Kompüterli Tomoqrafiya (KT) Nədir?
Kompüterli tomoqrafiya x-şüası istifadə edilməklə orqanizmin incələnilən bölgəsinin dəqiq görüntüsünü çıxartmaq üçün radioloji diaqnostika üsuludur.İncələmə zamanı xəstə kompüterli tomoqrafiya aparatının masasında hərəkət etmədən uzanır.Masa manuel ya da pult ilə cihazın “gantry“adı verilən açıqlığına aparılır. Cihaz bir kompüterə bağlıdır. X-şüası incələnəcək xəstə ətrafında 360 dərəcəlik bir dönüş hərəkəti həyata keçirərkən oyuq və ya gantry boyu düzülmüş təyin edicilər tərəfindən x-şüası bədənə təmas edərək əldə edilən göstəricilər bir kompüter tərəfindən qey olunur. Nəticədə toxumaların bir-birinin ardınca bloklu görüntüləri yaradılır. Yaradılan görüntülər kompüter ekranından izlənə bilər. Bundan başqa, görüntülər lentə köçürülməsi kimi lazım olduqda təkrar kompüter ekranına gətirmək üzrə optik diskdə toplana bilər. Kompüterli tomoqrafiya digər x-şüa incələmələrinə görə, bəzi üstünlüklərə malikdir. Xüsusilə orqanların, yumşaq toxuma və sümüklərin formasını və necə yerləşdiyini olduqca dəqiq göstərir.Ayrıca KT müayinəsi həkimlərə sadə kist (İçində maye və ya yarı maye olan ətrafı əhatəli kisə şəklində şiş) və sərt (solid) şiş (bəzi hüceyrələrin sürətlə çoxalması səbəbindən yaranan toxuma kütləsi) ayrıd edici diaqnozunda köməkçi kimi xəstəliklərin daha yaxşı qiymətləndirilməsini təmin edir. Daha önəmlisi, KT birbaşa grafilerdən daha ətraflı görüntülər yaradaraq xərçəng xəstəliyi yayılımının qiymətləndirilməsinə yardımçı olur. Xərçəng yayılması haqqında əldə ediləcək məlumatlar həkimləri xərçəngə qarşı tətbiq olunacaq müalicə üsulunda istiqamətləndirərək kemoterapi, radyoterapi, cərrahi müalicə və ya bunların müəyyən kombinasiyalarının istifadə edilib edilməyəcəyi ilə bağlı qərar vermələrində yardımçı olur. Beləliklə, sağlam toxumalar, bir çox faydaları olmaqla birlikdə ciddi yan təsirləri ola biləcək müalicə üsullarının lazımsız müdaxilələrindən qorunmuş olur. KT, birbaşa grafilərlə göstərilməyən bədəndə beyin kimi bir çox təbəqənin qiymətləndirilməsini mümkün etmişdir. Həmçinin digər görüntüləmə üsullarından daha tez və düzgün şəkildə bir çox xəstəliyin diaqnozunu təyin etməkdə yardımçı olmuşdur. Xəstəliklər erkən diaqnoz edildikdə daha yaxşı müalicə edildiklərinə görə KT bu kimi üstün xüsusiyyətləri ilə həkimlərin bir çox insanın həyatını xilas etməsinə yardımçı olmuşdur.
Hər hansı təhlükəsi varmı?
Müayinə tamamilə ağrısızdır.Müayinə zamanı xəstədənKT cihazının masasında heç bir hərəkət etmədən uzanması tələb olunur. Aparılacaq müayinənin növünə bağlı olaraq xəstəyə qol damarlarından kontrast maddə inyeksiya edilə biləcəyi kimi kontrast maddə içməsi də tələb oluna bilər. Müayinənin bu qismi xəstə üçün bir az narahatlıq yarada bilər. Kontrast maddələr yod tərkibli olduğu üçün bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Xəstənin müayinədən əvvəl radyoloqa bu cür maddələrə qarşı daha əvvəl allergik bir reaksiya göstərib göstərmədiyini və əgər varsa başqa maddələrə qarşı allergiyasını bildirməsi lazımdır. Xəstəyə daha əvvəldən hazırlanmış bir KT müayinəsində, İVP adlanan böyrək müayinəsində və ya ürək və damarların angioqrafiya olaraq da adlandırılan kateterizasiya zamanı kontrast maddə verilmiş ola bilər. KT cihazları X şüalarından istifadə edir.Xəstənin təhlükəsizliyi üçün ən yaxşı şəkildə tənzimlənmiş,müayinə zamanı məruz qalınan radiasiya miqdarı lazımlı minimum səviyyədə olacaq şəkildə hazırlanmışdır. X şüaları ana bətnində inkişaf etməkdə olan fetusa zərər verəcəyindən müayinə hazırlığına başlamazdan əvvəl xəstənin hamiləlik şübhəsi varsa, bu mövzuda həkimə məlumat verilməlidir.
