Qoç - həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdəki dəyişikliklər müəyyən narahatlıq yarada bilər. Fəaliyyətinizdən narazılıq, qərarların qəbulu prosesində təbəddülatlar yarana bilər. Nigaran qalmayın, problemlər müvəqqətidir.
Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq.
Menecmenti ağılla qurun.
Ailədəki mühit yaxşıdır. Sərt reaksiyalara heç bir ehtiyac yoxdur. Subaysınızsa, maraqlı insanla tanış olacaqsınız.
Buğa - əlverişli situasiya sizə yarımçıq işləri uğurla başa vurmağa imkan verir. Məntiqli risk etmək olar. Hər şey qətiyyət və əmək məhsuldarlığınızdan asılıdır. Mobil, çevik, mütəhərrik olun. Yeni informasiyaları əldə etməyə çalışın.
Günün ikinci yarısında enerji potensialınızın səviyyəsi tədricən azalacaq.
Səhhətinizə fikir verin. Yaxınlarınız və dostlarınız sizi dəstəkləyəcəklər. Ailə üzvləri ilə təmaslar kefinizi kökəldəcək. Axşam saatlarını evdə keçirin.
Əkizlər - bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Texniki sahədə çalışırsınızsa, şanslarınızdan yararlanın. Ambisioz planlar qurun, inandığınız insanlarla əməkdaşlıq edin.
İşdə rəhbər vəzifə tutursunuzsa, əməkdaşlar arasındakı səlahiyyət və məsuliyyətin bölünməsinə nəzarət edin.
Vəzifəniz kiçikdirsə, fəaliyyətinizi optimallaşdırın.
Günün ikinci yarısında dostlar yaşam problemlərindən biri ilə bağlı sizə müraciət edəcəklər. Onların yardımınıza ehtiyacı var.
Ailə üzvləri ilə təmaslar müsbət emosiyalar bəxş edəcək.
Xərçəng - bir çox məsələləri həll etmək olar. Problemlərin sayı sizi qorxutmasın. Yeni layihələrə başlamaq, anlaşma və müqavilələri müzakirə etmək, sərmayələr barədə düşünmək üçün münasib zamandır. Müdrik insanla maraqlı görüş olacaq.
Günün ikinci yarısında fəaliyyət istiqaməti barədə düşünün. Ehtiyacı olanlara yardım edin. Yaxın ətrafınızdakı insanlar belə, davranışınızı yüksək dəyərləndirəcək.
Ailə üzvləri ilə münasibətlərdə qayğıkeş olun. Onların sizə ehtiyacı var. Yaxınlarınızın problemlərini həll edin, mövqelərinizi möhkəmləndirin.
Şir - yaramaz, paxıl və ikiüzlü insanlardan uzaq olun. Belələri sizi təbdən çıxara bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizə qarşı məkrli plan hazırlayır. Plana uyğun hərəkət edin. Belədə gərginlik və tələskənlik olmadan çalışaraq bir çox işləri həll edə bilərsiniz.
Günün ikinci yarısında yeni layihələrə başlamayın. Alış-veriş üçün münasib zaman deyil.
Axşam saatlarında sükan arxasında olsanız, tanış marşrutu seçin.
Ailə üzvləri ilə münasibətlər emosional olacaq. Sevdiyiniz insana qarşı laübəli hisslər yaranır. Belə vəziyyətdə münasibətləri əsla aydınlaşdırmayın.
Qız - yaxınlarınızdan dəstək və yardım ala bilərsiniz. Bu imkanlardan yararlanın. Yalnız özünüzə, öz qüvvənizə güvənin, qatı fərdiyyətçilik etsəniz ciddi problemlərlə qarşılaşacaqsınız.
Günün ikinci yarısında ağıllı məsləhətlərə qulaq assanız, anlaşma, sövdələşmə, sərmayə ilə bağlı məsələlər asanlıqla həllini tapacaq. Yaşam arealının və ya texnikanın təmiri, səyahət üçün pis zaman deyil.
Ailə münasibətlərində harmoniyaya nail olun. Sevdiyiniz adamla təmaslarınızı heç nə pozmamalıdır. Subaysınızsa, axşam saatlarında xoş görüş olacaq.
Tərəzi - problemləri asanlıqla, sürətlə və tez həll etmək mümkün deyil. Səbrli və soyuqqanlı davranış gərəkli nəticələr verəcək. Müdrik olun, nüfuzunuza xələl gətirəcək qərarlar verməyin.
Günün ikinci yarısında yeni həmfikir və ya tərəfdaş tapa bilərsiniz. Səfər, sənədləşdirmə, müqavilələlərin nəzərdən keçirilməsi üçün əlverişli zamandır. Alış-verişdə çox pul xərcləməyin, riskli layihələrə pul yatırmayın.
Yaxınlarınızla aktiv ünsiyyətdə olun. Ailə üzvlərinizdən biri ilə anlaşılmazlıq yarana bilər. Səhhətinizi düşünün, sağlam həyat tərzini seçin. Zərərli vərdişlərdən əl çəkin.
Əqrəb - situasiyadan yararlanaraq maddi durumunuzu yaxşılaşdıra bilərsiniz. İnternet, telekommunikasiyalar, proqramlarla bağlı problemlər yarananda aqressivləşməyin. Borc almaq, kredit götürmək və ödənişlər etmək üçün əlverişli zamandır. Təhsil sahəsində çalışırsınızsa, əlverişli zamandır.
