Qoç - Heç olmasa, bu gün inadkar, tərs olmayın. Çevik, kompromisslərə meylli, dil tapmağa hazır olun. İşdə rəhbərlik və həmkarlarla olan çoxdankı fikir ayrılıqlarını aradan qaldırın. Belə olarsa, çalışma ritminin artdığını, mühitin yaxşılaşdığını hiss edəcəksiniz.
İkiqat aktivliklə çalışın.
Yeni nə isə istəyirsinizsə, imicinizlə eksperimentlər edə bilərsiniz. İdmanla məşğul olmaq effektiv nəticə verəcək. Yaşam enerjiniz çoxdur, yorulmayacaqsınız.
Buğa - Yaşam və fəaliyyət arealında yenilənmələr aparmaq üçün əlverişli zamandır. Alış-veriş etmək olar. Bəyəndiyiniz əşyanı və ya məhsulu almaq üçün pul xərcləməkdən çəkinməyin. Səfər və ya səyahətə hazırlaşmaq, planlaşdırmaq, təşkilati məsələləri həll etmək olar.
Bu gün səfərə yollansanız, sizi yeni tanışlıqlar gözləyəcək.
Yenilikləri həvəslə əxz edin. Tətbiqi yaradıcılıqda qüvvənizi sınayın.
Axşam saatlarında yaxşı istirahət edin.
Əkizlər - Peşəkar fəaliyyət müstəvisində və şəxsi münasibətlərdə sürprizlər yaşana bilər. Yaşananlara ilk əvvəl təəccüblənəcəksiniz. Lakin sonradan hadisələr sizə rutin təsir bağışlayacaq. Arzuladığınız təklifi alanda belə, sevinə bilməyəcəksiniz.
Maraqlı tanışlıq, romantik münasibətlərin başlanması ola bilər.
Qida rasionuna diqqət yetirin. Tamahkarlıq etməyin, artıq yeməyin. Faydalı olmayan ərzaq və təamları rasiona daxil etməyin.
Axşam saatları gəzinti və ya dostlarla görüş üçün əla zamandır.
Xərçəng - indiyədək həllolunmaz, müşkül sayılan məsələləri asanlıqla çözə bilərsiniz. Darıxdığınız insanla qəfil görüş baş tuta bilər. Bir zamanlar sıx münasibətlərdə olduğunuz, amma sonradan təmasları kəsdiyiniz insanla görüş olacaq. Əlaqələrin bərpasının gərəkli olub-olmadığını düşünün.
Yaşlı qohumlarla ünsiyyətdə səbirli, soyuqqanlı olun. Bu gün onlarla dil tapmaq asan deyil. Məişət qayğıları və ya maliyyə məsələləri fikir ayrılıqları ilə ixtilaf yarada bilər.
Şir - Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş hisslər yaratmaq üçün əlverişli zamandır. Təbii, səmimi olun. Olduğundan artıq görünməyə çalışmayın. İşdə rəhbərlik və həmkarlarla münasibətlər harmonik olacaq. Rəqiblər sizinlə aşkar qarşıdurmaya cürət etmirlər.
Maliyyə baxımından uğurlu gündür. Gəlirlər gözləniləndən də artıq ola bilər. Hədiyyə istisna deyil. İşlərdən birinin nəticəsi sevindirəcək. Yaradıcılıq prosesinin özü nikbin hisslər yaradır.
Qız - Bir gün üçün anlaşılmazlıqlar və çətinliklərin sayı ifrata çatacaq. Ruhdan düşməyin. Hər şey yoluna düşəcək. Problemləri həll edən zaman əzmkar olun. Müttəfiqlərin yardımlarına arxalanaraq rəqibləri üstələyin.
Günün ikinci yarısında alacağınız yaxşı məsləhət maliyyə itkilərinə yol verməməyə yardım edə bilər.
