Qadin.NET / Çörək çəkini artırırmı?

Çörək çəkini artırırmı?

Çörək çəki problemi olanlarda ilk günahlandırılan qidadır. Əslində çörəyin kalorisi sanıldığı qədər yüksək deyil. Çörəkdən çox istifadə etməyimiz artıq çəkili olmağımızın ilk səbəbi deyil.

Üç növ yemək qrupu vardır: karbohidratlı yeməklər, zülallı yeməklər və yağ. Çörək, karbohidratlı yeməklərdəndir. Bədən enerjini karbohidratlı yeməklərdən alır. Karbohidrat bədənin enerji qaynağıdır. Xərclədiyimiz enerjinin, yəni əlimizi, qolumuzu, ayağımızı hərəkət etdirmək üçün ehtiyac duyduğumuz enerjini karbohidratlı yeməklərlə təmin edirik.

Çörək çəkini artırırmı?

Orqanizm enerjini karbohidratdan ala bilməzsə, yağ və zülaldan almaq məcburiyyətində qalır. Zülal və yağ karbohidrata çevrilsə, əsl vəzifələrini yerinə yetirə bilməz və bu vəziyyətdə maddələr mübadiləsinin tarazlığı pozular. Böyrəklərimiz və qaraciyərimiz yorular. Damar tıxanmasına qədər aparan pis nəticələr ola bilər. Bu səbəbdən arıqlamaq üçün olan pəhrizlərdə çörək tamamilə çıxarılmamalıdır.

Çörək çəkini artırırmı?

Sağlam arıqlama pəhrizində enerjinin 55-60 %-i karbohidratdan, 15 %-i zülaldan, 25 %-i yağdan təmin edilməlidir. Hər cür yeməkdən müəyyən nisbətlərdə istifadə etmək lazımdır. Gündəlik istifadə etdiyiniz bu üç cür yeməyin miqdarını azaltmaq və hərəkətinizi artırmaq sağlam arıqlamaq üçün kafidir. Uzun müddətdə yavaş-yavaş və səbrlə itirilən çəki hər zaman daha sağlamdır. Kəpəkli çörəyin kalorisi ağ çörəyə görə daha aşağıdır. Bu səbəblə arıqlama pəhrizlərində kəpəkli çörəkdən istifadə tövsiyə edilir. Ancaq kəpəkli çörəkdə olan bir maddə orqanizmə daxil olan dəmirin sorulmasına, yəni dəmirin bağırsaqlardan qana keçməsinə mane olur.

Çörək çəkini artırırmı?

Kifayət qədər dəmir qəbul edilməzsə, qansızlıq əmələ gələ bilər. Bu səbəblə kəpəkli çörəyi həyatınızdan çıxarmadan ağ çörəyə də sağlam bir qidalanma üçün yer verməliyik. Karbohidratın azaldılmasını çörəkdən deyil, şirniyyat, xəmir işi və digər yeməklərdən etməklə kifayət qədər çörək yeməyiniz tövsiyə edilir. Hər gün ehtiyacınızdan 500 kalori az qəbul etsəniz və ya 500 kalorini idmanla yandırsanız, bir həftədə təxminən yarım kilo arıqlaya bilərsiniz. Bu da çox çətinlik çəkmədən və ən sağlam şəkildə istədiyimiz çəkiyə enib, onu qorumağımızı təmin edər.

6 mart 2014
GO BACK