Orqanizmimizin sağlamlığı vitamin və mikroelementlərdən asılıdır. İstərdim sizlərlə mikroelementlər haqqında bildiklərimi paylaşım.
Dəmir- Ən vacib mikroelementlərdəndir. Bu element orqanizmdə qanyaratmada, oksigen mubadiləsində və immun sisteminin bərpasında mühüm rol oynayır. Kişilərdə dəmirə olan günlük tələbat 10mq. olduğu halda, qadinlarda bu göstərici 18mq.-ya çatır. Qaraciyər, quzu əti, yumurta, çuğundur, qara çörək,qırmızı alma dəmirlə zəngindir. Dəmirin çatışmamazlığı qan azlığına səbəb olur. Dəmirin normadan artıq olması isə orqanizmin antioksidant sisteminə mənfi təsir ederək zəhərlənməyə səbəb ola bilər.
Fosfor- Həm əzələ, həm də sümük toxuması üçün vacib elementdir. Fosforun skeletin inkişafında, mərkəzi sinir sisteminin düzgün işləməsində, dişlərin kariesə qarşı dayanıqlılığında rolu əvəzsizdir. Sutka ərzində orqanizm 800-1500 mq fosfor qəbul etməlidir. Fosforun çatışmamazlığı müxtəlif sümük xəstəliklərinə(raxit və s), parodantoza səbəb olur. Normadan artıq olması isə orqanizmdə manqan və kalsiyumun səviyyəsini aşağı salır bu da osteoparoz xəstəliyinə səbəb ola bilər.
Yod- Qalxanabənzər vəzinin(həmçinin də Tireoid hormonunun) normal funksiyasını təşkil edir. Sutkalıq yod ehtiyacı 200mkq-dır. Yod çatışmamazlığı endemik zob, qipotireoz, kretinizm kimi xəstəliklərə səbəb olur. Yod ən çox dəniz məhsullarında, kələm, sarımsaq, kök,xurmada vardır.
Zink- Kişilərdə bu elementə tələbat qadınlardan daha çoxdur. Bu element kişi hormonu olan testesteron, elece de insulin və boy hormonunun tənzimlənməsində rol oynayir. Bundan əlavə immun sistemini gücləndirir və qanyaratmada da iştirak edir. Zink daha çox yumurta sarısında , qaraciyər, lobya, noxud və balqabağın tumlarında olur.
Xrom- Xromun gündəlik dozası 150mq.-ni keçməməlidir. Xrom qanda şəkəri tənzimləyir, orqanizmi diabetdən müdafiə edir. Stress vəziyyətini yüngülləşdirir. Ət, pendir, noxud, qara istiot xromla zəngindir.
Molibden- Madələr mübadiləsini tənzimləyir,əqli inkişafı sürətləndirir, eyni zamanda boyun uzanmasında da rol oynayır. Sutkalıq tələbat 75-250 mq-dır. Qarabaşaq, sarımsaq, gül kələm molibdenlə zəngindir.
Manqan- Sinir sisteminin normal inkişafını təmin edir, orqanizmin allergik reaksiyalara və diabetə dayanıqlılığını tənzimləyir. Sutkalıq tələbat 2-5 mq.-dır. Şabalıq, qoz-fındıq, istiot manqanla zəngindir.
Maqnezium- Maqneziumun çatışmamazlığından əhalinin 90% əziyyət çəkir. Bu element zülalların sintezində, böyrəklərin normal funksiyasını yerinə yetirməkdə, qan-damar sistemində,sinir sistemində çox mühüm rol oynayır. Gündəlik tələbat 300-400mq.-dır. Orqanizmdə maqneziumun defisiti özünü yuxusuzluq, xroniki yorğunluq, miqren, əzələ spazmları şəklində biruzə verir. Qoz, fındıq, küncüt maqneziumla zəngindir.
Kalsium- Bu element insan çəkisinin 1,9% təşkil edir. 99%-i sümüklərdə toplanır. Bundan başqa sinir sistemində də rol oynayır. Pendir, kəsmik, alma, bütün növ kələmlər, xiyar, cəfəri, kərəvöz kalsiumla zəngindir

XƏBƏR LENTİ
İki böyük ölkə dollardan imtina edir
İnsanlar rəsmlərə bənzəməyə çalışsa...
Azərbaycanda uşaqların qeysər kəsiyi ilə dünyaya gəlməsinə tibbi komissiyalar icazə verəcək
Buz kəsən şaxtada "yaşıl" mübarizə
İstilərə hazır olun
Azərbaycanlıların ən çox sevdiyi adlar - SİYAHI
Rəsm çəkməyi öyrənək
"Eurovision"ın qalibi İsrail oldu-VİDEO
Azərbaycanda internet ticarəti üçün vergi vermək lazımdır?
Bütün Amerika bu kitabı oxuyur
Türkiyə Gürcüstanda tunel tikintisinə maraq göstərir
Telekanallara xəbərdarlıq edildi
Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı - VİDEO
Qripə qarşı peyvənd olaqmı?
Astma qadın sonsuzluğuna səbəb olur
Çinin peyki orbitə çatmadı
Qarğıdalının faydaları
Bakıya ilk qar yağdı
Kişilərin xoşuna gəlmək üçün qadınlar nə etməlidir?
Dəfn mərasimləri üçün pul veriləcək
Tanıdığımız badımcanın tanımadığımız tərəfləri
Məşhur müğənni adını dəyişdirir-SƏBƏB
Koronavirusa yoluxmuş insanın bədənində baş verən dəyişikliklər açıqlandı
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
Televizora çox baxmağın yeni riskləri üzə çıxıb
Türkiyədən Azərbaycana böyük sıçrayış
Bu maska koronavirusdan qoruya bilir
Avtomobil sahibləri hansı yenilikləri istəyirlər?
Bir ağac seçin, yeni ildə sizi nə gözlədiyini bilin
"Kupça"lar qapınıza gətiriləcək - Abşeronlulara şad xəbər
Vərəm
Nəsiminin məzarı Hələbdən Azərbaycana gətirilsinmi?
Ferhat Göçərin xanımından SƏRT İRAD
Nusret 14 min 500 qadını qonaq etdi-FOTO
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi - RƏSMİ
XANIMLAR, DİQQƏT: Ayda 10 dəqiqə ayırmaqla xərçəngdən qoruna bilərsiniz
Hərəkətsizliyin zərərləri
Çində koronavirusa yoluxanların sayında yenə artım var
BDU kollektivini sevindirəcək xəbər
Zibillərdən hazırlanmış sənət nümunələri
Simurq quşu haqqında maraqlı məlumatlar
Gəlinliklər
Siqaret narkotikdir
Siz onları havasız qoyursunuz, onlar sizi - həyatsız
Ebru Gündeş HAMİLƏDİR!-VİDEO
Qəbul imtahanının nəticələri açıqlandı
"Aşk-ı Memnu"nun aktyoru öldü
Yoqa pozalarından
"2" almış məzunların çoxu bu rayondandır - SİYAHI
Eşitmə məhdudiyyətli uşağın anasını eşitdiyi ilk an-VİDEO

- ŞƏRHLƏR