Çirkli hava bədbəxtliyin və bədbinliyin əsas səbəblərindən biridir. Araşdırmalara görə, ekoloji çirkliliklə bədbəxtlik arasında əlaqə var.
Kanadalı tədqiqatçılar havanın çirkliliyi və insanların bədbəxtliyi arasında əlaqə olduğunu kəşf ediblər. Onların verdiyi məlumatlara görə, ekoloji çirklilik bədbəxtliyə səbəb olur. Hətta əksinə də olur: bədbəxt insanların yaşadığı ölkələrdə ekoloji çirklilik artır.
Kanadalı tədqiqatçılar havanın çirkli olması ilə insanların xoşbəxtliyi arasındakı əlaqəni araşdırmaq üçün 14 Avropa ölkəsinə səyahət ediblər.
Tədqiqatçılar Belçika, Danimarka, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Lüksemburq, İspaniya, Hollandiya, Portuqaliya, Rumıniya, Rusiya və İngiltərədəki ekoloji çirkliliyin qeyd edilmiş məlumatlarını araşdırıblar.
Ekoloji çirkliliyin əsas səbəbi olan fosil tərkibli yanacağın işlənməsi və adam başına düşən karbon ifrazı analiz edilib. Anketlərin nəticələrinə görə aşkar edilib ki, vətəndaşların xoşbəxtliyi verdikləri məlumatlarla sıx bağlıdır.
Nəticələr hansı ekoloji çirklilik səviyyəsinin bədbəxtliyə yol açdığını və ya tam tərsinə, daha az çirklilik üçün ediləcək cəhdlərin xoşbəxtliyə necə təsir edəcəyini göstərməli idi. Daha təmiz havanın avropalıları və dünyanın digər yerlərində yaşayan insanları daha xoşbəxt edəcəyi gözlənilir.
Ekoloji çirklənmənin qarşısını almaq bizim öz əlimizdədir. Bir neçə mərhələdə səbəb olduğumuz ekoloji çirkliliyi azalda bilərik. Çünki bu, bizim sağlamlığımız üçün çox önəmlidir. Havanı bu hala saldığımız kimi onu əvvəlki təmiz halına salmaq da bizim əlimizdədir. Ekoloji çirkliliyi azaltmaq təbiətin qorunmasının əsas mərhələlərindən biridir.
Edəcəyimiz hər bir dəyişikliklər böyük fərq yarada bilər. Əgər bu dəyişikliyi hər kəs edərsə, böyük miqyaslı uğur əldə edilər. Bunun üçün məsuliyyətimizi dərk etməli və aşağıdakılara hər birimiz ayrı-ayrılıqda riayət etməliyik.
1. Evdə enerjidən az istifadə edin. Lazım olmadığı təqdirdə elektrik və digər avadanlıqlarınızı yanılı saxlamayın. Müxtəlif işıqlandırıcılar yerinə sadə və az enerji sərf edən işıqlardan istifadə edin.
2. İsitmə və soyutma sisteminizə diqqət edin. Məcbur olmadıqca onlardan istifadə etməyin və evdə olmadığınız zamanlarda az dərəcəyə qoyun. Evin isitmə sisteminin yaxşı olmasına diqqət edin və isti su borularını daim yoxlayın. İsitmə sistemi açıq olduğu zaman pəncərə və qapının açıq olmamasına diqqət edin. Bu sistemlərin daha uzun müddət işləməsi üçün daim illik yoxlanışlarını edin və filtirlərini təmiz saxlayın.
3. Tullantıları evdə saxlamayın. Bunun kimi tullantılar atmosferi zərərli qazlarla zənginləşdirir. Tullantıları xüsusi ayrılmış qablara atın (şüşəni şüşə, kağızı kağız qutusuna və s.).
