Arıqlama dərmanları çarədirmi? Əksəriyyətinin üzərində Azərbaycanca yazı yoxdur, İngiliscə və ya Çincənin qarışığı bir çox yazılar var,amma məzmuna aid İngiliscə cixmaqla bir şərh yoxdur. Paketlərin üzərində, ancaq bir bitki elmi mütəxəssisin anlaya biləcəyi bir neçə maddənin Latınca adı verilir. Ümumiyyətlə əczaxanalarda satılan bu məhsullar bütünlüklə bitki mənşəli deyilərək məşhur olmaqdadır.Amma bir şey unudulmaqdadır ki, onsuz da bazarda istifadə edilən və ümumiyyətlə xəstəliklərimizdə həll olmağa çalışan çox dərmanımızda bitki mənşəli bu dərmanların əks təsiri ola bildikcə necə olur ki, bu arıqlama dərmanlarının bir tərəf təsiri yoxdur.
Bəzi arıqlama dərmanlarınında əks təsiri yoxdur.Lakin"hər hansı bir narahatlıq hiss etsəniz həkimə müraciət edin və ya dərmanı istifadə etməyin" deyilir...
O zaman sual yaranır:Biz kobay siçanlarıyıq ki,bu dərmanı sınamağımızı istəyirsiniz niyə araşdırma edilmir və detallı bir şəkildə yalnız istifadə edə bilən insanlar seçilmir?
Kobay olaraq istifadə edilməyin!Sağlamlığımızdan olmayaq.
Əczaxanalarda satılır?
Vitamindirmi ?
Qidadırmı?
Dəstəkləyici qidadırmı?
Satanlar bilmir, Bilinmir, yazılmır!!!
Dərman olaraq da qəbul edilməmişdir, əks halda Sağlamlıq Nazirliyi sənədi lazım idi. Çoxu sənədsiz, amma bəzilərinə Əkinçilik və Kənd İşləri Nazirliyi sənəd belə verib!
Məzmunda çoxu arıqlama dərmanlarının içində bitkilər və ya bilinən bəzi tibbi maddələr olduğu ifadə edilir.Ehtimalla, bu dərmanların içinə maddələr mübadiləsini sürətləndirən, ancaq qanuni olaraq istifadə edilməsi qadağan olan, sağlamlığa zərərli, ölümcül bəzi maddələr əlavə olunur amma tərkibində ifadə edilmir.
Bəzi məhsullara da içində bol yod olan yosunlar əlavə olunur.
YODUN ÇOX ALINMASI: qalxanabənzər vəz adlı orqanizmin çıxardığı hormonun xammalıdır. Bol yod qəbul etdikdə bol qalxanabənzər vəz hormonu çıxararsınız ki,bu da maddələr mübadiləsini sürətləndirər.Lazım olduğundan çox qalxanabənzər vəz hormonu zərərlidir, xəstəlik yaradar, öldürə bilər!
Qalxanabənzər vəzin lazım olduğundan çox hormon çıxardığı vəziyyətə zəhərli guatr (hipertiroidizm) deyilir, dərmanı istifadə edənin ilk diqqətini çəkən şey ani kilo itkisidir! Budur çox arıqlama dərmanları bu şəkildə arıqladır; keçici və ya qalıcı qalxanabənzər vəz hormon çoxluğu (zəhərli guatr) yaradır.
Yəni, arıqlama dərmanları istifadə etməklə lazımsız yerə yüksək doza qalxanabənzər vəz hormon həbi almaq arasında heç bir fərq yoxdur!
haşiyə: qidalarla alınan yodun arıqlama dərmanı qədər toksik təsir etməsi haradasa qeyri-mümkündür. Çünki qidalarla ala biləcəyimiz yod miqdarından çox,arıqlama dərmanında var.Hətta daha çoxu zərərli.
Çox qalxanabənzər vəz hormonu nə edər?
Maddələr mübadiləsini sürətləndirər,
ürəyin ritmini sürətləndirər,
tərləməni artırar,
istiyə dözümsüzlük meydana gələr,
ürək bulanma,
saç tökülməsi,
əllərdə titrəmə,
əsəbilik,
hirs partlamaları,
adət nizamsızlığı,
yüksək təzyiq,
bəzi xəstələrdə beyin qanaması meydana gətirə bilər.
Qalxanabənzər vəz funksiyalarının pozulmasına bağlıdır. Qalxanabənzər vəz funksiyalarındakı bu pozulma, qalıcı ola bilər.
