Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir.
Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Ürəkgetmənin müddəti 10-30 saniyə, nadir hallarda daha çox çəkir. Huş tamamilə itə bilər, və ya cüzi qıcıqlara cavab reaksiyası qalar. Arterial təzyiq sıfıra qədər enir, nəbz zəif və ya hiss olunmur, tənəffüs zəif, səthi olur, bəzən hiss olunmur.
Bayılmanı epileptik tutmadan fərqləndirmək lazımdır. Epileptik tutmadan sonra xəstədə başağrıları, yuxululuq olur, epileptik tutma çox zaman qıcolmalarla müşayiət olunur, bayilma zamanı isə qicolma nadir hallarda olur. Bayılmanın səbəbləri müxtəlif ola bilər. Səbəbinə görə bayılmalar bölünürlər:
· Vazovaqal bayılma – 50% hallarda olur.Bu cür ürəkgetmələr adətən normal insanlarda həyəcanlandığı zaman, qapalı, hava çatışmayan otaqda və ya qorxu zamanı (məsələn diş həkiminə gedəndə) baş verə bilər. Bu zaman arterial təzyiq enir(hipotoniya), nəbz seyrəlir(bradikardiya – dəqiqədə 60 vurğudan az), rəng avazıyır, soyuq tər basır, huş itir.
· Ortostatik bayılma – Bu cür bayılmanın əsasında damarsıxıcı reflekslərin çatışmazlığı və ya labilliyi durur. Bayılma uzanmış və ya oturmuş vəziyyətdən qəflətən ayaqüstü vəziyyətə keçdikdə və ya uzun müddət ayaq üstə qaldıqda baş verir.
· Kardiogen bayılma (ürək mənşəli bayılma)- Müxtəlif ürək xəstəliklərində, ən çox da aritmiyalar zamanı baş verir.
Bundan başqa bayılmalar qanitirmə, dil-udlaq sinirinin nevralgiyası , qanazlığı, beyin-qan dövranı pozğunluğu, sinokarotid refleks, öskürək və s. nəticəsində əmələ gələ bilər.
İlk yardım: Bayılma zamanı xəstə dərhal uzadılmalı, ayaqları qaldırılmalıdır. Xəstənin burnuna kəskin iyli bir şey (naşatır spirti, ətir və s.) yaxınlaşdırılıb iylədilir. Xəstə ayıldıqdan sonra ona tünd çay, qəhvə və ya şokolad verilir.
Miokard infarktı(Mİ) ürəyi qidalandıran damarlardan birinin və ya bir neçəsinin tutulması və ya uzunmüddətli spazmı nəticəsində ürək əzələsinin nekrozudur. (Nekroz toxumanın oksigen çatışmazlığı nəticəsində ölümüdür).
Mİ adətən yaşlı, stenokardiyadan əziyyət çəkən şəxslərdə, daha çox kişilərdə rast gəlinir. Əsasən 3 klinik forması mövcuddur:
Kardial (ürək) forması ən çox təsadüf olunur. Xəstədə döş sümüyü üzərində, döş qəfəsinin sol tərəfində -sol qola, sol çiyinə irradiasiya edən (vuran) kəskin ağrılar olur. Normal stenokardiya ağrılarından fərqli olaraq bu ağrılar Nitroqliserin qəbulundan sonra keçmir və 30 dəqiqədən çox çəkir.
Abdominal (qarın) forma - bu forma qarınüstü (epiqastral) nahiyədə ağrılar, öyümə, qusma ilə müşayət olunur. Zəhərlənmədən fərqləndirmək üçün Elektrokardioqramma (EKQ) çəkilməlidir.
Astmatik forma - bu forma boğulmalarla müşayət olunur.
Həkiməqədər ilk yardım: Xəstə hərəkətsiz uzadılmalıdır. Yubanmadan təcili yardım çağırılmalıdır.
Təcili yardım gələnə qədər xəstəyə Nitroqliserin, sinir sistemini sakitləşdirən Valerian və s. dərmanlar verılməlidir.Nitroqliserini 5-10 dəqiqə intervalla 2-3 dəfə vermək olar. 1 tablet Aspirin-kardio və ya adi aspirin - yarım tablet verilməsi xəstəliyin proqnozunu yaxşılaşdırır. Bundan başqa ağrı olan nahiyəyə xardal (горчичник) qoyula bilər.
Əgər təcili yardım gec gələrsə əzələ daxilinə 2 ml 50%-li analgin məhlulu yeritmək olar.
Burun boşluğunda kapilyarlar sıx və kövrək olur. Məhz buna görə də ən kiçik travma, təzyiqin qalxması, qanın laxtalanmasında problemlər, uzun müddət gün altında qalmaq xüsusən uşaqlarda burun qanamasına səbəb ola bilər. Qanaxma zamanı burun dəliklərindən al rəngdə qan gəlir. Lakin ola bilər ki, qan udlağın arxa divarı ilə axıb mədəyə də getsin. Bu sonradan qan qusmaya səbəb olur.
İlk yardım:
Burnu qanayan adam rahat yerdə, kölgədə oturdurulur, başı bir qədər önə əyilir ki, qan udlağa getməsin.
Əl ilə burun qanadı burun çəpərinə sıxılır.
Burun dəliklərinə pambıq tamponlar qoyulur.
Ənsəyə və burunun üstünə soyuq su ilə isladılmış dəsmal və ya buz qoyulur.
Əgər 10-20 dəqiqə ərzində burun qanaxması kəsməzsə, qanaxma tez-tez baş verərsə, aspirin, heparin və s. tipli dərmanların qəbulundan sonra baş verərsə, qanaxma olan şəxsdə qanın laxtalanmasının azalması və ya arterial təzyiqin yüksəlməsi ilə müşayiət olunan xəstəliklər varsa mütləq həkimə müraciət olunmalıdır.
XƏBƏR LENTİ
8000 kq-lıq Pasxa yumurtası
Nazir məktəblərdəki nöqsanlardan danışdı
Ronaldinyodan Azərbaycana dəstək - VİDEO
Gəlinliyi hazır almalı yoxsa tikdirməli?
Çay da Google-a düşdü
Aleyna Tilki yenə tənqid edildi-FOTO
Qida alarkən diqqətli olun!
Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ
Birinci Avropa Oyunlarında Almaniyanın 67 üzgüçüsü mübarizə aparacaq
Funksional məşqlər və 5 kq arıqla
Kimdir günahkar?
Kaan Tangözen yenidən ata oldu-FOTO
Cəlilabadda unikal tapıntı: tarixi salnamə aşkarlandı
Günün qoroskopu: sizi çox çətin gün gözləyir
Bakıda doğru Şaxta babanı necə tapmaq olar?
Hamiləlik dövründə ürək bulanma ilə necə mübarizə aparmalı?
Ayda təkər tapıldı: 30 min baxış...-VİDEO
Gürcüstandakı həmvətənlərimiz prezident seçkilərində səs verə biləcəklər
Qadin.Netlilərin "16 yaşında özünə məktub"ları (1)
Kameron Dias təqaüdə çıxdı
Ağızda pis qoxu nədən yaranır?
Sabahın HAVAsı
Fatimədən YENİ İL FOTOSESSİYASI
Günün qoroskopu: tərəddüd etməyin
Nazirlikdən hava ilə bağlı açıqlama
Ölkədə suyun qiyməti artırılacaq?
Bürcünüzə görə hansı ölkədə yaşamalısınız?
Günün qoroskopu: məntiqli davransanız, sədləri dəf edə bilərsiniz
ASAN xidmət lisenziyaların verilməsinə başladı
Google eksperimental şəhər tikəcək
Alişanın xanımı 2 aya 20 kq arıqladı-FOTO
Gəlinlər üçün üzük sandıqçaları
Qışda mini ətək necə kombinlənməlidir?
Qurban bayramı İlahi rəhmətin təcəllisidir
Dinozavrların ölümünə səbəb asteroid deyildi
Prezident Fəxri Xiyabanda
Qış gəldi, dərd gəldi
Can Yaman anası ilə -FOTO
Sevdiyinizlə münaqişə edərkən bunları etməyin!
Bizə nə əti yedirirlər?
Uşaqlarda zərərli vərdişlər
Bizdə də olsun?
Məşhurların boy ölçüləri-SİYAHI
Jurnalist canlı yayımda ehtiyatsızlıq etdi - FOTO
Balaca şahzadələrimiz üçün
Mətbəx mebelləri
2019 toy trendləri
Şəkil çəkdirərkən işlər tərs gedərsə...
Bədənin möhkəmləndirilməsi
Su kəsiləcək
- ŞƏRHLƏR