
Son günlər Bakıda sərnişin avtobuslarında özbaşına qiymət artımı müşahidə olunur. Gediş haqlarında süni qiymət artımı əsasən “Binə” və “Sədərək” ticarət mərkəzlərinə gedən avtobuslarında qeydə alınıb.
Mətbuata bu barədə sərnişinlər məlumat veriblər. Onlar bildiriblər ki, paytaxtın müxtəlif istiqamətlərindən sözügedən ticarət mərkəzlərinə gedən avtobuslarda gediş haqqı qaldırılaraq 40 qəpik olub. Halbuki gediş haqqı əvvəllər 30 qəpik idi. Yeni qiymətlər 3-4 gündür tətbiq edilir.
Sürücülər isə bildiriblər ki, gediş haqqının artırılması ilə bağlı marşrut sahibləri tərəfindən tapşırıq alıblar.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov anspress-ə açıqlama verərkən, bu barədə nazirliyə şikayət daxil olmadığını bildirib. Onun sözlərinə görə, bu barədə Nəqliyyat Nazirliyi Tarif Şurasına müraciət etməyib.
“Sərnişin avtobuslarında gediş haqlarının artımı Tarif Şurasının qərarından asılıdır. Hələ Tarif Şurası qiymət artımı ilə bağlı heç bir qərar qəbul etməyib. Nəqliyyat Nazirliyi də bununla bağlı müraciət etməyib. Əgər kimsə avtobuslarda gediş haqlarının qiymətini artırırsa, bu qanunsuzdur”, - deyə N.Həsənov vurğulayıb.
Nazirlik rəsmisi onu da əlavə edib ki, bu məsələ ilə bağlı anspress-in məlumatı qeydə alınıb və bu məlumat barədə ətraflı araşdırma aparılacaq.
“Reydlər keçiriləcək və həqiqətən də belə bir qanunsuzluq olarsa, həmin şəxslər cəzalanacaqlar”, - deyə Namiq Həsənov əlavə edib.
Milli.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Saxta xəbərlər bilinəcək
Prezident İlham Əliyev "Leadership Award" mükafatına layiq görülüb
Səudiyyə Ərəbistanı "Bakı Ağ şəhər" layihəsinə maraq göstərir
Beyons və əri Tənqid olundu - VİDEO
Daşkənddə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
Bakı qarın əsarətində
Açıq sözlü qadınlar
Bakıda daha bir yol bağlandı
"B" hərfi ilə başlayan adların mənası
Uşaqlardan Tanrıya məktublar
SMS icazə sistemi ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
Şeyma Subaşı bu dəfə İtaliyada-FOTO
Koronavirusla bağlı son STATİSTİKA
Pərəstişkarları ilə evlənən məşhurlar
Şəkillərdə güldürən detallar
Azərbaycanda daha dörd nəfərdə koronavirus aşkarlandı
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
Koronavirusa yoluxmuş Boris Conson xəstəxanaya yerləşdirildi
Bakının üstünü alan duman nədir?
Sabahın HAVAsı
Yumurtanın içindən bütöv yumurta çıxdı
İllərlə sürən düşmən işğalından sonra Cəbrayılın Decal kəndi - VİDEO
Bəlkə bir şans verək?
"Altın portakal" sahiblərini tapdı
Bakıda yarım milyon dollarlıq maşınları sürənlər kimlərdir?
Vəfat edən anasının ənənəsinə sadiq qalan qadın varlandı
Qadınlara məsləhət! Özünü əks cinsə necə bəyəndirməli?!
Obamanı ofisiant bildilər
Yay üçün dəbli ətəklər
Ən əsrarəngiz körpülər
Məşhur aktyor xəsarət aldı
Azərbaycanda qəzet açmaq daha da asanlaşdı
Naxçıvanda da dərslər təxirə salındı
Dünya bu görüntüdən danışır: sirli UNO
Bakıda 3 gün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Günün ulduz falı
Miranda Kerr üçüncü dəfə ana olacaq
HAVA necə olacaq?- 16 MART
Novruz bayramı İçərişəhərdə təntənəli qeyd olunacaq
Sevgi münasibətlərində 4 qaydanı pozmayın!
İstirahət gününün HAVAsı
Türkiyədə qədim yeraltı şəhər tapıldı
Mehmet Ali Erbil sevənlərini qorxutdu-FOTO
Yaz xəstəlikləri
Ronaldonun tətilə xərclədiyi məbləğ TƏƏCCÜBLƏNDİRİR_FOTO
Subaylıq sultanlıqdır
Toyuq əti seçərkən nəyə diqqət yetirməli?
Ayaqqabını necə seçməli
Milyarder sağlam olmasına baxmayaraq ÖLDÜ -FOTO
Fransa hökumətinin yeni tərkibi açıqlandı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]