ƏKİNÇİLİK VƏ KƏND İŞLƏRİ NAZİRLİYİ SƏNƏDİ:Bu cür əhatəli təsirləri olan bir maddəyə Nazirlik sənəd vermədən əvvəl yetkin həkimlərdən mütləq məsləhət almalıdır. Bu Sağlamlıq Nazirliyi tərəfindən vasvasılıqla araşdırılıb sənədlənən bir çox dərmandan daha əhatəli tibbi nəticələr doğura biləcək potensiala malikdir.
QALXANABƏNZƏR VƏZ: Arıqlama dərmanları və "maddələr mübadiləsi sürətləndiricisi" adıyla satılan qidaların əksəriyyətində "yod" vardır. Bu "çox yod" xüsusilə qalxanabənzər vəz funksiyalarını pozmaqdadır. Xüsusilə, bəzi qalxanabənzər vəz xəstəliklərində çox yod, bir"zəhər"dir. Haşimato xəstəliyi deyilən və yetkin qadınların təxminən 5-10 %-də görülən qalxanabənzər vəz iltihabında çox yod, xəstəliyə səbəb olan anticisimlərin istehsalını artıraraq xəstəyə böyük zərər verməkdədir. Eyni şəkildə, zəhərli guatrı olan xəstəyə çox yod verdiyinizdə "Qalxanabənzər vəz böhranı" adı verilən ölümcül bir vəziyyət ortaya çıxar.
Zəifləmək üçün sağlamlığınızdan olmayın...
Diyetə bağlı qalın birə-bir eynisini etməyə çalışmayın.
XƏBƏR LENTİ
Dünya elmi zəfəranın arxasında xərçəngin müalicəsini gizlədir?
Zamanla ayaqlaşmaq lazımdır
Mona Lizanın sirri tapıldı
Qan aldırmaq nəyə kömək edir?
Kişilərin dili
Coli ruhi xəstəxanaya yerləşdirilib
Hamiləlik zamanı həkim müayinəsi
Aslı Enverin tək qaşlı üzüyü diqqət çəkdi-FOTO
Müharibələrin insanlara psixoloji təsirləri
Tərəvəzli qovurma (foto-resept)
Parisin küçələrində qoruyucu maskadan istifadə məcburi oldu
Hansı yeməkdən sonra hansı idmanı etməli?
Kremli rulet(foto resept)
Qat-qat xəmirdən pendirli-şüyüdlü ruletlər(foto resep)
Ornella Muti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Dünyanın ən böyük külək elektrik stansiyası inşa edildi
Hava yağmursuz olacaq
Azərbaycanda məscidlərin açılmasının əsas şərti bilindi - RƏSMİ
Lavaşarası sosiska (foto resept)
Balıq soyutması (foto resept)
Evdən çıxmayan qadın koronavirusa yoluxdu
Bakı susuz qalacaq
"Zaman bizim tərəfimizdədir, zaman ədalətin tərəfindədir"
Unlu kətə ( foto resept)
Facebook istifadəçilərinə xoş xəbər
Ərdoğanın Kobi Brayantla bağlı paylaşımı
Günün qoroskopu: hədər yerə pul xərcləməyin
Xaricdə istirahətdən hansı təhlükəli xəstəlikləri gətirə bilərsiz?
Azərbaycan şirkətləri Rusiyaya dəvət edildilər
Flaşmob sevənlər üçün film
Nazir sürət həddini aşdığına görə cərimələndi
Putindən Qarabağ razılaşması ilə bağlı AÇIQLAMA
Ərdoğan öz sözünü tutdu
Rahat ayaqqabılar
Maradonanın muzeyi açılacaq
Hansı kişilər daha cəlbedicidir?
Pomidor və yaşıl bibər möcüzəsi
Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO
Pamela Anderson cangüdəni ilə sevgilidir
Yıldırımdan ilk Qarabağ bəyanatı
Əyləş və dincəl
Azərbaycanda "üç"lə "yeddi"lər birləşdirilir
Bakıda avtobuslarla bağlı daha bir yenilik
Taysonun ailəsi onun qalib gələcəyinə inanmır - VİDEO
“Hercai” rekorda imza atdı
Facebook istifadəçilərinin narahatlığına əsas yoxdur
Hava haqqında
Castin Biberin yoldaşı ETİRAF etdi
Azərbaycanda internatlar ləğv edilir - Uşaqların taleyi necə olacaq?
Məsuliyyətsiz valideynlər cəzalandırılacaqlar: VALİDEYNLƏR DİQQƏT
- ŞƏRHLƏR