Müayinəyə hazırlıq
Müayinə günündə görüş saatından 4 saat əvvəl başlamaq üzrə qatı qida qəbul edilməməlidir. Bununla birlikdə qəhvə, çay, çox qatı olmayan şorbalar və meyvə suyu çox olmamaq şərtilə içilə bilər. Qatı qida qəbulunun məhdudlaşdırılması bir çox tibbi əməliyyatdan əvvəl xəstənin təhlükəsizliyi üçün görülən bir tədbirdir.
Müayinənin qiymətləndirilməsi
Başlanğıcdan axıra qədər KT çəkim müddəti orta hesabla 15 dəqiqədir.Müayinə bədənin hansı hissəsi ilə əlaqəlidirsə o mövzuda ixtisaslaşmış radyoloq həkimlər tərəfindən qiymətləndirilir və daha sonra xəstəyə bildirilir.KT müayinəsi aparılan şəxsin xəstəliyi ilə bağlı bir nəticəyə gəlməsini təmin edəcək kifayət qədər məlumatı əldə etdikdən sonra müayinə sona çatdırılır.
Fuad Nəzərov
XƏBƏR LENTİ
Bu gün növbəti qəbul imtahanı keçiriləcək
Gəncliyin sirri-Səməni
Fəlakət ölkə ərazisini artırdı
Bulqurlu, qiyməli börək (foto resept)
30 saniyəlik göz masajı ilə gözəlləşin
İnsanların mənfi enerjisindən necə qorunmalı?
Çağla 1 milyonluq maşını ilə diqqət çəkib -FOTO
Azərbaycan gimnastı Dünya Kubokunda finala çıxdı
Avqust ayının qalibləri!
Bayram günü 26Лљ isti olacaq
Gözəlliyinizi qorumağın bir neçə yolu
Cem Yılmazla Defne Samyelini Serenay ayırıb?
Hava haqqında
Ətli göbələk (foto resept)
Meyvəli zefir (foto resept)
Türkiyədə zəlzələ olub
Kremli peçenye (foto resept)
Xəstəxanadan qaçmaq istəyən koronavirus xəstəsi eyvandan yıxıldı
Körfəz kənarında möhtəşəm bağ
Bazarlarda balığın qiyməti niyə düşdü?
Rəngarəng donlar
Qadın vücudunun mübhəmləri.
Serenaydan sevənlərinə pis xəbər
Qovuşmadığı sevgilisi üçün 40 kiloqram arıqladı - FOTO
Bu ölkədə 100-ə yaxın sakin müalicədən sonra yenidən koronavirusa yoluxdu
Nar şirəsinin faydaları və düzgün qəbulu
Xoşbəxt cütlük olmağın sirri
Koronavirusla bağlı ŞAD XƏBƏR
Zəncirli ayaqqabı dəbi
Kraliçanın tacının daşları niyə biskvit qutusunda gizlədildi?
Dərmansız ağıl dəvası?
Qızı sosial şəbəkə üçün mahnı oxuyarkən anası tavandan düşdü – VİDEO
Yeni makiyaj trendi: Draping
Dünya çempionatı başlanır: Azərbaycan Türkiyəyə qarşı
Bu gün ilin ilk Ay tutulması baş verəcək
Girovumuz şikayətə hazırlaşır
Tək rəng dekorasiya
Möhtəşəm saçlar üçün 7 qızıl qayda
Metroda qiymət artacaq?
NASA Marsda günəşin qürubunu lentə aldı - FOTO
Yaponiyada insan əti satılan restoran açıldı
Xərçəngin düşməni olan quru meyvələr
2015-ci ilin dəbli gəlinlikləri
Sürüşmə zonasında yol tikintisi başa çatır
Hər növ saç düzümü
Azərbaycanda yağış yağacaq
Fotoda yaxşı görünmək istəyirsiniz?
Məşhur müğənni qəzaya düşdü-FOTO
Aİ Azərbaycan-Ermənistan arasında vəziyyətin gərginləşməsindən təəssüflənir
Ərdoğanın oğlu Mənsimovdan daha bir gəmi aldı















- ŞƏRHLƏR