“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bizimlə söhbətində məşhur şirkətlərin bu addımını müsbət dəyərləndirdi: “Hər hansı xəstə adamın o sahədə hərəkətlərinə qadağa qoyulur. Digər tərəfdən başları heç nədən çıxmayan gənclərin bu istiqamətdə formalaşmasına maneə yaradılır. İndi elə bir zamandır ki, valideyn evə gələndə uşağı kompyuter qarşısında görür. Təbii ki, o, müxtəlif axtarış sistemlərində uşaq istismarı məzmunlu müxtəlif fotoşəkillərlə rastlaşır. Bu, problemin mahiyyətindən daha çox onun psixologiyasına təsir edir. Uşaqların saytlarda kimlə tanış olmasına, kiminləsə yazışmasına hər bir valideyn müntəzəm nəzarət edə bilmir. Ona görə də bu istiqamətdə atılan addımı yalnız alqışlamaq lazımdır". İstismar məzmunlu fotoşəkillərin sosial şəbəkələrdə yayılmasına gəlincə, ekspert hesab edir ki, şəbəkə istifadəçilərinin özləri buna həm məhdudiyyət qoymalı, həm də öz kəskin münasibətlərini bildirməlidirlər: “Əgər hansısa ağıldan kəm bir insan səhifə yaradıb bu tip yazılar yazır və şəkillər paylaşırsa, eyni zamanda, uşaqları ora cəlb edirsə, bu, ümumiyyətlə, yolverilməzdir. Bu cür səhifələr bağlanmalıdır". “ELS” rəhbəri uşaq zorakılığını əks etdirən fotoların KİV-də yayılmasını da məqsədəuyğun hesab etmir: "Qəzetlərin birində azyaşlı uşağın zorlanması barədə məqalə çıxmışdı. Zorakılıq da bizim ölkədə baş vermişdi. 17 yaşlı oğlan balaca uşağı zorlamışdı. Səhifədə yer alan fotoşəkil azərbaycanlı uşağına oxşayırdı. Fotoşəkildə isə ağlayan uşaq təsvir olunmuşdu. Biz o qəzetin redaksiyasına zəng vurduq, sosial şəbəkədə paylaşıb münasibət bildirdik. Dedilər ki, bu, Kolumbiyadan olan bir uşağın fotoşəkilidir. Amma onlar fotoşəkli hansı mənbədən götürdükləri barədə məlumat vermədilər. Bizim münasibətimizdən sonra sosial şəbəkədə müzakirələr baş verdi. Bu baxımdan, məsələni sosial şəbəkədə tənzimləmək daha rahatdır. Yox, əgər sosial şəbəkədə məhz bu məqsədlə səhifə yaradırlarsa, bu, yolverilməzdir. Bununla belə, müəyyən qruplar da var ki, həyatdan könüllü getməyi öz ali məqsədləri kimi qoyurlar. Məsələn, “intihar qrupları” kimi səhifələr var. Bu, çox böyük problemdir. Çünki yeniyetmələr intihar edirlər, sonra da məlum olur ki, onlar sosial şəbəkədə həmin qrupun üzvünə çevriliblər, kimlərləsə yazışırlar, nəticədə 16-19 yaşlı uşaqlar intihar edirlər. Məsələn, onlar kiminsə ölüm günü intihar edir və sosial şəbəkədə intihardan əvvəl yazaraq bu ölümlə fəxr etdiklərini bildirirlər". Ekspert qeyd edib ki, internetin müsbət xüsusiyyətləri ilə bərabər, mənfi xüsusiyyətləri də mövcuddur: "Ümumiyyətlə, bir qələmlə gözəl bir sənət əsəri yaratmaq və ya gözəl bir şeir nümunəsi yazmaq olar. Eyni zamanda, həmin qələmlə müsahibin gözünü kor etmək də mümkündür. İnternet də belə bir vasitədir".
Psixoloji travma qorxusu
“Uşaq istismarı ilə bağlı fotoşəkillərin axtarış sistemlərində və sosial şəbəkələrdə yer alması düzgün deyil. Əgər hər hansı uşaq öz fotoşəklini istismara məruz qaldığı bir anla bağlı görərsə, o uşaqda psixoloji travma yarana bilər. Bu, həmçinin onun şəxsiyyətinin alçaldılması deməkdir. Həmin fotolar o uşağın gələcəkdə formalaşmasına da mənfi təsir göstərə bilər”, - deyən Peşəkar Psixoloqlar Mərkəzinin psixoloqu Tahiba Quliyeva da hesab edir istismarı özündə əks etdirən fotolar bəzən başqa uşaqlar üçün də mənfi örnək ola bilər: “Çünki uşaq psixologiyası elədir ki, o, gördüyünü götürür. Xüsusən də uşaqlar mənfi şeylərə meyl edirlər, onu qavrayırlar". Psixoloqun fikrincə, bu cür fotoşəkillərin sosial şəbəkələrdə yayılmasına ehtiyatla yanaşmaq lazımdır. “Bəzən hansısa bir fotodan cəmiyyəti maarifləndirmək baxımından istifadə etmək olar. Ancaq bunu hansısa bir uşağın şəxsiyyətini alçaltmaq baxımından həyata keçirmək olmaz”. Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov isə hesab edir ki, internet nəhənglərinin bu addımı cəmiyyətin informasiya almaq hüququnu məhdudlaşdıra bilər. Belə ki, informasiya məhdudiyyəti uşaqların daha çox istismar olunmasına gətirib çıxarar: “İnformasiyanın gəlməməsi bu cür məzmunlu fotoşəkillərin daha da vüsət almasına imkan yarada bilər. Təəssüflər olsun ki, bu cür məhdudlaşdırma uşaq hüququnun tədqiqinə və onların müdafiəsinə mane olacaq".
