Dünyanın ən inkişaf etmiş ölkələrindən birində belə vəziyyətin yaşanması, belə hadisənin baş verməsi inanılmaz olay təsiri bağışlayır.Amma əfsuslar olsun ki, hər şey gerçəkdir. Amanda Hattonun oğlu Həmzə acından ölüb. Uşaq öləndən sonra iki il evdə, zibillərin arasında qalıb. Cəsəd iy versə də, ananın eyninə olmayıb.Yalnız banan və südlə qidalanmaq məcburiyyətində qalan Həmzənin həyatının son günlərində heç nə yemədiyi bəlli olub. Amanda Hattonun evinə girən polislər şoka düşüblər. Çünki bura ev yox, əsl zibilxana idi. Üfunət qoxuyan otaqlarda zir-zibil dizə çıxırdı. Ən böyüyü 24, kiçiyi 5 yaşda olan 8 övlad anası Amandanın yaşadığı mənzilin bütün otaqlarında zibil həddən ziyadə idi. 2009-cu ildə acından ölmüş 5 yaşlı Həmzənin cəsədi düz 2 il qonaq otağındakı zibillərin arasında qalmışdı. İngiltərənin Bredfrord qraflığının Hiton şəhərində yaşayan, heç bir yerdə işləməyən və müavinətlə dolanan 43 yaşlı. Amanda Hatton polisdə verdiyi ifadəsində "Həmzə itkin düşüb" demişdi. Halbuki ana oğlunun acından öldüyünü bilirdi və bunu gizəltəmyə çalışırdı. Polisdən verilən məlumata görə, Amanda Hatton əyyaş və narkomandır. Amandanın məhkəməsi davam edir. Hakim Rocer Tomasın dediyinə görə, evə baxanda dəhşətə gəlib."İnanın ki, şokdaydım. Ev üfunət iyi verirdi. Hər tərəf zibil, murdarlıq, iri milçəklərin vızıltısı, taxtabitilər, siçovullar. İydən dayanmaq olmurdu. Mətbəx və dəhliz nəcislə dolu idi. Amandanın uşaqları otaqlardan ayaqyolu kimi istifadə edirdilər. Bu qadının özü isə yataq otağındaca təbii ehtiyaclarını ödəyirdi və otağın bir küncünü ayaqyoluna döndərmişdi. O murdar qoxuda da yatırdı", - R.Tomas deyir. Amanda Hatton məhkəmədə verdiyi ifadəsində deyib: "Marketdə idim. 2009-cu ilin dekabrı idi. 24 yaşlı oğlum Tariq mənə zəng vurub dedi ki, Həmzə nəfəs almır. Dərhal evə qayıtdım. Həmzə ayıldı". Amma Amanda yalan danışır, çünki Həmzə ölmüşdü. Amanda oğlunun cəsədini qonaq otağına apararaq zibillərin altında gizlədib və balaca Həmzənin cəsədi də düz iki il həmin zibillərin altında qalıb. Qonşuların dediyinə görə, Amanda Hatton sürəkli nəşə çəkirdi və sudan çox spirtli içkilər içirdi. Amandanın atası, Şotlandiyada yaşayan Alan Hatton məhkəmədə verdiyi ifadəsində deyib: "Qızımdan utanırdım. Əyyaş, narkoman, ifrat dərəcədə pinti, əxlaqsız... Ərinə xəyanət edirdi, az qala gündə bir kişi ilə yatırdı və mən də faciə baş verməsin deyə bunu Amandanın ərinə demirdim.Qızıma yalvarır, bu yoldan dönməsini, normal ana və qadın olmasını istəyirdim. Məni vecinə almırdı. Ona görə də 10 ildir onunla danışmırıq. Nə mən, nə də anası. Heç Həmzənin doğulduğunu da bilmirdik.İndi nəvəmin ölümündən xəbər tutdum. Qızım ana deyil, vəhşidir. Axı hansı ana balasını acından ölməyə məhkum edər, sonra da iki il onun cəsədini zibillərin altında saxlayar?!"Amanda Hattonun əri Aftab Xan isə illərdən bəri arvadı ilə yaşamır. Onlar boşanmasalar da, ayrı-ayrılıqda həyat sürürlər. Amanda və Aftab illər əvvəl, Bredforddakı gecə klublarından birinin qarşısında tanış olmuşdular.Amandanın 16, Aftabın 18 yaşı vardı. Sonra Amanda hamilə qaldı, 9 ay sonra isə Tariq doğuldu.Taksi sürücüsü işləyən Aftab Xan 5 övladı dünyaya gələndən sonra "Bezdim!" deyərək evdən gedib.Amanda Hattonun məhkəmə prosesi davam edir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yer kürəsinə Atlas kometi yaxınlaşır - AMEA
Koronavirus 51 illik cütlüyü 6 dəqiqə fərqlə öldürdü
Ləzzətli toyuq (foto resept)
Sellülitdən aspirinlə xilas olun
Ekran yorğunluğunun qarşısını almaq üçün 3 üsul
Hande və Murat EVLƏNİR-FOTO
Bu gün güclü külək əsəcək
Ölüm dedikləri bir vüsal imiş
Peşələr
Yer kürəsinin tarixi fotosu
Veneraya ekskursiya...-NASA-dan yeni layihə
Saçlara qulluq
Pensiyalar nə qədər artırıldı? - RƏSMİ
Ad günü
Ağacı fikirləşərək
Ölümün bir addımlığında: Beyin travması
Məşhur müğənni intihar etdi-SƏBƏB
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
Ləng reaksiya - tez ölüm
Sinan Akçıl BOŞANDI
Erməni tarixçilərinin etirafları
Gözəl həyata sahib olmaq üçün nə etməli?
Bu günün hava proqnozu - 05.11.2013
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ
Daha baxımlı və dolğun kirpiklərə sahib olmaq üçün...
Deniz Çakır hicablı qadınlara sataşdı
Toy adətlərimiz
Kiçik döşlərə əlvida
Hava müjdəsi
Qadin.Netin sevimli simaları (2)
Ayrıldıqdan sonra 45 kilo arıqladı
General Zakir Həsənov: "Şəhidlərin qisası birə on qat alınıb"
Skype-la pul göndərmək mümkündür
Yağ yandırmağa kömək edən çaylar
Həcc ziyarətini 1000 kamera izləyəcək
Təbii üsullarla ayaq qoxusuna son verin!
Azərbaycan boksçusu dünya birinciliyinin bürünc medalı ilə kifayətləndi
Son 50 ildə görünməmiş həddə qar yağıb
Eurovision-2016-nın bütün finalçıları bəllidir
Dünyada ucuzlaşır, Azərbaycanda isə bahalaşır
"Barselona" Messinin satış qiymətini açıqladı - Fantastik məbləğ
Dodaq boyası çəkərkən yol verilən səhvlər
Britaniyanın səhiyyə naziri canlı yayımda göz yaşlarını saxlaya bilmədi - VİDEO
Nazirlikdən dünya şöhrətli fransalı məşhurların erməni separatizminə dəstəyinə SƏRT REAKSİYA
Azərbaycanda karantin rejiminin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
Koronavirus insan sağlamlığını necə dəyişir? - Sonsuzluq və...
Nanə çayının faydaları
Məktəbi bitirməyənlərə fürsət
Müdrik fikirlər
Qısaboğazlı çəkmələr
- ŞƏRHLƏR