4. Maşından istifadəni azaldın. Eyni yerə gedən insanlarla yol yoldaşı olun və mümkün olduğu dərəcədə sərnişin daşıma nəqliyyatından istifadə edin. Az məsafəli yerlərə piyada gedin. Hər yerə maşınla getməsəniz, illik xərclədiyiniz məbləğin də bir çox hissəsi cibinizdə qalacaq və maşının daha gec xarab olmasına səbəb olacaqsınız. Benzin alarkən isə günün sərin vaxtlarından istifadə edin. Çünki bu vaxt benzin buxarı atmosferə qarışmaz.
5. Yanacaqlardan istifadə edərkən ehtiyatlı və qənaətcil olun. Maşınları sürətlə sürməkdən, onları lazımından artıq yükləməkdən çəkinin. Küçədə gəzərkən əlinizdəki tullantıları hara gəldi atmayın və öz ərazinizi təmiz saxlayın. Unutmayın ki, hər kəs öz ərazisini təmiz saxlasa, dolayı yolla bütün ölkə təmiz olar və bunu bütün ölkələr tətbiq etsə, həm dünyamız, həm də ekologiyamız təmiz olar.
Sağlamlığımız və gələcəyimiz öz əlimizdədir. O zaman hansı haqla bunu korlayırıq? Bu barədə düşünməli və gələcəyimizi müsbət yöndə dəyişdirməliyik.

XƏBƏR LENTİ
Məşhur futbolçudan xanımına 2 milyonluq hədiyyə-FOTO
Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"
Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - SİYAHI
Ay Yerə YAXINLAŞIR
İstanbulda əsrin kəşfi
Kimdir fəqir?
Günün ulduz falı
Bill Geyt "Santa Claus" oldu-FOTO
Separatçıların rəhbərindən etiraf: “Azərbaycan Qarabağda cəbhə xəttini yarıb”
Pis həkimləri tutacaqlar
Dünya belə səyahət görməmişdi
Azərbaycanda 30 minə yaxın şagird "iki" aldı
Mayk Taysondan şok ETİRAFLAR-FOTO
Bir ildə Azərbaycanda 27 892 abort qeydə alınıb
Sumqayıta və hava limanına metro xətti çəkiləcək?
Bədəni canlandırıb zehni açan düzgün nəfəs texnikası haqqında eşitmədikləriniz
Dəbli çantalar
Sezonun trend ayaqqabıları
Kıvanç 2 milyon dollar qazanacaq
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində olub
Dama-dama tort (foto resept)
Mançini Arda Turanı istəyir
Yol polisindən sürücülərə çağırış
Dərini qidalandıran maska
Buzla gözəlləşin
BÜRCLƏR bizə nə vəd edir? - 30 mart
Koronavirus şahzadə Harri ilə Meqan Marklı ayrılıq təhlükəsi ilə üzləşdirdi
Uşaqların meyvə və tərəvəz yeməsi niyə vacibdir?
Madonna hava limanına niqabda gəldi - FOTO
Ətli və kəsmikli blinçiklər (foto resept)
Türkiyə tarixində ilk
Ləvəngili pizza (foto resept)
Duzlu qurabiyə (foto resept)
Yumurtasız şokoladlı tort (foto resept)
Kartofda yumurta
Həcc ziyarətinə yollanan zəvvarlara ciddi xəbərdarlıq
Bu qış üşüməyə mane olacaq kurtka dəbi
Birinci xanım Mehriban Əliyeva Antalyada "Biznes-20"/"Qadınlar-20" birgə sessiyasında iştirak edib
Saç tökülməsi və yağlı saçlar üçün maska
Lavanda yağının faydaları
İnstaqram şəkillərinin arxa planı
Peru silkələndi
Hərəkət edən heykəl
"Ankarada başlamış istintaqın üç ayağı var"
Nuradan yeni fotossesiya - FOTO
Həyatda kim olaraq doğulmaq istərdiniz?
Kıvançdan 5 milyonluq müqavilə
Günün qoroskopu: Haram halalı da aparar
İlham Əliyev sakinlərlə birgə mahnı oxudu - VİDEO
Gökhan Özen məhkəməlik oldu

- ŞƏRHLƏR