yarpaqlarından hazırlanmış sulu dəmləmənin, spirtli cövhələrinin (tinkturasının), ürək-damar sistemi
xəstəliklərində müsbət göstərdiyi kliniki təcrübədə aşkar edilmişdir.
Tut yarpaqlarından xalq təbabətində çox qədimdən istifadə edilir. Onlardan çay dəmləyib şəkər xəstəliyində, ürək ağrıları içirlər. Meyvələri təzə halda yeyilir, həm də onlardan doşab hazırlayıb ürək zəifliyində, qanazlığında qəbul edirlər. Bundan baş meyvələrindən hazırlanan şirələrindən xərçəng, boğaz ağrıları mədə xəstəliklərində qəbul edilir. Ağ tutun yarpaqlarından çay dəmləyib qəbizlikdə, soyuqdəymə xəstəliklərində içirlər. Ondan tərlədici və hərarəti aşağı salıcı vasitə kimi, həmçinin diabet və epilepsiya xəstəliyinə qarşı da
istifadə edilir. Mədə və onikibarmaq bağırsaq xoralarında ağ tutun meyvələri məsləhət görülür. Meyvə və qabıq hissələrindən hazırlanmış məlhəmlə civzə, irin və dəri yara müalicə olunur. Ağ, qara, xar tutun meyvələri qanartırıcı xassəyə malikdir.
Şirəsini balla qarışdırıb alınan mazdan boğaz xərçəngində sürtkü kimi istifadə edilir. Meyvəsindən kompot, sirop, müxtəlif şirə növləri, mürəbbə, cem, marmelad, şərbət, çaxır, spirt, sirkə, şəkər və limon turşusu hazırlanır.
Ərik
Ərik növ və sortları xoş ətirə malikdir, hissəsindən 4,7-27%-ə qədər şəkər, pektin, alma, limon, çaxır turşuları, askorbin turşusu, B1, B2, B5, P, PP, vitaminləri, çoxlu miqdarda karotin maddələri, mineral duzları və s. aşkar edilmişdir. Meyvəsi polivitaminlərlə, eləcə də kalium duzları ilə zəngin olduğundan ondan ürək-damar xəstəliklərinin müalicəsində geniş istifadə edilir. Toxumlarında 50-60%-ə qədər donmayan yağ, tərkibində 20 %-ə qədər zülal və 10%-ə qədər karbohidratlar olan yağ müəyyən edilmişdir ki, bunlardan da tibbdə geniş istifadə olunan kamfora yağı hazırlanır. Bundan əlavə, tərkibində mühüm müalicə əhəmiyyəti olan panqam turşusu (vitamin B15) da vardır.
Ərikdən qanın tərkibində dəmir çatışmazlığı zamanı baş verən anemiya (qan azlığını) xəstəliyinin qarşısının alınmasında, Çin xalq təbabətində isə 20-30 q toxumlarından alınan cövhərlə bronxit, göy öskürək, kəskin böyrək xəstəliklərində istifadə edilir. Xəstəlikdən yenicə durmuş zəifləmiş insanlara, xroniki bronxit, vərəm, hamilə qadınlara və zəif uşaqlara gündə 100-150 qram şirin ərik meyvəsi
yeməyi məsləhət görürlər. Meyvəsinin tərkibində çoxlu miqdarda K elementi olduğu üçün ürək-damar, xroniki böyrək xəstəliklərində,
orqanizmində Na elementinin nizamlanması üçün, eyni zamanda hipertoniya, ürək döyüntülərinin pozulmasında, miokard infarktı zamanı ərik meyvəsi qəbul etməyi məsləhət görürlər. Əriyin toxumlarından alınan yağdan həlledici kimi bir sıra dərman preparatlarının hazırlanmasında, duru müalicəvi mazların və eləcə də kosmetik kremlərin istehsalında geniş istifadə edilir. Toxumu zəhərli olduğu üçün insanlar və ev quşları arasında zəhərlənmə hadisəsi baş verir.
