Belində yırtıq olan insanlar həkimə müraciət edəndə bəzən dərhal əməliyyat variantıyla qarşılaşırlar. Bəzi detallara diqqət etməsək, əməliyyat son olaraq deyil, ilk olaraq ağla gələcək. Halbuki, bel yırtığının əməliyyatdan qabaq tətbiq oluna bilən müalicə proqramı var və xəstəliyin sağalmasında böyük rol oynayır.
Bel yırtığı son vaxtlarda sürərtlə artan bir xəstəlik kimi tanınır. Ağırlaşan həyat tərzi altında əzilən insanlar və əsasən də ev xanımları bu xəstəliyə tutulur. Təbii ki, bunun ən böyük səbəbi yanlış hərəkətlər və idmana lazımı qədər əhəmyətin verilməməsidir.
Düzgün müalicə proqramı tətbiq olunsa, bel yırtığı 80% yaxşılaşır. Ancaq 20 % xəstə üçün əməliyyata ehtiyac görülür. Sinir sıxılmasının əməliyyatsız müalicə olunmaq ehtimalı var. Şüurlu müalicə proqramları, dərmanlarla müalicə, nizamlı məşqlər və xüsusilə müasir fiziki müalicə tətbiqlərinə ehtiyac olur. Ancaq müalicənin təməlində xəstənin maarifləndirilməsi durur. Çünki məlumatsız xəstə bel çəkdirmə üsullarına əl atır. Halbuki, hansısa müalicə mərkəzində ən çox 3-4 ay davam edəcək müalicəylə əməliyyat riski tam aradan götürülür.
Ağırlıq qaldırmaq və ya tərs bir hərəkət etmək kimi bir çox xarici faktorlarla yanaşı, insanın özünə aid faktorlar da bel yırtığının əmələ gəlməsində mühüm rol oynayır.
Bel yırtığı necə əmələ gəlir?
İnsana aid faktorların başında bel sümükləri arasında olan və disk adıyla tanınan qığırdaqlardakı degenerasiya gəlir. Yaş ötdükcə diski bəsləyən damarlar azalır və təxminən 8 yaşından sonra heç görülmür. Disklərin işlətdiyi su miqdarı da uşaq yaşlarından yavaş-yavaş azalmağa başlayır. Nəticədə disk getdikcə balacalaşır. Buna disklərdəki qida pozulması və diskin üstünə tətbiq olunan mexaniki qüvvələrin etdiyi təsir də təsir edir. Disk vaxt keçdikcə elastikliyini itirir, içində olan dəstək hüceyrələrinin də sayı yaş keçdikcə azalır. Həddindən artıq yüklənəndə insan səhv bir hərəkət etdikdə içindəki yumşaq qisim ətrafındakı kapsulu asanlıqla cıraraq çölə çıxır və bel yırtığı əmələ gəlir.
Siqaret də bu xəstəliyi yaradır
Damar xəstəlikləri, şəkər xəstəliyi və siqaretdən istifadə diskə gələn qan axınının miqdar və keyfiyyəti səbəbindən onun qidalanmasına mənfi təsir etdiyi üçün bu xəstəliyin yaranması sürətlənir.
Nə etməliyik?
Bel yırtığının əmələ gəlməsində rol oynayan xarici faktorların başında şüursuz hərəkət etməklə bədəni incitmək gəlir. Xüsusilə əyilərək və uzanaraq yük qaldırmaq edilməməsi lazım olan hərəkətlərin başında gəlir. Xüsusilə uzun müddət oturaq işlə məşğul olanlar bu xətəliklə qarşılaşır.
Səhv oturma halında onurğa strukturlarında əmələ gələn pozulmalar bel yırtığı riskini artırır. Uzun müddət hərəkətsiz oturmaq bel yırtığıyla yanaşı, onurğa strukturlarınında pozulmalar əmələ gətirir və sağlam həyat gedişini prozur. Çox oturan insanların bel əzələləri hərəkətsizlikdən zəifləyir və əzələləri gücləndimək üçün idmana əhəmiyyət vermək lazımdır. Mütəxəssislər işçilərin iş rejimini nəzərə alaraq, sağlam qidalanmağa vərdiş etməyin və vaxt tapdıqda idman etməyin əhəmiyyətli olduğunu bildirirlər.
Belinizin sağlamlığı üçün ağırlıq qaldırmayın.
Ağır yük qaldırmaq və ya tərs bir hərəkət etmək kimi amillərlə yanaşı, insana aid faktorlar da bel yırtığının əmələ gəlməsində mühüm rol oynayır. Bel yırtığının əmələ gəlmə riski bədən quruluşu və çəkisinə görə dəyişir. Bəzi insanlar 120 kq-lıq yük qaldırar, heç nə olmaz. Elə insanlar da var ki, 5 kq yük qaldırar, bel yırtığı yaranar. Bel sağlamlığını qorumaq üçün heç vaxt çox ağır yük qaldırmamalı, qaldırdığınız zaman mütləq əyilib yerdən qaldırılmalıdır. Məsələn, telefona zəng gələndə və ya rəfdən kitab götürəndə əlinizi çox uzatmamalısınız. Daim cisimlərə yaxınlaşaraq, arada məsəfa saxlamadan götürməlidir. Sağlam ikən bel və qarın əzələlərini gücləndirmək üçün idman edilməlidir.