Orqanizminizin imkanlarını olduğundan artıq dəyərləndirməyin. Hamı kimi, sizin də istirahətə ehtiyacınız var. Etiraf etmək istəməsəniz də, belədir. Gördüyünüz işlərin sayını, fəaliyyət intensivliyini bir qədər azaldın. İfrat yorğunluq səhhətinizdə problemlər yarada bilər.
Tərəzi - Sizi qətiyyətli və inadkar insan saymayan insanlar yanıldıqlarını anlamalıdırlar. Buna nail olun. Sədlərə və maneələrə fikir vermədən məqsədə doğru inamla irəliləyin. Bədxahlarınızın ehtimallarının puç olduğunu göstərin, hədəfə daha tez çatın. Peşəkar fəaliyyət müstəvisində ciddi uğurlar əldə edə bilərsiniz. Gəlir əldə olunması və ya vəzifənin artması istisna deyil.
Yaxınlarınızla bu gün ən mübhəm, pünhan məsələlərlə bağlı danışa bilərsiniz. Sizi dürüst anlayacaq, dəstəkləyəcəklər. Ailəvi istirahətdə əhvalınız yaxşılaşacaq.
Əqrəb - Bacarıq və biliklərinizə kimsənin qiymət vermədiyini düşünməyin. Bu, yanlışdır, illüziyadır. Bu gün təriflənmir və dəyərləndirilmirsinizsə, deməli, sizə ya paxıllıq edirlər, ya da kimsə hisslərini açıqlamağa utanır. İşgüzar danışıqlar və görüşlər üçün əlverişli zamandır. Yalnız öz fikri ilə mövqeyini absolyut həqiqət hesab edənlərin yanlış düşündüklərini deyə bilərsiniz.
Romantik məzmunlu tanışlıq ehtimalı yüksəkdir.
Oxatan - Köhnə dostlar və ya əvvəlki iş yerinizdəki sabiq həmkarlarınızdan alınan xəbərlər sizi sevindirəcək. Uzun müddətdən bəri uğurlu və effektiv fəaliyyət göstərdiyiniz insanlardan birindən işgüzar təklif alacaqsınız.
Olaylara standart olmayan baxış, yaradıcı yanaşma tələb edən məsələləri həll etmək üçün əlverişli zamandır. Başladığınız eksperiment uğurla başa çatacaq.
Yaşam potensialı səviyyəsi yüksəkdir. Enerjinizi konkret məqsədə və ya hədəfə yönəltsəniz, özünüzü əla hiss edəcəksiniz. Günün ikinci yarısına səfər və ya səyahət planlaşdırıbsınızsa, bunun nəzərdə tutulandan daha çox vaxt alacağına hazır olun.
Oğlaq - Rəğbət bəsləmədiyiniz, hətta zəhləniz gedən insanlarla çalışmalı olacaqsınız. İrada, tənqidə sakit reaksiya verin. Konstruktiv olmayan tənqidləri qulaqardına vurun. Məntiqli tənqiddən isə nəticə çıxarın. Bu gün şəxsi həyatınızla bağlı məsələləri kimsə ilə müzakirə etməyin. Belə davranışın heç bir faydası yoxdur.
Axşam saatlarında dəvət aldığınız tədbirlərə qatılmaqdan boyun qaçırın. Qonaq qəbul etmək olar. Belədə vaxtınız daha xoş keçəcək.
Gəzinti sizi yuxusuzluq problemindən qurtaracaq.
Dolça - Əvvəlcədən hazırladığınız planları reallaşdırmaq üçün yaxşı gündür. Xırdalıqlar və detallar fikrinizi yayındırmasın. Bütün diqqəti əsas işə yönəldin. İkinci dərəcəli işlərlə etibar etdiyiniz insan maraqlana bilər. Gəlir və hədiyyə istisna olunmur.
Rəğbət bəslədiyiniz insanlar sizdə narahatlıq yarada bilərlər. Hisslərinizi gizlətməyin. Bu gün açıq danışaraq sizi maraqlandıran məsələlərə konkret cavablar ala bilərsiniz. Axşam saatlarında maraqlı və cəsur ideyalar yarana bilər. Onlardan bəzilərini ən yaxın vaxtlarda gerçəkləşdirməyə çalışın.
