Milli.Az Azərtac-a istinadən bildirir ki, məktubda bildirilir ki, aprelin 2-də Ermənistan Dağlıq Qarabağda qoşunların təmas xəttində ağır artilleriyadan intensiv atəş açaraq atəşkəs rejimini pozub və dinc əhali arasında iki nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub. Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri çərçivəsində dinc əhalisinin təhlükəsizliyini təmin etmək, təxribatları dayandırmaq və yeni təcavüz aktlarının qarşısını almaq məqsədilə zəruri tədbirlər görüb. Aprelin 3-də isə Azərbaycan cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edib və bununla bir daha münaqişəni sülh yolu ilə həll etməkdə maraqlı olduğunu göstərib. Ancaq aprelin 5-də Ermənistan yenə atəşkəs rejimini pozaraq intensiv atəş açmaqda davam edib. Günahsız insanların həyatına son qoyan bu son qarşıdırma beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT-in Minsk qrupuna bir daha status-kvonun saxlanmasının mümkün olmadığını göstərir.Məktubda deyilir: "Cənab Prezident, biz bilirik ki, siz münaqişənin sülh yolu ilə davamlı həllinə nail olmaq üçün Fransanın xarici siyasətində bu istiqamətdə daim səy göstərmisiniz. Buna görə də Sizə müraciət edirik.Bildiyiniz kimi, münaqişənin həllinin əsas təməli BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri və BMT Baş Assambleyasının 62/243 (2008) saylı qərarı ilə müəyyən edilsə də, Ermənistan bu sənədləri yerinə yetirmir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında saxlanılan torpaqlarında qeyri-qanuni yerləşməsi eskalasiyalara əsas səbəbdir və regionda sülh və stabillik üçün təhlükə olaraq qalmaqdadır. Eyni zamanda, işğal olunmuş ərazilərdə aparılan demoqrafik dəyişikliklər, eləcə də bu torpaqların anneksiyası məqsədilə erməni mühacirlərin həmin ərazilərdə yerləşdirilməsi təhlükəni daha da gücləndirir".Senatorlar və deputatlar bildirirlər ki, beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin qısa müddət ərzində atəşkəsin qətiyyətlə təmin edilməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqi məqsədilə dərhal fəaliyyət göstərməsi vacibdir. Yalnız beynəlxalq hüquqa riayət olunması dünyanın bu hissəsində sülh və ədalətin bərpa olunmasına imkan verəcək.Deputat Jan-Fransua Manselin, senator Jerom Binyonun, deputat, Fransanın sabiq ədliyyə naziri Raşida Datinin imzaladıqları məktub bu sözlərlə sona çatır: "Cənab Prezident, ümid edirik ki, Siz bu haqq işi üçün lazımi töhfələrinizi verəcəksiniz".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz