Bir ədəbiyyat sevən insan kimi bu dəfə mən sizə Bəxtiyar Vahabzadənən yazacam. Bəxtiyar müəllim respublikamızın görkəmli şairlərindən biridir. Onun əsərləri hətta respublikamızın sərhədlərindən kənarda da tanınır və çox məşhurdur. O, yaradıcılığı ərzində bir çox mövzulara toxunmuşdur. Faşizm, ermənilərin törətdiyi vəhşiliklər, 20 yanvar faciəsi və bir çox belə mövzulara toxunmuşdur. Şair ümumiyyətlə xalqa edilən haqsızlığı qəbul etmirdi və xalqı narahat edən nə vardısa qələmə alırdı. O, ürəyindəki narahatlığı şeirləriylə çatdırırdı.
Azərbaycan poeziyasındakı fikir zənginliyi, müdrikliyi, ondakı təravət və hərarət, ondakı coşqunluq və səmimiyyət bütün dünyada məşhurdur. O, uzaq əsrlər arxasından uzaq sabaha gedən poeziyadır. Çünki insani mehribanlıqdan, nəcabətdən doğan poeziya həmişə bəşəri poeziya olmuşdur. Belə bir sənət tarixində şair olmaq böyük şərəfdir. Xalq şairi çağrılmaq isə ikiqat şərəfdir. Bəxtiyar Vahabzadə belə sənətkarlarımızdandır. O, hələ rəsmi xalq şairi adı almamışdan da xalqının əziz, sevimli şairi idi. Bəxtiyar Vahabzadəni təbiət şair yaradıb. Sanki o poeziya üçün doğulmuşdur. Bəxtiyar Vahabzadə müəllimi Səməd Vurğun poeziyasına sığınaraq Azərbaycan fəlsəfi şeirini daha yüksək zirvələrə qaldırıb. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynamışdır. Böyük söz ustası xalqımızın yüzillər boyu təşəkkül tapmış yüksək milli mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə 60 ildən artıq bir müddət ərzində yorulmadan yazıb yaratmışdır. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində dayanırdı.
Bəxtiyar Vahabzadənin şeirində, haqsızlığa qarşı üsyan əsas yer tuturdu. O, nifrəti, kini ilə ədalətsiz adamları lənətləyir və onların şərəfsiz mövqeyini qamçılayır.
Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərlərinin, gənc nəslin tərbiyəsində böyük rolu olmuşdur. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı yüksək, pak və ülvi hisslərin tərənnümü Vahabzadə dramaturgiyasında böyük mərhələ təcəssümünü tapmışdır. Onun pyesləri Azərbaycan və eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulmuş, müəllifinə geniş şöhrət gətirmişdir.
Azərbaycanın Xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadənin adı təkcə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəffəkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi tanınır. Təsadüfi deyil ki, onun əsərləri – şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və keçmiş sovet birliyinə daxil olan bir çox xalqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır.
Bəxtiyar Vahabzadənin ədəbi-elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifi olan “İstiqlal” ordeninə layiq görülmüşdür.Bəxtiyar Vahabzadənin yaradıcılıq tarixi:
1943 - “Ana və şəkil” adlı ilk şerini çap etdirmişdir.
1945 - Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur.
1964 - “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq işini müdafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini almışdır.
-2003- “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram teatrında tamaşaya qoyulmuşdur.
1974 - Azərbaycan əməkdar İncəsənət xadimi.
1976 - “Leninlə söhbət”, “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
1980 - Azərbaycan MEA – müxbir üzvi.
1981 - SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir.
1985 - “Xalq şairi” adı verilmişdir.
1990 - Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub.
1991 - Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
1995 - Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilmişdir.
1995 -2002-ci ildə Millət vəkili olub.
2000 - Azərbaycan MEA nın həqiqi üzvü.
Axı dünya fırlanır
Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın?Axı, dünya fırlanır.
Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.
Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım?Axı, dünya fırlanır...
Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin?Axı, dünya fırlanır...
Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazıların üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin?Axı, dünya fırlanır.
Əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam?Axı, dünya fırlanır.
Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanm xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.
Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,
Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.
Getməz söz yarası
Bir soyuq baxışın odu, həniri,
Korpulər yandırdı, külü qaraldı.
Bir an baxıb ötdün...
Baxışın yeri
Çapılan konlumdə ömürlük qaldı.
Anın zərbəsini bir ömür yedi,
Nələr etdiyini an heç bilmədi.
Yoxdur ikincisi tək ömrümüzün,
Niyə zəhərlədin bir ömrü, niyə?
İsti bir baxışa mohtackən özün
Bəs niyə qıymadın onu ozgəyə?..
Yaddaşdan bir yolluq silinib itər
Hər ömrün, hər günün min macərası.
Gullə yarasına nə var? Tez gedər,
Getməz söz yarası, eyham yarası.
Niyə danışmadın, niyə urəklə?
Xoş sozə hamının ehtiyacı var.
İnsan yaşamamış yalnız corəklə,
Sınan urəklərin öz əlacı var.
Gözümüz onundə arzular, kamlar,
Narahat dünyada dinclik olarmı?
Urək sındırmaym siz, ey adamlar,
Bülbül yuvasına daş atılarmı?!
Sınan bir konulə necə deyək:
"Döz!" Yamasaq bilinər sınığın izi.
Bəzən xoş bir baxış, xeyirxah bir söz,
Gunlərlə, aylarla yaşadır bizi.
Dağsansa, sən danma təpəni, düzü,
Bu darkönüllülük nə verər bizə?
Xoş bir təbəssumu, gozəl bir sözü
Bəzən biz qıymırıq bir-birimizə?
Urək də qocalır, axı, ilbəil,
O bizə həmdəmdir, biz ona sirdaş.
İnfarktdan qorxursan?
Urək daş deyil,
Ozgənin qəlbini sındırma, qardaş!
Mən səndən intiqam, sən məndən qisas?..
Alır verdiyini onsuz da zaman.
Adamlar, adamlar,
duşunsək bir az,
Hamıya yer çatar, genişdir cahan.
Əcəl başımıza kolgə salmamış
Sizdən "can" eşidim, sizə "can" deyim.
Adamlar, adamlar,
yalnız xoş baxış,
Bir də təbəssumdur sizdən istəyim.
Narahat olanda
Zamanın dolanbac pillələrindən
Kecmək istəyirəm, kecə bilmirəm.
Narahat çırpınan dünyamızda mən,
Necə rahat olum, necə, bilmirəm?
Dinclik, rahatlıqdır mənim duşmənim.
Buludlar ustunə, ey könlüm, şığı!
Alır dincliyimi əlimdən mənim
Könül sakitliyi, can rahatlığı!
Rahatsa nə yanır, nə qanır urək
Necə başa vurum bilmirəm, günü...
Elə bil, sinəmdə dayanır urək,
Axı, eşitmirəm döyüntüsünü.
Narahat olanda çıxıb ozundən
Qəlbim qulağımda top kimi gurlar.
Onda bilirəm ki, yaşayıram mən,
Onda bilirəm ki, urəyim də var.
Tufansız urəklər durğun göl kimi,
Suyu təzələnməz, dibi lillənər.
Narahat urəklər daşar sel kimi,
Hər daşın ustundə bir cür dillənər.
İcindən oyulub qəlbim döyünsün,
Yarışa çağırsın qəlbim selləri.
Təzə bir mahnıyla sel kimi hər gün
Oyatmaq istərəm yatmış colləri.
Dibi gorunməyən ümman gostərin
Baş vurum,
Kəşf edim dərinliyini.
Mənə əzab verin, iztirab verin,
Dadım səadətin şirinliyini!
Şair yaradıcılığı ilə ədəbiyyatımızda əvəzsiz iz qoymuşdur. İndi dünyasıın dəyişmiş olsa da şeirlərində daim yaşayacaqdır. Şeirlərinə ruhunu qoyan şairlər 100 ildən bəlkə də 1000 ildən bir gəlir. Amma Bəxtiyar muəllim əvəzolunmaz şairdir. Allah rəhmət eləsin.
Vahabzadə Bəxtiyar Mahmud oğlu 16 avqust 1925-ci ildə Şəkidə fəhlə ailəsində anadan olmuş, 13 fevral 2009-cu ildə vəfat etmişdir.
XƏBƏR LENTİ
Diş sensoru sağlamlığa nəzarət edəcək
Azərbaycanda erkən nikahların sayı azalıb
Ərdoğan: "Azərbaycana dəstək davam edəcək"
Ərdoğanın var-dövləti açıqlandı
Azərbaycan dizaynerləri The Most Stylish One mövsümünün trendini təqdim etdilər
Hansı yaxşıdır: qadın, yoxsa kişi kollektivi?
Mercedes BMW X6-ya qarşı
Xaricdə oxumaq istəyirsiniz? Yenilikdən xəbəriniz var?
ABŞ-ın Azərbaycana qərəzi
Emindən müstəqilliyimizlə bağlı möhtəşəm ifa - VİDEO
"İnter"ə tanış rəqib
Sabun və ya antiseptik - Koronavirusu nə daha yaxşı öldürür?
Qarın piyləri ilə mübarizə
Dünyanın ən gözəl pilotu - FOTO
Arıqladan pomidor suyu
Artıq avtomobil almaq elə də asan olmayacaq...
Müəllim olmaq istəyənlər sınağa çəkilir
Çində COVID-19-un ikinci dalğasının olmamasının səbəbi izah edildi
Stressdən, depressiyadan necə uzaq ola bilərik?
Üslubunuz?
Dünya bazarında neftin qiyməti
Aslıdan Murada daha bir şərt-SƏBƏB
“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid müəllimlərimiz
Vətən Müharibəsinin tək şəhid xanımı ilə bağlı nazirlikdən addım - RƏSMİ
Açıq hava muzeyləri
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Şəkərbura (foto resept)
Azərbaycanda 4536 yeni yoluxma qeydə alındı: 39 nəfər vəfat etdi
Makedoniyalı İsgəndərin xəzinəsi tapıldı
Mehriban Əliyevadan örnək addım-FOTO
Boşanma zamanı uşaqların hüquqları necə qorunmalıdır?
Xarici ölkələrə səfər etmək üçün turpaket alanlar - Diqqətli olun!
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları üstələdi: İki nəfər vəfat etdi
BÜRCLƏR bizə nə vəd edir? - 16 fevral
Qonşu ölkədə təyyarəni niyə qəsdən batırdılar?
Davudoğlu Putinə cavab verdi
Azərbaycanda "donuz qripi" ilə bağlı rəsmi açıqlama
Avtomobillərlə bağlı yeni qərar
Kamiron Diazın övladı nə vaxt və necə doğuldu?-FOTO
“Victorias Secret”in 2 milyonluq alt geyimi
Gündəlik dəri təmizləyici maskalar
Tanınmış memar iki kitab təqdim edəcək
700 bal toplayan Elçin: "2 il televizora baxmamışam"
Adriana Limanın yeni sevgilisinin kimliyi məlum oldu-FOTO
Mehmet Ali Erbilin gənc sevgilisi danışdı-FOTO
Evlənən cütlüklər nəyə diqqət etməlidir?
Tbilisi meri 6 illik evliliyini rəsmiləşdirdi - FOTO
Azərbaycanda bu il nə qədər yol çəkilib?
Siqareti yerə atanlar cərimələnəcəklər
"İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlandı
- ŞƏRHLƏR