Balıqlar - Yaxın ətrafınızdakı insanlar sizə pis olmayan məsləhətlər verirlər. Bildiyiniz kimi davranaraq kobud səhvlərə yol verməyin. Bu gün aldığınız dərslər faydalı ola bilər. İşdə karyera inkişafı ilə bağlı məsələləri rəhbərliklə müzakirə etmək olar. Maaşın artırılması məsələsini də gündəmə gətirin. Yekun cavabın bir qədər sonra veriləcəyinə hazır olun.
Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Yaşamdan şikayətlənməyə səbəb yoxdur. Sevdiyiniz insan ideyalarınızı dəstəkləyəcək. Təşəbbüskar olmaqdan çəkinməyin.
XƏBƏR LENTİ
Putin ilk dəfə məxfi iş otağını nümayiş etdirdi - VİDEO
Dadlı badımcan ikrası (foto resept)
Lolita BOŞANDI-SƏBƏB
Bu 20 filmə 40 yaşınızadək baxmalısınız!
TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
Barmaq izi olmayan gənc hər kəsi təəccübləndirdi
Vaflili tort (foto-resept)
Hicablı xanımlar üçün yay geyimləri
İsrailin sabiq baş nazirinə hökm oxunub
Hansı hallarda qeybətə icazə verilir?
Tarix dərslikləri tariximizə güzgü tuturmu?
Xəyanəti bağışlamaq olarmı?
Fələstində qanlı Ramazan
Dünya nəhəngləri Rusiyasız toplandılar
Dişlər haqqında 5 maraqlı fakt
Reklam mesajlarının və tanınmayan nömrələrdən gələn SMS-in təhlükələri açıqlanıb
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Notr-Dam kilsəsinin sirli tarixi
Bakını toz bürüyəcək
Masallıda "Cənnət ağacı"
Hamilə qadın dağıntılar altından sağ çıxarıldı - VİDEO
"ABŞ-da gəlmələr müharibə veteranlarından daha artıq qayğı görür"
Ecaskar xanımlar üçün
Serbiya Tovuz döyüşlərinə görə Ermənistana silah yardımı edib? - Dostluq qrupunun rəhbərindən AÇIQLAMA
Avokado salatlı dürüm (foto resept)
Azərbaycanla sərhəddə 5 buraxılış məntəqəsi tikiləcək
İlham Əliyev çevrilişdən danışdı, sərt bəyanat verdi
HAVA necə olacaq? 15-yanvar
Hande Doğandemir xəyanətdən danışdı-FOTO
Yerə potensial təhlükəli asteroid yaxınlaşır
Apple yenə dünya lideri oldu
Dünyada sadəcə iki insanın bildiyi 7 SİRR
Bu media orqanlarında efir ödənişsiz olacaq - SİYAHI
700.000 il əvvəl insanların gəmi səfəri
Möhtəşəm küçə rəsmləri
Günün qoroskopu: həftənin ən anlaşılmaz günüdür
Qızların beyni daha tez inkişaf edir?
Üzdəki tüklər üçün noxud unu maskası
Bahar alergiyasının səbəb olduğu xəstəliklər
Azərbaycanda müəllif hüquqlarının qorunmasına nəzarət mexanizmi gücləndiriləcək
Dərinizi bahara hazırlayın
“Müsəlman qardaşlar”ın fəaliyyəti qadağan edilə bilər
Dilbər guşəmiz Şəki şəhəri
BÜRCLƏR bizə nə vəd edir?-25 Avqust
Nağdsız ödənişlərə diqqət!
Hava haqqında - 16.08.2013
2015 yay ayaqqabıları
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı
Vəziyyət nəzarətdən çıxdı
Qızlarla oğlanların fərqli xüsusiyyətləri