
Çörək çəki problemi olanlarda ilk günahlandırılan qidadır. Əslində çörəyin kalorisi sanıldığı qədər yüksək deyil. Çörəkdən çox istifadə etməyimiz artıq çəkili olmağımızın ilk səbəbi deyil.
Üç növ yemək qrupu vardır: karbohidratlı yeməklər, zülallı yeməklər və yağ. Çörək, karbohidratlı yeməklərdəndir. Bədən enerjini karbohidratlı yeməklərdən alır. Karbohidrat bədənin enerji qaynağıdır. Xərclədiyimiz enerjinin, yəni əlimizi, qolumuzu, ayağımızı hərəkət etdirmək üçün ehtiyac duyduğumuz enerjini karbohidratlı yeməklərlə təmin edirik.
Orqanizm enerjini karbohidratdan ala bilməzsə, yağ və zülaldan almaq məcburiyyətində qalır. Zülal və yağ karbohidrata çevrilsə, əsl vəzifələrini yerinə yetirə bilməz və bu vəziyyətdə maddələr mübadiləsinin tarazlığı pozular. Böyrəklərimiz və qaraciyərimiz yorular. Damar tıxanmasına qədər aparan pis nəticələr ola bilər. Bu səbəbdən arıqlamaq üçün olan pəhrizlərdə çörək tamamilə çıxarılmamalıdır.
Sağlam arıqlama pəhrizində enerjinin 55-60 %-i karbohidratdan, 15 %-i zülaldan, 25 %-i yağdan təmin edilməlidir. Hər cür yeməkdən müəyyən nisbətlərdə istifadə etmək lazımdır. Gündəlik istifadə etdiyiniz bu üç cür yeməyin miqdarını azaltmaq və hərəkətinizi artırmaq sağlam arıqlamaq üçün kafidir. Uzun müddətdə yavaş-yavaş və səbrlə itirilən çəki hər zaman daha sağlamdır. Kəpəkli çörəyin kalorisi ağ çörəyə görə daha aşağıdır. Bu səbəblə arıqlama pəhrizlərində kəpəkli çörəkdən istifadə tövsiyə edilir. Ancaq kəpəkli çörəkdə olan bir maddə orqanizmə daxil olan dəmirin sorulmasına, yəni dəmirin bağırsaqlardan qana keçməsinə mane olur.
Kifayət qədər dəmir qəbul edilməzsə, qansızlıq əmələ gələ bilər. Bu səbəblə kəpəkli çörəyi həyatınızdan çıxarmadan ağ çörəyə də sağlam bir qidalanma üçün yer verməliyik. Karbohidratın azaldılmasını çörəkdən deyil, şirniyyat, xəmir işi və digər yeməklərdən etməklə kifayət qədər çörək yeməyiniz tövsiyə edilir. Hər gün ehtiyacınızdan 500 kalori az qəbul etsəniz və ya 500 kalorini idmanla yandırsanız, bir həftədə təxminən yarım kilo arıqlaya bilərsiniz. Bu da çox çətinlik çəkmədən və ən sağlam şəkildə istədiyimiz çəkiyə enib, onu qorumağımızı təmin edər.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR