Qadin.NET / Psixoloji xəstəliklər - 2

Psixoloji xəstəliklər - 2

Psixoloji xəstəliklər - 2

Bulimiya nevrozu

Bulimiya nevrozu və ya qısaca bulimiya yemək pozğunluğudur. Bu problemlə əziyyət çəkənlər bulimik atak əsnasında normal insanlardan artıq yemək yeyərlər. Xüsusən də tək olarkən bu yemək prosesini çox sürətli bir şəkildə həyata keçirməyə çalışarlar. Sonra isə yedikləri onlarda artıq çəkilər yaratmasın deyə bilərəkdən qusur, uyğun olmayan bir şəkildə laksativ, lavman və duiretik kimi dərmanlar istifadə edir və ya çox ağır məşqlər edirlər. 

Bu xəstəliklə əziyyət çəkən insanlarda aşağıdakı simptonlar özünü büruzə verir:

 - Yenilənən partlayana qədər yemək istəyi və halları.

 - Yemək zamanı nəzarətin itirilməsi.

 - Kökəlmək qorxusu ilə yeməkdən sonra bilərəkdən qusmaq.

 - Ağır idmanlar etmək və ya yeməkdən imtina etmək kimi bir çıxış yoluna əl atmaq.

 - Bədəninin forması və çəkisindən təsirlənmək.

Bu problemin əsasında qidadan çox dərin psixoloji sarsıntı və güclü inkişaf etmiş nəzarətsizlik durur. Bu problemlə əziyyət çəkənlər bir sıra ürək çatışmazlığı, aritmiya, diş çürükləri, diş ovulması, reflüks qastrit, polistik over sindromu, pankreatit, gözdə damar çatlağı ilə əlaqəli qızartılar, mədə xərçəngi kimi xəstəliklərlə də üzləşə bilirlər.

Aşağıdakı sualların hamısına “Bəli” deyə cavab versəniz, bu sizdə bulimiya sindromuna və ya qida qəbul etmə pozğunluğuna tutulmağa meyilli olduğunuzu göstərəcəkdir.

 - Bədəninizin görünüşünə və çəkinizə qarşı kompleksiniz var?

 - Qida və pəhrizlərin həyatınızda böyük rolu vardırmı?

 - Özünüzü narahat hiss edəcək qədər çox yemək yeyibsinizmi?

 - Yemək yedikdən sonra özünüzü günahkar kimi, utancaq və depressiyada hiss edirsinizmi?

 - Çəkinizə nəzarət etmək üçün qusmaq və ya ishal dərmanlarından istifadə edirsinizmi?

Bir şeyi  unutmayın ki, yeməkdən sonra qusmaq və ya ishal edici dərmanlardan istifadə etməklə artıq çəkidən xilas etmək mümkün deyil. Əksinə bununla sağlamlığınıza daha da artıq ziyan vurmuş olarsınız.

Psixoloji xəstəliklər - 2

Cinsi sadizm və mazoxizm

Buna sadomazoxizm də deyirlər. Bu xəstəliikdən əziyyət çəkən insanlar qarşısındakı adamın çəkdiyi əziyyətdən həzz duyurlar.  Onlara əziyyət verərək seksual həzz almağa çalışırlar. Bu ad fransız filosof və sadistik hekayələr yazan Donaten Alfons de Sadın adı ilə əlaqəlidir. Sadizmin əksi isə mazoxizmdir. Bu tip insanlar adətən özlərinə əziyyət verilməsindən həzz alırlar. Bu tip xəstəlikdən əziyyət çəkənlər təcili bir şəkildə mütəxəssisə müraciət etməlidir.

Psixoloji xəstəliklər - 2

Uşaqlığın dezinteqrativ pozğunluğu  

Bu sindromun digər adı da Heller sindromu, dezinteqrativ psixozdur. Bu xəstəlik 3 yaşından sonra uşaqlarda dil, sosial həyatda gecikmələrin yaranması ilə özünü büruzə verir.  Bu xəstəliyin artma sürəti zəifdir. 100 min adamdan birində olur, 4 oğlan uşağına qarşı 21 qız uşağında bu problemə rast gəlmək olar. Bu xəstəlik də autizmlə oxşardır, amma bunu autizmlə qarışdırmaq olmaz. Uşaqlarda inkişafdan qalmanın və geriləmənin görüldüyü yaşlar müxtəlif ola bilir. Amma bu yaş adətən 2 ilə 10 yaş aralığında bilinir. İnkişafda geriləmə ani də ola bilir və hətta uşaqlar valideynlərini çaşdıracaq bir formada bu mövzudakı narahatlıqlarını dilə gətirə bilərlər. Bəzi uşaqlar ülluziyalar gördüklərini deyər və ya gördüklərini düşünə bilər. Amma bu xəstəliyin ən güclü simptomu əldə edilən bacarıqların itirilməsidir. 

Bu sindrom ilk dəfə 1908-ci ildə Avstriyalı təlimçi Teodor Hellen tərəfindən tədqiq edilib bildirilmişdir. Heller bu sindromu başa salmaq və tərif etmək üçün dementia infantilis terminindən istifadə etmişdir. 

Uşaqlığın dezinteqrativ pozğunluğundan əziyyət çəkən bir uşaq adətən iki yaşına qədər normal bir inkişafda olur və hər şey o zamana qədər qaydasında olur. Ancaq iki yaşından on yaşına qədər qazandığı bacarıqlar aşağıdakı sahələrin ən az ikisində tamamilə itirilir:

 - Dil bacarları (danışıq)

 - Dil öyrənmə bacarığı

 - Sosial bacarıqlar və özünə baxa bilmək bacarığı

 - Tualet ehtiyacını saxlaya bilmək bacarığı

 - Oyun bacarıqları

Bu xəstəliyin səbəbləri  hələ tam bilinmir. Ona görə də bunun üzərində araşdırmalar hələ də davam edir. Bu xəstəlikdən əziyyət çəkən uşaqlar üçün birdəfəlik müalicə üsulu da hələ ki, bilinmir. Bundan əziyyət çəkən uşaqlar bəzi sahələrdə qalıcı problemlərlə qarşılaşar və uzun müddət baxıma ehtiyacı olar. Bu xəstəliyin müalicəsi zamanı həm dərmanlardan, həm də terapiyalardan istifadə edilir. Davranış terapiyasının məqsədi uşaqlarda yenidən dil vərdişlərinin, özünə baxmaq bacarığının və sosial bacarıqların qazandırılmasına xidmət edir. Dərmanlara gəldikdə isə, bu sindromu birbaşa müalicə edə biləcək dərmanlar yoxdur. Sadəcə olaraq antipsixotik və antokunvulsan tipli dərmanlardan istifadə edərək ağır davranış problemləri həll edilir və tutmalar nəzarət altına alınır. 

1 iyul 2014
GO BACK