Bulimiya nevrozu
Bulimiya nevrozu və ya qısaca bulimiya yemək pozğunluğudur. Bu problemlə əziyyət çəkənlər bulimik atak əsnasında normal insanlardan artıq yemək yeyərlər. Xüsusən də tək olarkən bu yemək prosesini çox sürətli bir şəkildə həyata keçirməyə çalışarlar. Sonra isə yedikləri onlarda artıq çəkilər yaratmasın deyə bilərəkdən qusur, uyğun olmayan bir şəkildə laksativ, lavman və duiretik kimi dərmanlar istifadə edir və ya çox ağır məşqlər edirlər.
Bu xəstəliklə əziyyət çəkən insanlarda aşağıdakı simptonlar özünü büruzə verir:
- Yenilənən partlayana qədər yemək istəyi və halları.
- Yemək zamanı nəzarətin itirilməsi.
- Kökəlmək qorxusu ilə yeməkdən sonra bilərəkdən qusmaq.
- Ağır idmanlar etmək və ya yeməkdən imtina etmək kimi bir çıxış yoluna əl atmaq.
- Bədəninin forması və çəkisindən təsirlənmək.
Bu problemin əsasında qidadan çox dərin psixoloji sarsıntı və güclü inkişaf etmiş nəzarətsizlik durur. Bu problemlə əziyyət çəkənlər bir sıra ürək çatışmazlığı, aritmiya, diş çürükləri, diş ovulması, reflüks qastrit, polistik over sindromu, pankreatit, gözdə damar çatlağı ilə əlaqəli qızartılar, mədə xərçəngi kimi xəstəliklərlə də üzləşə bilirlər.
Aşağıdakı sualların hamısına “Bəli” deyə cavab versəniz, bu sizdə bulimiya sindromuna və ya qida qəbul etmə pozğunluğuna tutulmağa meyilli olduğunuzu göstərəcəkdir.
- Bədəninizin görünüşünə və çəkinizə qarşı kompleksiniz var?
- Qida və pəhrizlərin həyatınızda böyük rolu vardırmı?
- Özünüzü narahat hiss edəcək qədər çox yemək yeyibsinizmi?
- Yemək yedikdən sonra özünüzü günahkar kimi, utancaq və depressiyada hiss edirsinizmi?
- Çəkinizə nəzarət etmək üçün qusmaq və ya ishal dərmanlarından istifadə edirsinizmi?
Bir şeyi unutmayın ki, yeməkdən sonra qusmaq və ya ishal edici dərmanlardan istifadə etməklə artıq çəkidən xilas etmək mümkün deyil. Əksinə bununla sağlamlığınıza daha da artıq ziyan vurmuş olarsınız.
Cinsi sadizm və mazoxizm
Buna sadomazoxizm də deyirlər. Bu xəstəliikdən əziyyət çəkən insanlar qarşısındakı adamın çəkdiyi əziyyətdən həzz duyurlar. Onlara əziyyət verərək seksual həzz almağa çalışırlar. Bu ad fransız filosof və sadistik hekayələr yazan Donaten Alfons de Sadın adı ilə əlaqəlidir. Sadizmin əksi isə mazoxizmdir. Bu tip insanlar adətən özlərinə əziyyət verilməsindən həzz alırlar. Bu tip xəstəlikdən əziyyət çəkənlər təcili bir şəkildə mütəxəssisə müraciət etməlidir.
Uşaqlığın dezinteqrativ pozğunluğu
Bu sindromun digər adı da Heller sindromu, dezinteqrativ psixozdur. Bu xəstəlik 3 yaşından sonra uşaqlarda dil, sosial həyatda gecikmələrin yaranması ilə özünü büruzə verir. Bu xəstəliyin artma sürəti zəifdir. 100 min adamdan birində olur, 4 oğlan uşağına qarşı 21 qız uşağında bu problemə rast gəlmək olar. Bu xəstəlik də autizmlə oxşardır, amma bunu autizmlə qarışdırmaq olmaz. Uşaqlarda inkişafdan qalmanın və geriləmənin görüldüyü yaşlar müxtəlif ola bilir. Amma bu yaş adətən 2 ilə 10 yaş aralığında bilinir. İnkişafda geriləmə ani də ola bilir və hətta uşaqlar valideynlərini çaşdıracaq bir formada bu mövzudakı narahatlıqlarını dilə gətirə bilərlər. Bəzi uşaqlar ülluziyalar gördüklərini deyər və ya gördüklərini düşünə bilər. Amma bu xəstəliyin ən güclü simptomu əldə edilən bacarıqların itirilməsidir.
Bu sindrom ilk dəfə 1908-ci ildə Avstriyalı təlimçi Teodor Hellen tərəfindən tədqiq edilib bildirilmişdir. Heller bu sindromu başa salmaq və tərif etmək üçün dementia infantilis terminindən istifadə etmişdir.
