Adətən bu sözü eşidən zaman hamı arıqlamaq, yaxud da kökəlmək ifadələrini yada salır. Pəhriz saxlamaq heç də arıqlamaq, ya da kökəlmək demək deyil. Pəhriz - düzgün qidalanma rejimidir. Arıqlamaq üçün pəhriz saxlamaq lazım deyil. Sadəcə, düzgün qidalan, yetər! Hər gün yeməkdən əvvəl 1 stəkan soyuq su için. Yemək zamanı çoxlu bibər yeyin. Bibər yağların 25%-ni əridir. Qaranlıqda yemək yemək olmaz! Şokolad yedikdən sonra çay yox, qazlı su için. Yeməkdən sonra limon yeyin. Ətə yox, tərəvəzə üstünlük verin! 100 % arıqlayacaqsınız!
Kökəlmənin qarşısını almaq üçün əsasən yağlı xörəklərdən ət, süd, pendir, kərə yağı, yumurta, düyü və s. kimi qidalardan pəhriz saxlamaq, xörəkdə az duz işlətmək, üzüm rejiminə keçmək, portağal, limon, şaftalı, çiyələk və qarpız yemək yaxşı nəticə verə bilər. Səhər yeməyi əvəzinə portağal, limon və alma ilə qənaətlənmək olar. Köklüyə qarşı kahı, şalğam və başqa tərəvəz məhsulları, turş alma, heyva, turş nar, limon, portağal çox işlədilməlidir.
I gün: İstənilən tərəvəzdən yarım kiloqram salat hazırlayıb, üzərinə bir xörək qaşığı bitki yağı əlavə edib, yeyin.
II gün: Suda qaynadılmış mal əti.
III gün: Tərəvəz salatı və yağsız kəsmik.
IV gün: Kəsmik.
V gün: Meyvə və ya tərəvəz salatı, kəsmik.
VI gün: Meyvə (banan, armud və xurmadan başqa).
VII gün: Buğda bişmiş bir kiloqram balıq və eyni miqdarda tərəvəz salatı.
Diqqət: Pəhriz zamanı çay və kofe qəbulunu azaldın. Lakin gün ərzində 8 stəkan su içmək sizə kömək edib, pəhrizin effektini artıracaq. Axşam saat 6-dan sonra yemək olmaz. Bu, pəhrizi poza bilər. Təbii meyvə şirələrini 1:2 nisbətində qaynadılmış su ilə qarışdırıb, içə bilərsiniz. Pəhriz zamanı stresdən uzaq olmaq lazımdır. Yaxşı əhval-ruhiyyə arıqlamaq həvəsini daha da artırır.
Statistika: Cinsi əlaqə zamanı qadın 200-600 kalori yandırır. Bu da yarım saat qaçışa (372 kalori), 40 dəqiqə velosiped sürməyə (380 kalori) və ya 1,5 saat şopinq etməyə (370 kalori) bərabərdir. Həmçinin internetdə dörd saat axtarış edib, yazışmaq 374,4 kalori, 7 saat televizora baxmaq isə 359 kalori yandırır.
Bədən formasına görə fitnes idman klublarında bir qrup qadının eyni tempdə, bir saat ərzində idmanla məşğul olması bədən formasına və sağlamlığa ziyandır. Çünki hər qadının hərəkət tempi müxtəlifdir. Bu tip idman qadınların ayaqlarında damar dartılmasına səbəb olur. Dartılan damarların aralarındakı boşluqlara isə piy qatları daxil olur. Bu da sellülit əmələ gətirir.
Qeyd edək ki, hündürdaban ayaqqabı da eyni problemi əmələ gətirir. Düzgün fitneslə məşğul olmaqdan ötrü əvvəl bədəninizin tipini öyrənməyə çalışın.
Bədən forması - armud
Bədəninizin yuxarı hissəsi arıq, bel incə, çiyinlər balaca, qollar nazik, aşağı ətraflar ətli, çanaq iri, qarnınızsa piylidir? İdmanla axırıncı dəfə məktəbdə, bədən tərbiyəsi dərsində məşğul olmusunuz?
O zaman siz fitnesə iri addımlarla gəzinti və yüngül qaçış ilə başlaya bilərsiniz. Üzgüçülük bədəninizin əzələlərini dartıb, aşağı ətrafları hərəkətə gətirib, qarnı əridər. Velotrenajor da eyni effekti verəcək. Lakin uzun müddət üzgüçülüklə məşğul olmaq çiyinləri enlədir.
Bədən forması - alma
Çiyinləriniz enli, qollarınız kök, qarnınız piyli, lakin ayaqlarınız arıqdırsa, qantellərlə idman etməyə başlayın. Qanteli ev şəraitində yarım litrlik su şüşəsi ilə əvəz etmək olar. Qolları hərəkət etdirmək döşlərin də formasının yaxşılaşacağına işarədir. Qarınısa velosiped sürmək və ya qaçmaqla əritmək olar. Arxası üstə uzanıb, ayaqları havaya qaldırmaqla da velosiped sürmək olar. Üzgüçülük də bel və qarın piylərinin əriməsinə kömək edər.
XƏBƏR LENTİ
Problem sənsən!
HAVA necə olacaq?
Metobolizmanızı gücləndirin
Quzu ətli tantuni (foto resept)
2015-ci ilin aksessuarları
Gəlinlər üçün üzük sandıqçaları
Su da bahalaşdı
Sabahın hava proqnozu
Sevmək qovuşmaqdır, sən heç narahat olma
Hazal Kaya geyimi ilə diqqət çəkdi-FOTO
Bu gün Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
İranda zəlzələ, 35 yaralı
Bəzi tələbələrə əlavə təqaüdlər veriləcək
16 milyon illik bitki aşkar edilib
Azərbaycanda atasız uşaqların STATİSTİKASI
Gizlənməkdə sərhəd tanımayan uşaqlar
Zəvvarlar üçün günəş enerjisi ilə işləyən əvəzsiz çətir
Məryəm Üzerlidən gözlənilməz ETİRAF
Bakıda mənzillərin qiymətlərinə nə təsir göstərir?
iPhone və quqlofonlar...
Bu qidaları qətiyyən soyuducuda saxlamayın
HAVA necə olacaq?
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
Neft bahalaşmağa başladı
Ştrix-kodlarda ölkələrin prefiksləri
İki hissəli gəlinliklər
Dünya Kuboku: 3 şahmatçımız növbəti mərhələdə
Seren Serengil hamiləlik FOTOsu paylaşdı
Neslihan və Kadirdən yeni FOTO
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
Bir kərə yüksələn bayraq, bir daha enməz!
İncə qaşı olanlar üçün parik qaş
Soyadlara görə stasionar telefon abunəçilərinin statistikası açıqlandı
Mənim arıqlama sirrim
"Sumqayıt təxribatı - “Qriqoryanın işi”
Seriallar
Təcili yardımın ən qəribə qeydləri-Bağırsaqda butulka
Uşaqlarımızı günəşdən necə qoruyaq?
Kilo almağın səbəbləri
Bibərin faydaları
Qarğıdalının faydaları
Badamlı kök piroqu (foto resept)
Mürəkkəb ləkəsi necə çıxar?
Ananaslı, şokoladlı ev tortu (foto resept)
İybilmə duyğusu yox olubsa, nə etməli?
Xarici turistlər bölgələrə axın etməyə başladı
Sevimli salat (foto resept)
Aya Sofyaya imam və müəzzin təyinatı olub
Granola (foto-resept)
Qadınlarımızın sayı açıqlandı
- ŞƏRHLƏR