Çoxlarımız artıq çəkidən əziyyət çəkirik. Bilirik ki, artıq çəkilərin öhdəsindən gəlmək üçün pəhriz saxlamalı və idman etməliyik. Pəhriz saxlamaq deyəndə xüsusi menyuları olan pəhrizləri nəzərdə tutmuram. Sadəcə olaraq qida rasionumuzda olan bir sıra kökəldən qidaları azaltmalıyıq. Qarşıdan artıq yay gəlir. Çörəyi bacardığımız qədər azaltmalıyıq ki, yay fəslində də artıq çəki almayaq. Çoxlarımız tənbəllik üzündən idman etmirik və unuduruq ki, idman hərkətləri etmək bizim üçün təkcə arıqlamaq üçün bir vasitə deyil, o, sağlamlığımıza da aparan bir yoldur. Bir çoxumuzun sağlamlığının açarı idmandadır. Əgər siz də idman etməyə tənbəllik edirsinizsə və eyni zamanda da qarın nahiyənizdəki piylərdən olmaq istəyirsinizsə, o zaman bu xəbərim məhz elə sizin üçündür.
Sizdən 3 sadə hərəkətlə bunun öhdəsindən gələ biləcəyinizi desəm, inanarsınızmı? Sadəcə olaraq mütləq gün ərzində tənbəllik etmədən 20 dəqiqənizi buna ayırmalısınız. Bəsdir artıq, tənbəlliyin daşını atın və bir az da özünüzü, sağlamlığınızı düşünün! Bir çox qadın üçün kabusa çevrilən qarın piyləri burdakı məşqlər sayəsində keçmişdə qalacaq və həyatınıza gözəl bir şəkildə davam edəcəksiniz. Həm sağlamlığınız, həm də gözəlliyiniz üçün vacib olan önəmli addımı 3 ən sadə idman hərəkəti ilə atmış olacaqsınız.
Dümdüz bir qarına sahib olmaq hər birimizin xəyalıdır. Unutmayın ki, əslində buna elə hamımız nail ola bilərik. Gün ərzində 100 dəfə press etmək lazım deyil, çox ağır hərəkətlər də etmək gərəyiniz olmayacaq. Sadəcə olaraq uyğun bir pəhriz proqramı ilə gün ərzində 20 dəqiqə idman edərək buna nail olacaqsınız.
Başlanğıc üçün aşağıdakı qarın əritmə hərəkətlərini bir-bir edin. Sonra isə hər gün iki-iki, üç-üç, dörd-dörd artıra bilərsiniz. Yəni ilk gün deyilən qədər məşq edin. Növbəti gündə isə bir neçə saniyə fasilədən sonra ikinci dəfə edin. Ondan sonrakı gün isə bir neçə saniyədən sonra üçüncü dəfəyəcən qaldıra bilərsiniz.
1. Topuqlar havaya
Arxası üstə üstə uzanın. Ayaqlarınızı dik bir şəkildə qaldırın və dümdüz tutun. Çanaq hissənizi 15 sm kimi havaya qaldırın. Yavaşca endirin. Hərəkəti təkrarlayın. Hər dəfə bu hərəkəti 15-20 dəfə edin. Demək, bu hərəkətin bir dövrəsində 15-20 dəfə etmək lazımdır. Gün keçdikcə bu hərəkəti 2, 3 dövrə də edə bilərsiniz. Əsas odur ki, birdən-birə artırmayın.
2. Tərs press
Bu press hərəkətinə bənzəyir, amma ondan çox asandır. Arxası üstə uzanın. Ayaqlarınızı qaldırın və diz nahiyəsindən bükün. Elə bir vəziyyət almalısınız ki, sanki stulda əyləşmisiniz. Hərəkəti etdiyiniz müddətdə eyni vəziyyətdə qalmağa çalışın. Çanaq hissəniz yerdən qalxana qədər stulda əyləşmişsiniz kimi qatlanmış ayarlarınızı geriyə - başınıza doğru çəkin. Bu hərəkətə alışdıqdan sonra dizinizi alnınıza dəydirərək etməyə çalışın. Bu hərəkəti də 15-20 dəfə edə bilərsiniz.
3. Dəstəkli press
Kürəyi üstə yerə uzanın və ayaqlarınızı hündür bir şeyin üzərinə uzadın. Bu, stul, kreslo, yataq – hər hansı hündür bir şey ola bilər. Əllərinizi başınızın ardına və ya sinənizə qoyun. Çiyninizi yerdən 10-15 sm hündürlüyə qaldıraraq mədə əzələlərinizi basın, yəni mədə əzələləriniz aşağı doğru qüvvətlə sıxılacaq. Sonra yenidən başınızı aşağı, yerə qoyun. Bu hərəkəti 15-20 dəfə təkrarlayın.
Bu qədər sadə bir hərəkətləri edərək gün ərzində cəmi 20 dəqiqənizi sərf edəcəksiniz. Bununla da gözəl bir vücuda və sağlamlığınıza qovuşacaqsınız. Unutmayın ki, idman nəinki fiziki olaraq, zehni, mənəvi və ruhi olaraq da sizi təravətləndirəcək və gün ərzində həm əhvalınız yüksək olacaq.
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR