Rusdilli "Baku" jurnalının sentyabr-oktyabr sayı prezident İlham Əliyevin həyat yoldaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunub. Redaktoru Mehriban Əliyevanın qızı Leyla Əliyeva olan jurnalın bu sayının baş məqaləsini Rusiyada məşhur jurnalist Mixail Qusman - Rusiyanın İTAR-TASS İnformasiya Agentliyi direktorunun birinci müavini yazıb.
Jurnalda əksər yazılar kimi bu məqalə də Azərbaycanın birinci xanımının həyat və yaradıcılığından bəhs edir.
Mixail Qusman yazır ki, 2012-ci il, iyulun 29-da, Londonda keçirilən XXX Olimpiya Oyunları ərəfəsində Azərbaycan hökuməti "Azərbaycan Günləri" adlı böyük bir tədbir təşkil edilib. Xoş əhval-ruhiyyəli bakılı məclisinin keçdiyini qeyd edən Qusman yazır:
"Ziyafət bitdikdən sonra prezident və xanımı qonaqlardan bəzilərini Londondakı "Baku" restoranına dəvət edirlər. Məclis sona yaxınlaşan zaman qonaqlardan kimsə "indi burda bir bakısayağı pomidor-yumurta olsaydı, nə yeyərdim" deyir.
Qonağın bu sözünü İlham Əliyev də təsdiqləyir. Mehriban Əliyeva isə üzünü qonaqlara tutub "Hamınız pomidor-yumurta yemək istəyirsiniz?" deyə soruşur. Zalda oturanların razılığını görən Mehriban xanım ayağa qalxır və "indi təşkil edərik", deyib restoranın mətbəxinə keçir".
Qusman Mehriban Əliyevanın mətbəxdən gec gəldiyini görüb.
"Düşündüm ki, Mehriban xanım mətbəxdəkilərə öz göstərişini verib 2-3 dəqiqəyə məclisə qayıdar, amma belə olmadı. 5 dəqiqə də gözlədim, gəlmədi, 10 dəqiqə keçdi, gəlmədi, axırda durub restoranın mətbəxinə keçdim və nə görsəm yaxşıdır? Mehriban xanım aşpazlardan birinin önlüyünü yaxasına bağlayıb diametri 1 metr olan iri tavanın arxasında dayanıb həvəslə pomidor-yumurta bişirir".
Yemək bişəndən sonra tavanı zala-qonaqların yanına aparırlar.
Belə davranışına görə, Mehriban Əliyevanı “Kraliça” adlandıran rusiyalı jurnalist sual edir: "Görəsən, dünyanın hansı ölkəsində birinci xanım belə davranardı? Düşünürəm ki, heç kim!".
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR