Qoç - günün ilk yarısında vəziyyət stabillik və sakitlikdən çox uzaqdır. Əlavə işlər, qəfil tapşırıqlar olacaq. Səlahiyyət dairənizə bilavasitə daxil olmayan işləri həvalə etsələr, yaxşıca düşünün. Birgə çalışacağınız insanları yoxlayın, təftiş edin. Vədlər verməzdən və ya sənədləri imzalamazdan əvvəl situasiyanı təhlil edin, təklifi araşdırın.
Günün ikinci yarısında yeni layihəni ertələyin. Vəziyyət kimin dost, kimin xoş münasibətə dəyməyən şəxs olduğunu göstərəcək. Əsəblərin gərilməsi yuxusuzluq yarada bilər.
Buğa - günün ilk yarısı uğurlu zamandır. Tək qalmağa çalışın. Müstəqil fəaliyyətdə xeyir var. Hadisələrə diqqət yetirin, kollektiv fəaliyyətdəki mənfi məqamları aradan qaldırın.
Günün ikinci yarısında kənar təsirlər artacaq. Qüvvənizə qənaət edin. Qəflətən aktivləşmə tələb oluna bilər. Nəyisə gözləyirsinizsə və ya planlaşdırıbsınızsa, işə başlayın. Hadisələrin axarında dəyişikliklər olacaq.
Axşam saatlarında emosional dəstək alacaqsınız. Təhlükəsizlik hissinə ehtiyacınız var. Evdə qayda yaradın.
Əkizlər - maliyyə məsələlərinin həlli üçün əlverişli zamandır. Yeni işə başlamayın, yarımçıq işləri başa vurun. Ünsiyyət çevrənizi genişləndirin. Cari vəziyyətdə maraqlarınızın tam təminatına can atın.
Köhnəlmiş strukturları effektiv sxemlərlə əvəzləyin.
Günün ikinci yarısında təmirə və ya rekonstruksiyaya başlamaq olar.
Hissləriniz dramatik mərhələyə keçərsə, səbəbsiz mübahisə və ya qeyri-adekvat münaqişə alovlana bilər. Enerjinizi konstruktiv olmayan məqsədlərə sərf etməyin. Yaxınlarınızdan birinin müdrik məsləhətinə qulaq asın.
Axşam saatlarını əyləncəyə həsr edin.
Xərçəng - yaxşı, rahat gündür. Başladığınız işlərdə uğur əldə edəcəksiniz. Emosiyalara uymayın, maraqlandığınız obyekt barədə mümkün qədər çox informasiya əldə edin.
Ailədə xoş hadisələr yaşanacaq. Sürprizlər, hədiyyələr istisna deyil.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirmək olar. Praqmat olun, gerçəyi real dəyərləndirin.
Axtardığınızı tapa bilərsiniz. Uzaq yol istisna deyil. Yeni tanışlığın xoş perspektivləri var.
Yeni münasibətlər üçün axşam saatları əlverişlidir.
Şir - uğurlu zamandır. Diqqət mərkəzində olacaqsınız. Danışıqlara qatılın, müzakirələrdən yan qaçmayın. Əməkdaşlığın konturlarını dəqiqləşdirin, tərəfdaşlıq şərtlərini konkretləşdirin.
Günün ikinci yarısında başqalarının hərəkətlərini, fəaliyyətlərin motivlərini qiymətləndirməyə tələsməyin. Cavab reaksiyanız sərt olmamalıdır. Sonucları dəyərləndirin, əldə etdiyiniz uğurları nəzərdən keçirin. Yeni orientirlər seçin.
Səhhətinizə fikir verin. Bir qədər səbatlı olun.
Qız - bu gün qeyri-adi hadisə yaşanacaq. Fəaliyyətinizi intensivləşdirəcək informasiya alına bilər.
Əvvəlki günlərlə müqayisədə uğurlu zamandır. Aktual məsələləri həll edin. Yeni təmaslar qurun, münasibətləri nizamlayın. Əlaqələri kəsdiyiniz insanla barışın.