Ərikdən konserv, şirniyyat, mürəbbə, kompot, sərinləşdirici içkilər və s. məhsullar hazırlanır. Meyvələri təzə və qurudulmuş halda pəhriz maddəsi kimi, anemiya xəstəliyi zamanı hamilə qadınlara qüvvətverici və qanartırıcı vasitə kimi məsləhət görülür. Qurudulmuş qaysıdan ürək zəifliyində və bir sıra başqa xəstəliklərdə istifadə edilir. Lakin şəkər xəstəliyi zamanı məsləhət görülmür. Pakistan alimlərinin məlumatlarına görə, yeməklə qəbul edilən 100 q əriyin insan orqanizminə olan xeyri (qanartırıcı) 40 q kürü və ya 250 q təzə heyvan qaraciyərinə bərabərdir. Xalq təbabətində ərikdən həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan vasitə, eləcə də xroniki qəbizlikdə yüngül işlətmə dərmanı kimi istifadə edilir. Qurudulmuş qaysıdan bir sıra xörəklərin tərkibinə ədviyyat kimi qatılır. Yağından qənnadı sənayesində geniş istifadə edilir. Ərik ağacının kitrəsindən həm yapışqan kimi, həm də yeyinti və tibb sənayesində istifadə edilir.
XƏBƏR LENTİ
İşində nöqsanlar aşkarlanan tibb işçiləri cəzalandırıldı - RƏSMİ
Azərbaycanlı gənc Londonda “Ən Yaxşı Nitq” diplomu qazandı - FOTO
Tarixə təkzib teleqramı
Stress və onun öhdəsindən gəlmə üsulları
Zərərsiz kontakt linzaları yaradılıb
Naxçıvanda zəlzələ oldu
Çörəklə bağlı rəsmi açıqlama
Azərbaycanda daha 7 nəfər koronavirusdan öldü – 590 yeni yoluxma
Məşhur proqnozçudan BÖYÜK ZƏLZƏLƏ xəbərdarlığı-2 gün sonra
2018/19 Payız - Qış aksesuar trendləri
Evdə paltar qurutmayın - XƏBƏRDARLIQ
Revmatizm üçün sınanılmış üsul
Axmaqlar bir-birini cəlb edir...
Məşhur aktrisa Beren Saatın BOŞANMASIndan danşdı
Dərinizi gözəlləşdirəcək köhnə üsullar
"WhatsApp"-da YENİLİK!
Füzulinin 38 şəhid verən kəndində abidə kompleksi açıldı
Con Frenç Sloanın rəsmləri (3)
Azərbaycanın dirçəlişi
Azərbaycanda bəzi insanlara xəbərdarlıq: həyəcanlanma yuxarı səviyyədə olacaq
Məşhurların tanınmayan nəvələri
Azərbaycan idmançısı erməni rəqibini nokauta göndərib dünya kubokunu qazandı
"Miss Brazil-2019" seçildi-FOTO
Uşaqlar üçün smartfon yaradıldı - “PhoneKС–d”
Malayziyanın itmiş təyyarəsindən xəbər var
Şəkər haqqında gələn xəbərlər
İş axtaranlara şad xəbər
Elmə məlum olmayan heyvan tapıldı
Beş yaşlı Samirin 26 barmağı var - FOTO
İşə qəbul zamanı necə fırıldaqçılardan qorunmaq
"Çılpaq" tort (foto resept)
Bu qadın 21 -ci övladını dünyaya gətirdi-FOTO
Qızıl payız
2019-un bahar dəbi
Deniz Çakır hakim qarşısına çıxdı
Notbuk istifadəçilərinə şad xəbər
Uzun gecənin 35 illik həsrəti
Yeniyetmə sərbəst güləşçilər Kiyevdə qüvvələrini sınayacaq
Azərbaycan ordusu düşmənin xeyli sayda hərbi texnikalarını məhv edib - VİDEO
Bu serialın da çəkilişləri dayandırıldı
Qeyri adi ayaqqabılar
Mila Eştonun verdiyi hədiyyədən danışdı-FOTO
Ronaldu Corcinaya evlilik təklif etdi
BÜRCLƏR bizə nə vəd edir?-27 Sentyabr
Barak Obamanın BOŞANMA xəbəri yayıldı
Adam başına düşən mənzil sahəsi genişləndiriləcək
Evinizi qarışqalardan qoruyun
Möcüzə enerji-3
Azərbaycan tarixindən yüz şəxsiyyət-14
Azərbaycan Premyer Liqasında koronavirusa yoluxanlar - SİYAHI
- ŞƏRHLƏR