Uşaqlığın dezinteqrativ pozğunluğundan əziyyət çəkən bir uşaq adətən iki yaşına qədər normal bir inkişafda olur və hər şey o zamana qədər qaydasında olur. Ancaq iki yaşından on yaşına qədər qazandığı bacarıqlar aşağıdakı sahələrin ən az ikisində tamamilə itirilir:
- Dil bacarları (danışıq)
- Dil öyrənmə bacarığı
- Sosial bacarıqlar və özünə baxa bilmək bacarığı
- Tualet ehtiyacını saxlaya bilmək bacarığı
- Oyun bacarıqları
Bu xəstəliyin səbəbləri hələ tam bilinmir. Ona görə də bunun üzərində araşdırmalar hələ də davam edir. Bu xəstəlikdən əziyyət çəkən uşaqlar üçün birdəfəlik müalicə üsulu da hələ ki, bilinmir. Bundan əziyyət çəkən uşaqlar bəzi sahələrdə qalıcı problemlərlə qarşılaşar və uzun müddət baxıma ehtiyacı olar. Bu xəstəliyin müalicəsi zamanı həm dərmanlardan, həm də terapiyalardan istifadə edilir. Davranış terapiyasının məqsədi uşaqlarda yenidən dil vərdişlərinin, özünə baxmaq bacarığının və sosial bacarıqların qazandırılmasına xidmət edir. Dərmanlara gəldikdə isə, bu sindromu birbaşa müalicə edə biləcək dərmanlar yoxdur. Sadəcə olaraq antipsixotik və antokunvulsan tipli dərmanlardan istifadə edərək ağır davranış problemləri həll edilir və tutmalar nəzarət altına alınır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Çörək axtaran ermənilər
Kıvançın bədən qüsurunu aşkarladılar-FOTO
Koronavirus növbəti dəfə mutasiya etdi
Qadınlarda sonsuzluğun göstəriciləri
Gələn il təqaüdlər arta bilər
Kəpəkli saçlar üçün maska
Geomaqnit qasırğasının səviyyəsi yüksəlib
Mərkəzi Bank faizləri niyə aşağı saldı?
Niyə şərh yazmırıq?
Dövlət başçıları Minskdə MDB sammitində iştirak etmək üçün Müstəqillik Sarayına gəliblər
Səudiyyə Ərəbistanında ilk dəfə qadın baş redaktor oldu
Əhaliyə xəbərdarlıq
BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər -FOTO
Xəzərdə zəlzələ olub
Restoranlarda qeyri-adi yemək servisləri
Qlobal istiləşmənin səbəbi AÇIQLANDI
Çöp şişdə fərqli kabab (foto resept)
Google 500 milyon dollara şirkət alır
Şəhid generalımız və polkovnikimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
Can Yaman və Demetin gecə görüşü -FOTO
İrinə Şeyk ailəsi ilə Kaliforniyaya köçdü
Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib
Cəlilabadda qədim yaşayış məskəni aşkarlandı
Ağacları sevən pişiklər
Bəzi şəhər və rayonlarda su kəsiləcək
"Yaprak Dökümü" serialının Ali Rızası gülünc hədəfi oldu-FOTO
"Eurovision 2014" Azərbaycan üçün nələri vəd edir? - MÜZAKİRƏ
Vətən müharibəsinin könüllüləri evlərinə qayıdır - VİDEO
Kaan Tangözen yenidən ata oldu-FOTO
Dəbli ev dekorasiyaları
"Alf" serialının ulduzu vəfat etdi
Peyğəmbərə Quran nazil olarkən savadsız idisə, necə tacir olub?
Milyarder pullarını quma basdırdı
Pərviz "Survivor"da səsverməyə çıxacaq - VİDEO
Stil ikonum - Hadisə
İran şahının qapısını dəvətsiz açan azərbaycanlı - Əbdül Hüseynov
Gənclərin xalçaçılıq sənətinə marağının azalmasının səbəbi nədir?
Azərbaycanda bugünkü 52 koronavirusa yoluxma faktının 32-si bu şəhərdə qeydə alınıb - AÇIQLAMA
Dodaq boyanız xasiyyətinizdən danışır
Bakıda gecə şaxta olacaq
"Kara Sevda" serialının aktrisası geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Norveç kralı karantinə yerləşdirilib
Böyük pişiklər də qutuları sevirlər - FOTOSESSİYA
Həftənin ilk iş günü hava necə olacaq?
Tanıdığımız obrazlar fərqli qələmdən
Saç soyuqdəyməsi necə müalicə edilir?
Makiyaj hiylələri
Günün qoroskopu: sifarişçi və ya icraçı sizi aldada bilər
2018-in ən romantik Koreya serialları
Çətin və yaddaqalan şifrələri necə yaratmalı?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]