Alimlər niyə xroniki stressin infarkta səbəb olduğuna aydınlıq gətiriblər. Məlum olub ki, stress orqanizmdə kəskin leykosit istehsalına səbəb olur, bu da öz növbəsində damar tıxanıqlığı ilə nəticələnir.
Həkimlər uzun müddətdit ki xroniki stressin ürək-damar xəstəliklərinə səbəb olduğunu bilirdi, lakin belə təsirin mexanizmi sirr olaraq qalırdı. Stressin səbəb olduğu həddən artıq ağ qan hüceyrələri hasili qan damarlarının içəri divarlarında "tıxac" meydana gətirərək, qan dövranını yavaşladır və laxtalanma miqdarını artırır.
Harvard Tibb Məktəbindən olan Mattias Narendorf qeyd edir ki, ağ qan hüceyrələri müxtəlif infeksiyalarla mübarizədə böyük rola malik olsa da, miqdarı həddindən artıq olduqda zərər də verə bilər.
Harvardlı alimlər təcili yardım şöbəsindən olan 29 tibb işçisindən aldıqları qan nümunəsini araşdıraraq, stress və infarkt arasındaki əlaqəni aydınlığa çıxarmağa çalışdılar. Məlumdur ki, belə müəssisələrdə iş şəraiti təcili davranmaq və sair məsuliyyətlər səbəbindən davamlı stresslə əlaqəlidir.
İş və boş vaxtlarında həkim və tibb bacılarından alınmış qan nümunələrini yoxlayaraq, tədqiqatçılar stress və immun sistemi vəziyyəti arasındaki əlaqəni aşkar etməyə nail olublar. Nəticəyə əsasən, güclü stress sümük iliyinin kök hüceyrələrini aktivləşdirərək, çoxlu miqdarda ağ qan hüceyrələri - leykosit hasilinə gətirib çıxarır. Alimlər bundan başqa siçanlar üzərində də bir sıra təcrübələr aparıb. Nəticələr oxşarlıq təşkil edib: güclü stress əlamətləri olan siçanlarda da çoxlu leykosit istehsalı müşahidə edilirdi.
Mütəxəssislər qeyd edir ki, stress infarkta səbəb ola biləcək faktorlardan yalnız biridir. Bunlar arasına həm də orqanizmdə yüksək xolesterin səviyyəsi, yüksək təzyiq, siqaret istifadəsi və bəzi genetik faktorlar əlavə edilə bilər.
XƏBƏR LENTİ
Bakıda yeni keçidlər tikiləcək
Dünyanın ən böyük "Snickers"i hazırlandı - VİDEO
Tələbəlik illəri
Bayram gecəsinin və gününün əməlləri
Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 129 yeni yoluxma
Trampa qarşı sui-qəsd təşkil olundu
Yeni Citroen C4 Cactus
Aforizmlər
Dünyanın ən varlı qadını məlum oldu
50 yaşlı nənə dördəm doğdu - FOTO
Xoş aura yaradan bitkilər
Məşhurların gəlinlikləri
"Hər bəlamda günahkar sənsən!"
Olimpiada qalibləri bu ixtisaslara imtahansız qəbul olunacaqlar - SİYAHI
Quru dərilər üçün effektli maskalar
TQDK bu gün qəbul imtahanının nəticələrini açıqlayacaq
Xəzərdə zəlzələ olub
Trampdan Baydenə sərt sözlər: “Bu axmağı dinləsəydim...”
HAVA necə olacaq?-30 Avqust
Ana laylası
Ütü alarkən bunlara diqqət edin
Keyfiyyətsiz tərtib olunan kitabların sağlamlığımıza hansı zərəri var?
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqları necə tərbiyə edək?
İŞİD-ə ağır zərbə vuruldu
Sızanaqları yox edən meyvə maskaları
Sərdar Ortaç AÇIQLAMA verdi
Saçlara diqqət mütləqdir
Gürcüstan-Tbilisi (4)
Bakıda Formula 1 pilotlarının avtoqraf sessiyası keçiriləcək
Sevgilisinə evlilik təklif edən qız rüsvay oldu – Video
Limonad (foto resept)
Fitness haqqında bilinməyən 3 fakt
Prezident və xanımı Respublika Günü münasibəti ilə keçirilən rəsmi qəbulda iştirak etdi
Bu cür insanlardan UZAQ DURUN!
Dalğalı saç modeli
Merkuri Günəşin qarşısını kəsəcək - bunu Azərbaycandan izləmək mümkün olacaq
Ürək xəstəsinin ideal tətili necə olmalı
Ölkədəki sürüşmə sahələrində vəziyyət - TƏHLÜKƏ VARMI?
Yaz və payız fəsilləri sıradan çıxır - BUZLAŞMA OLACAQ
Qızardılmış meyvə piroqu (foto resept)
Təbii üsullarla böcəkləri evdən necə uzaqlaşdırmalı?
Günün qoroskopu: münasibətləri araşdırmayın
"You-Tube" ilə bağlı inanılmaz qərar
Nağıl kimi toy üçün gəlinliklər
Bakıdakı yüksək temperaturla bağlı AÇIQLAMA
Masazırda bəzi evlər sökülə bilər
Lipoma, anqiolipoma və müalicəsi
Günün ulduz falı
İrina Şeyk anası ilə istirahətdə - FOTO
- ŞƏRHLƏR