“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun vətən torpaqlarını işğaldan azad etməsi, otuz ilə yaxındır didərginlik həyatı yaşayan məcburi köçkünlərin doğma yurda qaytarılmasına imkan yaradıb.
Bununla əlaqədar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun məcburi köçkünlərin öz torpaqlarına könüllülük əsasında qaytarılacağı barədə söylədiyi fikir yanlış anlaşılıb və ictimai müzakirəyə səbəb olub”.
Bu barədə komitənin yaydığı məlumatda deyilir.
Bildirilib ki, halbuki açıqlamada məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyətinin öz doğma torpaqlarına qayıtmaq əzmində olduğu vurğulanaraq, onların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının məcburi köçkünlərin özləri tərəfindən arzu olunan yeganə seçim olduğu diqqətə çatdırılıb:
“Dövlətimizin başçısının dəfələrlə bəyan etdiyi kimi, məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlərboyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir.
Məhz buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar bunu ölkə rəhbərliyinə, eləcə də Dövlət Komitəsinə son dövrlərdə yüzlərlə edilən müraciətlərində nəinki qayıtmaq, həmçinin, işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər.
Hazırda məcburi köçkünlər respublikamızın ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşıblar. O cümlədən 300 mindən artıq məcburi köçkün onlar üçün salınmış qəsəbələrdə xüsusi təyinatlı dövlət mənzil fonduna məxsus yaşayış sahələrində yerləşdirilib.
Prezident İlham Əliyev bu günlərdə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşərkən deyib: “Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq”.
Xalqımızın qəhrəman övladlarının qanı bahasına işğaldan azad edilmiş torpaqlara qayıtmaq, bu müqəddəs torpaqları dirçəltmək, canlandırmaq, o yerlərdə yeni evlər tikərək, təsərrüfat yaradaraq daimi məskunlaşmaq məcburi köçkün həmvətənlərimizin mənəvi borcu, vətənə və ümumxalq dəyərlərinə sadiqliyinin təcəssümü kimi dəyərləndirilməlidir”.
XƏBƏR LENTİ
Nokia tarixə qovuşacaq
Şokoladla gözəlləşin
Gülməli anlar
3 ay övladlarını görə bilməyəcək
Meyvə ətirli parfümlər
İrandan Azərbaycana kartof ixracına məhdudiyyət qoyulub?
COVID-19 dərmanı saxtakarlığı - Prezident gerçəkləri açıqladı
Super Dünyalar
Banklar ipoteka kreditlərindən imtina edəcək
Doğru büsthalter seçimi
1800-cü ilin əl çantaları
Bu günün hava proqnozu
Modelin qaşları diqqət çəkir-FOTO
Ermənistana sığınan azərbaycanlı ailə yoxa çıxıb
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Tiflisdən Bakıya dəstək bəyanatı
Metroda işləmək istəyənlər üçün pulsuz kurs - FOTO
Siqaret zərərlidir, bəs qutusu?
Dünyada ilk dəfə "dövlət bitkoini" buraxılacaq
Pul insanı necə məhv edir?
La Liqa: "Land of fire Azerbaijan" 5 - rəqib 0
Slovakiyada maraqlı hadisə
İlham Əliyev: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”
5 əsas fitness hərəkətinin doğru və səhvləri
Müəllim və həkimlər üçün konsepsiya hazırlanır
2015-dən karta keçirik
Bakı metrosunda nə çatışmır?
3 ölkəyə həcc qadağası qoyuldu
“KFC”də süni toyuq əti veriləcək
Binəli Yıldırımdan Şuşa ilə bağlı paylaşım
Vilayət Eyvazovdan yeni TƏYİNAT
“Caliber”: “Erməni tərəfinin itkiləri yeddi mini keçib” - VİDEO
Günün ulduz falı
Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub
Qasırğa Beyləqanı viran qoydu
"Məni tək qoymayın"
Bu şəxslərə 190 manatlıq ödəmə verilməyəcək - RƏSMİ
Cəbhədə erməni təxribatının qarşısı alındı
Limonun cana faydası.
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Azərbaycan meyvələri Hindistana ixrac olunacaq
IX və XI sinif şagirdləri buraxılış imtahanı verirlər
“Afrika taunu”na görə Rusiyanın bəzi bölgələrində karantin elan edildi
Almaniyanın ən çox qaçan futbolçusu
Bakıda 36 metrlik yolka quruldu
Dənəsi 8 manatdan alça satılır-FOTO
“Acunun təklifini qəbul etmədiyim üçün peşmanam” - Sərdar Ortaç
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Kəsmikli bananli pirog (foto resept)
Günün ulduz falı - 15.04.2014














