Rusiyanın "Birinci kanal"ında yayımlanan "Udivitelnıye lyudi" proqramında qeyri-adi istedadı ilə hamını təəccübləndirən azərbaycanlı vunderkind Ruslan Səfərova xarici və yerli təhsil müəssisələrində oxumaq təklif olunur.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, "Kalkulyator uşaq" adlandırılan 7 yaşlı Ruslanı öz məktəblərində görmək istəyənlər arasında yerli təhsil ocaqları ilə yanaşı, Rusiyanın Moskva, Sankt-Peterburq və Soçi şəhərlərində yerləşən liseylərdə var.
Ruslan Səfərov Qusar şəhərində yaşayır. Ailənin yeganə övladı olan istedadlı balaca şəhər 4 nömrəli tam orta məktəbin ikinci sinfində oxuyur. İkinci sinfə getsə də, mürəkkəb riyazi əməliyyatları kalkulyator sürəti ilə həll edə bilir. Kökaltı ifadələr, faiz göstəriciləri və alqoritm məsələlərinin həlli onun üçün su içmək kimi asandır.
"Kalkulyator uşağ"ın atası Fuad Səfərov bildirib ki, Ruslanın gələcək təhsili ilə bağlı ən real təklif Bakı Oksford Məktəbindən gəlib. Onlar balaca istedadın bütün təhsil xərclərini öz üzərlərinə götürürlər. "Rusiyadan gələn təkliflər də cəlbedicidir. Amma oradakı liseylərə 5-ci sinifdən qəbul edirlər. Bakı Oksford Məktəbi isə elə bu ildən Ruslanı qəbul etmək istəyir. Amma mən və həyat yoldaşım Qusarda işlədiyimizə görə Ruslanı Bakıya tək göndərə bilmirik. Onun paytaxtda təhsil alması üçün ailəliklə ora köçməliyik", - deyə Fuad Səfərov qeyd edib.
Atası coğrafiya müəllimi, anası isə tibb işçisi olan vunderkind yaş yarımlığında gəzməyi öyrənib, eyni vaxtda da danışmağa başlayıb. Ruslan Səfərov böyüyəndə proqramçı olmaq istəyir.
"Riyaziyyata böyük həvəsim var. İlk vaxtlarda hesablamalar mənə çətin gəlirdi. Sonra misalların asan həll yollarını tapdım. İndi çətin hesablamaları, hətta kökaltı misalları da qısa vaxtda sərbəst həll edə bilirəm. Mənə hesablamaları atam və babam öyrədib. Çalışıram nəticələrimi bir az da yaxşılaşdırım. Gələcəkdə proqramçı olmaq istəyirəm", - deyə balaca vunderkind bildirib.
Atası Ruslanın qeyri-adi bacarığını videoya çəkərək "YouTube" kanalına yüklədikdən sonra Rusiya telekanalından "Udivitelnıye lyudi" proqramında çıxış etmək üçün təklif gəlib. Bundan sonra Rusiya və Belarusun bir sıra telekanallarında uğurla çıxış edən azərbaycanlı vunderkind indi dünyada məşhurlaşıb.
XƏBƏR LENTİ
İşinizdən razısınızmı?
Azərbaycana yeni vəzifə həvalə edildi
Qərb 1919-cu ildə də uydurma soyqırımını araşdırmaqdan qaçıbmış
Tarkan xanımı üçün yollara düşdü
"Peyvəndi ya Acun, ya da Nusret tapacaq"
6 aylıq hamilə qadın: "Gündə 20 banan yeyirəm" - FOTO
Lauranın maraqlı makiyaj nümunələri
Qadın.netlilərin ləhcəsi (1)
Niyə məhz Qadın.Net?
Ayaq incəldən idmanlar
Günün qoroskopu: səbr edin
Sürücülərə xəbərdarlıq edildi
İnsanların çipləşməsinin qiyməti açıqlanıb - FOTO/VİDEO
Yeni doğulan körpəni görən MƏƏTTƏL QALDI-FOTO
Çində dünyanın ilk sürətli asma dəmir yolu körpüsü açılır
Cırıq qaloşlar muzeyə qoyuldu
İspan dili 20-ci dərs
Ronaldodan təsirli paylaşım -FOTO
Dəriyə qulluq üçün istifadə olunan təbii yağlar
Gəlinlik seçərkən...
Bakı Avro-2020 üçün 19 şəhərlə yarışacaq
Nazirlik: Azərbaycanda bir həftəlik istirahət 800 dollar təşkil edir
Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib
HAVA necə olacaq?-22 İyul
Tərəvəzli gül boxçalar (foto resept)
Balqabaqlı oladi (foto-resept)
Microsoft-dan yeni smartfonlar
Lazer epilasiyasından əvvəl bilməli olduqlarınız
Sabahdan I sinifə qəbul başlayır
Şəkiyə güclü qar yağıb
Gülbən Ergən yenidən gəlin olacaq-FOTO
Bakıda yolun çökməsinin səbəbi bilindi
Notr-Damın damında bağ salına bilər
Ən “təhlükəli” qan qrupu açıqlanıb
Sizdən bir xahişim var!..
Əllərimizi soğan iyindən qoruyaq
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (1)
Turşu suyunun faydaları
Məktəb bufetlərində bunların satışı qadağandır!-SİYAHI
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur aktrisadan gözlənilməz Açıqlama
Tolstoydan qızıl məsləhət: “Qadınlardan uzaq dur”
Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər - VİDEO
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi itkilər açıqlandı - RƏSMİ
Dünyanın ən ağır çəkili uşağı 100 kq arıqladı-FOTO
Badamın inanılmaz faydaları
Psaki girovlar barədə danışdı
Tək övladların hərbi xidmət məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarıla bilər
Su zanbağının hazırlanması
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
- ŞƏRHLƏR