Ekspert hesab edir ki, fotoşəkillərə baxan uşaq həmçinin öz hüquqlarını tələb edə bilər və yaxud o, istismarçıya qarşı hər hansı bir söz söyləyər: "Hər bir reklamın xarakteri cəmiyyətin informasiya alması ilə bağlıdır. Məsələn, hansısa bir şirkət köynəyi reklam edirsə, onu alırlar. Əgər biz də uşaq istismarını reklam ediriksə, bu, onun məhdudlaşdırılmasına gətirib çıxara bilər".
Müəyyən filtirdən keçmə
Publika.az saytının və “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı hesab edir ki, uşaq istismarı məzmunlu fotoşəkillərin yayılmasına qadağa heç də bu problemin həlli deyil. Belə ki, problemin həlli üçün daha uyğun yollar axtarılıb tapıla bilər: "Ola bilər ki, internet şirkətlərinin öz arqumentləri var. Tutaq ki, uşaq istismarı ilə bağlı fotoşəkillər nə axtarış sistemində, nə də sosial şəbəkələrdə yerləşdirilmədi. Bu, o demək deyil ki, bununla uşaq istismarına son qoyulacaq. Bu istiqamətdə daha optimal variantlar tapıla bilər”. Baş redaktor hesab edir ki, müəyyən saytlarda fotoların və digər materialların 18+ işarəsi altinda verilməsi vacibdir. “Biz publika.az saytında bir sıra yazıları 18+ xəbərdarlıq işarəsi altında veririk. Bu o deməkdir ki, orada uşaqların, qadınların zorakılığı ilə bağlı onların psixologiyasına təsir edən yazılar ola bilər. Valideynlər özləri də internetdən istifadə edən uşaqlarına nəzarət etməlidirlər. Ona görə də yayılan materiallarda hər hansı xatırlatma işarəsi olmalıdır ki, hansı yaşda insanların ondan istifadə edə biləcəyi müəyyənləşsin". Media eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, hazırda bu mövzu ilə bağlı məhdudiyyət tətbiq etməyən ölkə yoxdur. Belə ki, qadağaların əsas məqsədi azyaşlıların qorunması, onların daha yaxşı inkişaf etdirilməsi, insanların istər tərbiyəvi, istərsə də fiziki yöndə inkişafına maneə yaratmamaqdır: "Bu baxımdan bu tip məzmunlu foto və videoların yayılmasının məhdudlaşdırılması və müəyyən filtirdən keçməsi nəzərdə tutula bilər. Hətta böyük şəbəkələr YouTube və Facebook-a üzv olarkən bunu öz şərtlərində və müqavilələrində göstərirlər. Yəni bununla bağlı müəyyən öhdəliklər götürdüklərini bəyan edirlər. Əgər bu cür şəkil və videoları yayarlarsa, hesablarının dondurulması və ya ləğv edilməsi ilə bağlı onlara xəbərdarlıq edilir. Bu baxımdan, düşünürəm ki, bunun cəmiyyətə yalnız faydası ola bilər". Ekspert hesab edir ki, bu cür fotoşəkillərin və ya videoların informasiya dəyəri azdır və onlar ayrı məqsədlərə xidmət edir. Ümumilikdə isə qadağa müəyyən tendensiyaların yaranmasına səbəb ola bilər: "Əgər söhbət uşaq pornoqrafiyasından və ya uşaqların zorakılığa məruz qalması və onlara qarşı şiddətdən gedirsə, bununla bağlı BMT-nin azyaşlıların qorunmasına dair konvensiyası var. BMT üzvləri olan bütün ölkələr də bu konvensiyaya qoşulub. O cümlədən, hər bir dövlətin, cəmiyyətin və icmanın öz öhdəlikləri də var”. Sosial şəbəkələrdə istifadəçilərin bu məzmunlu fotoları yaymasına gəlincə, ekspert qeyd edib ki, bu, əslində sosial şəbəkələrin öz qaydalarında da qadağandır. Belə ki, onlar haqqında informasiya mərkəzə çatdırılan kimi, həmin şəkillər bloklanır və silinir: "Bununla bağlı qadağaları istər Facebook-da, istər YouTube-da və ya istərsə də başqa resurslarda görə bilərsiniz". Uşaq istismarı məzmunlu fotolara yerli KİV-in öz səhifəsində yer ayrmasına münasibət bildirən ekspert qeyd edib ki, pornoqrafik fotoların ölkəmizdə yayılması qadağandır. Belə ki, KİV haqqında qanunun 13-cü maddəsinə görə, qadağan olunmuş materialların yayıldığı təqdirdə, bunu yayanlar məsuliyyət daşıyırlar. Fərqi yoxdur, bu, istər veb resurslarda olsun, istər sosial şəbəkədə və yaxud da mətbuatda. Dünyanın bir çox ölkəsində 18 yaşından yuxarı olanlar üçün bu, sərbəstdir və həmin mənbələr öz ölkələrində bu cür şəkilləri yerləşdirirlər. Bizim kimi ölkələrdə isə orta məktəb kompyuterlərində, testlərdə müəyyən filtr proqramları tətbiq olunur. Məktəblərdə bu cür saytlara giriş mümkün deyil". Təbii ki, internet nəhənglərinin addımının nəticələrini zaman göstərəcək. Amma bu addımla uşaq isrtismarını məhdudlaşdırmaq mümkün olarsa, onda bütün istismarlara qarşı mərhəməti, deyəsən, internetdən ummalı olacağıq…
Mənbə: Kaspi.Az
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR