İnsan orqanizminin ən mühüm, təəccüblü sistemlərindən olan immun sisteminin çox həyati funksiyası var. İnsan fərqinə varsa da, varmasa da, bu sistemin bütün vahidləri eynilə bir ordu kimi orqanizmi qorumaq üçün vuruşur və bu işi dəqiqliklə yerinə yetirirlər.
Bakteriya, virus və bənzər mikroorqanizmlərə qarşı bədəni müdafiə edən hüceyrələr güclü döyüşçülərdir və qeyri-adi bacarıqları var.
Yad orqanizmlər bəzən dəri, tənəffüs və həzm sistemi kimi maneələrdən keçərək bədənə daxil olmağı bacarırlar. Ancaq onları immun sisteminin güclü döyüşçüləri gözləyir. İmmun hüceyrələri adlandırılan bu döyüşçülər faqositlər, makrofaqlar, limfositlər kimi hüceyrələrdir. Bu hüceyrələrin orqanizmdə mübarizə apardığı zaman göstərdiyi ağıl, şüur və fədakarlıq nümunələri bunları öyrənən hər kəsi heyrətləndirir. İndi immun sistemi vahidlərindən birini – antitelləri təhlil edərək sistemdəki mükəmməlliyə baxaq.
Antitellər hər düşmən üçün ayrı-ayrı hasil edilir.
Antitellər orqanizmə daxil olan yad hüceyrələr üçün hasil edilən zülal əsaslı silahlardır. Bu silahları immun sisteminin əsgərlərindən biri olan B hüceyrələri hasil edir. Düşmən orqanizmləri zərərsizləşdirmək funksiyası daşıyan antitellərin iki başlıca vəzifəsi var: birincisi, orqanizmə daxil olan düşmən hüceyrəyə (antigenə) yapışmaq. İkincisi, yapışdıqdan sonra antigenin bioloji quruluşunu pozaraq onu məhv etmək.
Qanda və hüceyrədən kənar mayedəki antitellər xəstəliklərə səbəb olan bakteriya və viruslara yapışırlar. Yapışdıqları yad molekulları bədənin döyüşçü hüceyrələri üçün işarələyib zərərsizləşdirirlər. Bu, müharibə meydanında düşmən tankının tank əleyhinə idarə olunan raketlə vurulmasına və tankın hərəkətinin və atəş açmasının qarşısının alınmasına bənzəyir. Antitel birləşəcəyi düşmənə (antigenə) üçölçülü quruluşda, eynilə açar-qıfıl uyğunluğu ilə tam yerləşir.
Hər xəstəliyə qarşı fərqli antitel
Orqanizm demək olar ki, hər düşmənə uyğun bir antitel hasil edir. Üstəlik, antitellərin hamısı eyni tipdə deyil. Hər düşmən üçün onun quruluşuna uyğun, onun öhdəsindən gələn antitel hazırlanır. Çünki bir xəstəlik üçün hasil edilən antitel başqa bir xəstəliyə təsir etmir.
Bədəndə hər düşmənə uyğun xüsusi antitel emal edilməsi, həqiqətən, düşündürücüdür. Çünki belə bir prosesin baş verməsi üçün B hüceyrələri qarşılaşdıqları hər düşməni çox yaxşı tanımalı, quruluşunu çox yaxşı bilməlidirlər. Ancaq təbiətdə milyonlarla düşmən (antigen) var.
Bu, milyonlarla qıfılın hər birinə uyğun açarı ilk dəfə qarşılaşdıqda düzəltməyə bənzəyir. Ancaq burada əsas cəhət budur ki, açarı düzəldən insan qıfılı əlinə götürüb tədqiq etmədən, hər hansı qəlibdən istifadə etmədən, əzbər şəkildə açarı emal etməlidir.
Bircə açarın formasının belə əzbər yadda saxlamaq insan üçün çox çətindir. Bəs insan milyonlarla qıfılın hər birini açan milyonlarla açarın üçölçülü formasını yadda saxlaya bilərmi? Əlbəttə, xeyir. Ancaq gözlə görmədiyimiz kiçik B hüceyrəsi hafizəsində milyonlarla məlumat saxlayır, lazım gəldikdə bu məlumatlardan düzgün kombinasiyalarda şüurlu şəkildə istifadə edir.
Kiçik bir hüceyrənin içinə milyonlarla məlumatın yerləşdirilməsi insana göstərilən böyük möcüzədir. Ancaq daha maraqlısı budur ki, hüceyrə bu məlumatlardan insanın sağlamlığını qorumaq üçün istifadə edir.
Açıq-aydın görünür ki, kiçik hüceyrələrin bu qeyri-adi müvəffəqiyyətinin sirrini insan ağlı qavraya bilmir. Qısaca desək, bu gün insan beyninin və qabaqcıl texnologiyanın gücü hüceyrələrin nümayiş etdirdiyi ağılın gücü qarşısında acizdir.
Hüceyrələr insan ağlının hüdudlarını aşır.
Bu günə qədər orqanizmdə antitellərin necə hasil edildiyi hələ tam məlum olmamışdır. XXI əsrin texnologiyası bu mükəmməl hasilatın metodlarını üzə çıxarmaq üçün çalışır. Gələcəkdə insana xidmət üçün yaradılmış bu kiçik hüceyrələrin hansı metodlardan necə istifadə etdikləri aşkar olduqda bu hüceyrələrdəki mükəmməllik və sənət daha yaxşı başa düşüləcək.
Qarşılıqlı söhbət etmək, razılaşmaq, plan qurmaq və bu planlar əsasında mütəşəkkil hərəkət etmək kimi xüsusiyyətləri hüceyrələrdən və ya orqanlardan gözləmək doğru olmaz. Düşünün ki, burada söhbət gözlə görünməyən antitellərdən gedir. Şübhəsiz ki, böyük insan kütləsi belə bu qədər qüsursuz şəkildə təşkilatlanaraq unutmadan, qarışıqlıq olmadan işlərini yerinə yetirə bilməz, üstəlik, müdafiə kimi ciddi vəzifəni yerinə yetirmələri çox çətindir. Bundan əlavə, dövrümüzdə orqanizmdəki immun sisteminə bənzər müdafiə sisteminin qurulma ehtimalı olduqca azdır. Bu gün elm adamları immun sistemini tədqiq etməyə başladıqca qarşılaşdıqları mənzərədən heyrətə düşürlər. Çünki tapılan cavablar başqa bir çox sualı da doğurur, hüceyrədəki ağıl və şüur getdikcə aşkar olur.
Burada açıq-aydın həqiqət üzə çıxır: bütün hüceyrələri yaradan və onlara insan bədənini müdafiə etməyi ilham edən Allahdır.
R. Əkbərov
XƏBƏR LENTİ
Yeni peykimiz 2017-ci ildə orbitə buraxılacaq
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir
Hava xəbərdarlığı - qar qayıdır
Emilidən gözlənilməz Addım-FOTO
55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO
Mehriban Əliyeva: “Torpağımızı təcavüzkarlardan azad edəcəyik”
2012-ci il yataq otağı modelləri
Uşaqların sosial-psixoloji inkişafı-19
Dubayda "Şöhrət xiyabanı" olacaq!
Tom Kruz və Keti Holmsun qızı gözəlliyi ilə diqqət çəkdi-FOTO
Ermənilərin döyüş meydanında atıb qaçdığı hərbi texnikaların görüntüləri - VİDEO
Hollandiyada "Məmməd Məmmədov" parkı
Dünya liderləri prezident İlham Əliyevi təbrik etdilər
Həzm sisteminin işləməyinə kömək edən ərzaqlar
İnternet dəhşətləri: Qadağa çıxış yoludurmu?
Blinçikli piroq (foto resept)
Təmiz torpaq, sağlam həyat...
İnternetdə "oturmağın" çox böyük ziyanı var...
Eboladan ölənlər artır
Şəhərlərarası hərəkət qadağan edildi - VİDEO
Çimərlik donları
Prezident İlham Əliyev Çanaqqaladadır
Orta məktəb müəllimləri bu qədər maaş alacaq - Məbləğ
Yerfındıqlı peçenye (foto resept)
HAVA necə olacaq?- 16 APREL
Ağlamağı qəbahət hesab edənlər, oxuyun!
Qalıcı arıqlamağın yolu
Görənləri heyrətə salan dodaq makiyajı
“Qaçqınkom”dan məcburi köçkünlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
İstirahət üçün ən gözəl yerlər
Putin Qarabağla bağlı humanitar mərkəzin yaradılması üçün sərəncam verdi
Bir şəklinin qiyməti 40 avrodur
Köklü,darçınlı,qozlu keks (foto resept)
"Eurovision-2014": Azərbaycan finalda! - FOTOSESSİYA
Kişi və qadın arasında dostluq mümkündürmü?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Yolu izah edən “ağıllı” ayaqqabı hazırlandı
Pendirli pomidorlu balıq (foto resept)
Attraksionda bir saat başıaşağı qaldılar - VİDEO
Azərbaycan boksçuları tarix yazdılar
Hamı yemək üçün Azərbaycana gələcək
Saçların tez uzanması üçün daha bir sadə vasitə
Saatınızı yeniləyin
Minimum aylıq əməkhaqqı artırıldı
Monika gözəlliyi ilə diqqət çəkdi-FOTO
Körpəyə qulluq qaydaları
Akvariumun içində restoran
Araz Ağalarov sanksiyaları pislədi
Paris qan içində: 7 terror aktı, 153 ölü
- ŞƏRHLƏR