Müayinədən keçin
Bel yırtığının ən əhəmiyyətli əlaməti bel və ayaq ağrısıdır. Ancaq hər bel və ayaq ağrısı bel yırtığı demək deyil. Hərəkət məhdudluğu, axsayaraq gəzmək, bədənin bir tərəfə doğru əyilməsi xəstəliyin işarəsidir. Ağrıyla yanaşı, ayaqlarda keyləşmə, sızıltı, xəstəlik irəlilədikcə bədəndə qüvvətin itməsi baş verə bilər. Belə əlamətlərlə qarşılaşsanız, həkimə müraciət etməlisiniz.
Belinizdən başlayıb ayağınıza vuran ağrılar bel yırtığının səbəbidir. Təzyiq altında qalan sinirə görə ağrı beldən başlayıb ayağa qədər uzanır. Bəzən ayaq çıxa da bilər. Öncə bel tomoqrafiyası və ya maqnit rezonans çəkdirin. Onurğaların və sinirlərin vəziyyətini öyrənin. Əgər sinirə hələ də təzyiq varsa, əməliyyatla bu təzyiqi aradan götürün. Hər zaman belə iynə vurdurmaq düz deyil. Bərk yataqda yatın. Əgər sinirdə sıxılma varsa, hərəkət etmək zərərlidir. Fiziki müalicə də xroniki vəziyyətlərdə faydalıdır. Kəskinl dövrdə, xəstəliyin şiddətli olduğu vaxtlarda məşq və fiziki müalicə edilmir.
XƏBƏR LENTİ
Hamiləlikdə şəkər xəstəliyi
İranda QİÇS-ə yoluxma halları artıb
Düşməni məhv etdi, yaralı yoldaşlarını ərazidən çıxardı, doğum günündə şəhid oldu
Azərbaycanın Avropaya daxil edilməsi üçün ekspedisiyaya başlanılır
Hüceyrələrin orqana çevrilməsi
Zəlzələ ola biləcəyini 4 ay əvvəl demişdi... - VİDEO
Günün qoroskopu: ifrata varmayın
Aktrisanı görənlər təəccüb etdi-FOTO
Azərbaycanda xüsusi karantin rejimi günlərində internetlə bağlı problem olacaq? - AÇIQLAMA
Rus dili dərs-1
Gözəl saçlar üçün 6 qızıl qayda
Pensiyalar vaxtından əvvəl veriləcək
Bir az pozitivliyə nə deyirsiniz?
"Azərbaycanda qadınların siyasi fəallığı artır"
Körpələrin başı ağrayırmı?
Malaziya kralının keçmiş xanımı Oksana səhhətindən yazdı-FOTO
Batil əqidəni yayan kitabların satışı və tədrisi ilə nə etməli?
BÜRCLƏR bizə nə vəd edir?-13 Noyabr
Azərbaycan pilotları "Anadolu Qartalı - 2016" beynəlxalq təlimində iştirak edirlər
Dünya ulduzlarının təəccübləndirən FOTOLARI
"Bir zamanlar Çukurova"nın Saniyesi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Sevgi münasibətlərində kişi qadından cavan ola bilərmi?
Balın faydaları
Sabahın HAVAsı
Rusiyanın Azərbaycan pomidor və almasına qadağa qoyması ilə bağlı AÇIQLAMA
"Qarabağ" almanlara qalib gəldi
Xırdaçılıq və onun fəsadları
Sağlam beyin üçün tövsiyələr
Bazar günü üçün bəd proqnoz
Bu il Azərbaycanda 5,6 min fərdi yaşayış evi tikilib
İdmançımız ermənini diz çökdürdü
3 ilə 600 milyona yaxın pul qazandılar
Şokoladlı badam (foto resept)
Madonnanın qızı sevgilisi ilə görüntüləndi-FOTO
Rus dilində imtahan verəcək abituriyentlərin nəzərinə qaydalar dəyişib
Sürətli yağ yandıran 2 idman hərəkəti
Azərbaycan 4G ilə əhatə ediləcək
Kıvanç Tatlıtuğun koronavirus testinin nəticələri açıqlandı
Tarkanın xanımı görünüşü ilə diqqət çəkdi-FOTO
Bu dərmanlar dövlət qeydiyyatına alınmayacaq
DİN: 21:00-dan sonra yaşayış ünvanı tərk edilməməlidir
Merve Boluğurun anası qızının sevgilisindən danışdı
Dünyanın ən nazik smartfonu bilindi
Hülya Avşar yenə TƏCCÜBLƏNDİRDİ-FOTO
Kraliça astarı üzünə çevrilmiş paltar geydi
Azərbaycanda şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verildi - RƏSMİ
Sabah bu kəndlərdə qaz olmayacaq
Kosmosun gizli bombası: Yerə təhlükə yaxınlaşır
Şokoladın yalana təsiri
Azərbaycan turistləri bu ölkəyə vizasız gedəcəklər
- ŞƏRHLƏR