Günün ikinci yarısında stress və gərginlik istisna deyil. Yaşananlara emosional reaksiya verməyin. Təcrübənizdən bəhrələnərək qarşılıqlı anlaşmaya nail olun. Şəraitin diqtə etdiyi işlə məşğul olun.
Tərəzi - adi günlərdən fərqli olaraq bu gün işlər və qayğılar çoxdur. Eqoist olmayın, təkəbbürlü insan təsiri bağışlamayın. Belədə yaxın ətrafınızdakı insanlarla münasibətləriniz pozula bilər. Cəmiyyətdəki mövqelərinizi və yerinizi düşünün.
Günün ikinci yarısında zərərli vərdişlərdən qurtulmaq zamanı gələcək. Ailə həyatına "hampa" yanaşması yaxınlarınızla münasibətlərinizi korlaya bilər. Hisslərə qapılmayın, emosional davranmayın.
Münaqişələrə səbəb olmayın.
Əqrəb - bir yerdə durmasanız, tənbəllik etməsəniz, yaxşı nəticələr əldə edəcəksiniz. Dərs ala biləcəyiniz hadisələr baş verəcək. Hansısa məsələlərdə güzəştə getmək, mövqelərdən geri çəkilmək gərəkdir.
Günün ikinci yarısında yeni situasiya prosesi məcradan çıxara bilər. Yeni işlərə başlamaq üçün təşəbbüs göstərməyin. Aktiv təmaslarda olun, daha çox məlumat əldə etməyə çalışın.
Yaxın ətrafınızdakı insanlardan birinə yardım edin. Həmin adam sizə minnətdar olacaqlar. Situasiyaya aşkar təsir etmək üçün əlverişli zaman deyil. Olaylarda maraqlı insanla danışın.
Oxatan - tənhalığa qapılmayın, tək işləməyə çalışmayın. Dostlarla ünsiyyət üçün yetərincə vaxt tapa bilmirsinizsə, internet yaxşı alternativ ola bilər. Xəbər axınında faydalı məlumatlar, müşkülləri çözməyin yollarını arayın.
Planlar, hadisələr və emosiyaların əksəriyyəti evlə, ailə üzvləri ilə bağlıdır. Nəticələr və reaksiya ilə tələsməyin.
Günün ikinci yarısında bəzi işlər istədiyiniz kimi alınmazsa, yaxınlarınızdan kimsə qeyri-adekvart davranarsa, əsəbləriniz tarıma çəkilməsin.
Axına qarşı getməyin. Situasiyaya təsirin daha konstruktiv, ətrafdakı insanların nəzərinə aşkar çarpmayacaq yollar seçin. Kiməsə yardım edərək əvəzində minnətdarlıqla qarşılaşa bilərsiniz. Sizi məqsədə yaxınlaşdırmaq üçün daha konkret addımlar atılacaq zamanı gözləyin.
Oğlaq - baş verənləri diqqətlə müşahidə edin. Dəyər verdiyiniz insanların xətrinə dəyməyin. Sərt tənqidlər və sonsuz iradların zamanı deyil. Situasiyanı aydınlaşdırmaq üçün sual verməkdən çəkinməyin. Müəyyənliyə nail olmağa çalışmayın. Qarşı tərəf marağınızı və xoş münasibətinizi hiss etməlidir.
Günün ikinci yarısında situasiyada çətinliklər hiss olunursa, müstəqil fəaliyyət göstərin.
Ağır işlərlə özünüzü ifrat dərəcədə yormayın. Prioritetləri dəqiqləşdirin. Proseslərə marağınız olmalıdır.
Axşam saatlarında emosiyalara qapılmayın.
Dolça - işləməklə yanaşı, ətrafınızdakı insanların dediklərinə qulaq asın. Fəaliyyətinizin diaqnostikası zamanıdır. Yeni məqsdələri müəyyənləşdirin.
Gərginlik artacaq. Yeni ideya və planlarınızı bölüşməyə tələsməyin.
Günün ikinci yarısında kollektivdə, dostlarla münasibətlərdə həlli bütün tərəfləri razı salmayacaq problem yarana bilər. Eyni vaxtda bir neçə işə başlamayın. Ötənlərdə yaşanmış hadisənin əks-sədası indi duyulur. İnsanlar və hadisələr əvvəlki seçiminizi bir daha xatırlamağa vadar edəcəklər.
Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin. Həddən artıq tələbkar və aqressiv olmayın. Nə işlə məşğul olacağınızı özünüz seçin.
Balıqlar - fəaliyyət arealınızda dəyişikliklərə başlamaq üçün əlverişli zamandır. Ənənələri unutmayın, sınanmış metodları qulaqardına vurmayın. Dostlarla tərəfdaşları ümumi maraqlar ətrafında birləşdirmək olar.
Günün ikinci yarısında fikir ayrılıqları və ixtilaflar olacaq. Problemlərin həlli yeni yanaşma tələb edir. Yardıma ehtiyacı olana real dəstək verin. Maliyyə məsələlərinin müzakirəsi üçün əlverişli zaman deyil.
Axşam saatlarını ailə üzvlərinə, yaxınlarınıza həsr edin. Gəzintiyə, şəhər kənarına yollanmaq olar.
XƏBƏR LENTİ
Ebola virusuna qarşı vaksin tapıldı
Bu sevgidir yoxsa yalnızlıq qorxusu?
Bahar alergiyasının səbəb olduğu xəstəliklər
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Azərbaycanda çoxuşaqlı ailələrin sayı kəskin azalır
Xəstəlikləriniz haqda hər şeyi bilirsiniz?
Alça kampotu(foto resept)
Zidanın yeni iş yeri
Alpinistlər buz bağlamış şəlaləyə dırmşdılar
Harvard qatığın faydasını tapdı
İynə vurmaq üçün gəlin toydan qaçdı - FOTO
Keyt Middlton gözəlliyi ilə heyran etdi-FOTO
Azərbaycanda qaynana ilə gəlinin Facebook davası
Yağlı və quru saçlara qulluq
Can Yaman əsgərlik FOTOsunu paylaşdı
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 146 yeni yoluxma
Saatınızı yeniləyin
Ramazan ayının başlanması ilə bağlı fətva verildi
Telefonla oynayan uşaqlar təhlükədədir
Bir klassik: İnci
Gözəlliyin mənbəyi
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Cins geyim dəstləri
Məşhur "Cirque Du Soir" Bakıda
İraq - təhlükəyə addım-addım
May ayının qalibləri!
Azərbaycanda bələdiyyələrin statusu dəyişdirildi
Qurban bayramında geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
Yeni doğulan uşağın ağlamaması normal haldırmı?
Azərbaycanda seçki bülletenlərinin məntəqələrə çatdırılması başa çatıb
İnsanlardan inciməmək üçün nə edək?
Canlı yayımda dünyanın ən zəhərli ilanı sancdı - VİDEO
Azərbaycanda yeni zavod tikiləcək
Ayrılıq xəbəri yalan çıxdı
Kəbin kəsilərkən qızla oğlanın iştirakı da vacibdirmi?
Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb
Seda Sayandan etiraf
Duyğusal yemə ilə necə başa çıxmalı?
Hava haqqında
"Kupça"sız əmlaka görə vergi verilməlidir?
Nura Suri illər sonra DƏYİŞİB BELƏ OLDU - VİDEO
Bakı metrosunda hərarət yoxlayan avadanlıqlar quraşdırılacaq? - Açıqlama
Azərbaycana qar yağdı - FOTO
Kənarlaşdırılmanın (dışlanmanın) sosial psixologiyası
Sosial şəbəkələr haqda qanun olacaq?
Gün ərzində 12 dəqiqə məşq eləməklə...
Qadınlar üçün xüsusi icadlar
Kim? Harada? Necə?
Sağlam yemək buxarda bişir
Rus tankının əzdiyi maşından sağ çıxan azərbaycanlı