Günün ikinci yarısında daşınmaz əmlakla bağlı məsələni çözməyə çalışın. Tapdanmış hüquqlarınızı bərpa edin. Dava, qalmaqal əvəzinə məhkəməyə iddia ərizəsi ilə müraciət edin.
Axşam saatlarını virtual aləmdə keçirməyin.
Oxatan - işin effektivliyi sizdən asılıdır. Əlverişli situasiya sizə yaxşı nəticələr əldə etməyə imkan verir. Tənbəllik etməyin. Perspektivini görmədiyiniz işləri ertələməyin və çalışın. Yaxın ətrafınızdakı insanlar layihələrdən birinə maneələr yarada bilər.
Günün ikinci yarısında arqumentlərinizi səsləndirin. Söhbətdə sakit olmağınız nüfuzunuzu artıra bilər.
Ailə üzvlərinin biri sizə qarşı əsassız iddia ilə çıxış edəcək. Səbrli olun, münaqişəyə başlamayın. Məntiqli sözləriniz qarşı tərəfə müsbət təsir edəcək.
Oğlaq - yeni iş və ya layihəni planlaşdırmayın. Cari, rutin, adi məsələlərin həlli ilə məşğul olun. Dostlardan birinin yardım istəyini qulaqardına vurmayın. Yenilikləri əxz etməyə çalışın. Yaxın ətrafınızdakı insanlar belə, davranışınızı dəyərləndirəcəklər.
Günün ikinci yarısında ideyalarınız barədə çox danışmayın. Ailə üzvləri ilə təmaslarda səmimi, qayğıkeş olun. Dəyər verdiyiniz insanların dadına çatın.
Münasibətləri yaxşılaşdırın.
Dolça - yeni işə və ya layihəyə başlamaq olar. Planlarda dəyişikliklər zəruridir. Bir qədər ehtiyatlı olun. Mövqelərinizi nəyin bahasına olursa-olsun, qorumağa çalışmayın. Bəzən kompromisə getmək gərəkdir. Mühüm xəbər və ya məlumat ala bilərsiniz.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri diqqətinizi cəlb edəcək. Mobil telefon və ya noutbukunuzu qoruyun.
Sevdiyiniz insanla münasibətləri inkişaf etdirin. Ekstravaqant hədiyyə etmək, ya da dəyər verdiyiniz şəxsi qeyri-adi məkana dəvət etmək olar. Subaysınızsa, axşam saatlarında sizi romantik görüş gözləyir.
Balıqlar - emosiyalarınızın normal olması və yaxşı əhval-ruhiyyə sizə bir sıra problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Təcili olmayan işləri ertələmək olar. Lakin əyləncə və istirahətə çox vaxt ayırmayın.
İndiyədək aktiv çalışıbsınızsa, işləri nəzarətsiz qoymayın.
Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Sizi narahat edən məsələlərin həll yollarını müzakirə edərək aramaq olar.
Yaxınlarınızla münasibətlərdə qarşılıqlı anlaşmanın yaxılaşdırılması üçün perspektivlər yaranır. Ağır maliyyə durumunda ailə üzvləri sizi dəstəkləyəcəklər. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
XƏBƏR LENTİ
Möhtəşəm ziyafət çantaları
Qış gəlinləri üçün xüsusi gül buketləri
Aydilge 35 kq-lıq gəlinlik geyinəcək-FOTO
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Bulvarda yeni atraksionlar
Meymun aparıcının üstünə cumdu-VİDEO
Rusiya alimləri mümkünsüzü mümkün etdilər
Ağıllı fincan hazırlanır
İncə bədənli xanımlar necə geyinməlidir
Təcrübəsiz sürücülərə məsləhətlər
Jennifer Lopez yeni klipini təqdim etdi
Türkiyədə evdən çıxmaq qadağan olundu
Çində robotlar arasında mübahisə düşdü - VİDEO
Oğlu İbrahim Tatlısəsi ifşa etdi - FOTO
Türkiyədə karantin yenidən SƏRTLƏŞDİRİLDİ
Sevdiyin yeməklərlə pəhriz saxla
Ermənistan Kürə zəhər axıdır
Həftənin ilk iş günü hava necə olacaq?
Sərnişin təyyarəsi yerə çırpıldı: alov bürüdü - VİDEO
Roma Papası qondarma “soyqırım” tədbirlərinə qatılmayacaq
Nazirlikdə işləmək istəyənlər imtahan verdi
"Qalatasaray" Türkiyədə ilkə imza atdı
Yeni silahlar Qarabağa yerləşdirilir
Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı
Pilates haqqında doğru bildiyimiz yanlışlar
Ağızda əriyən limonlu tort (foto resept)
Apple Çində lider mövqedədir
Bu da internetlə bağlı statistika
Qızcığazlar və gəlinciklər
Erməni nazir CNN-in sualları qarşısında aciz qaldı - VİDEO
Ayaqqabılar haqqımızda nə deyir?
Bakıda Avropa Olimpya komitəsinin 5-ci iclası keçırılıb
30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"
Məşhur futbolçu ebolaya yoluxub?
Ledi Qaqa bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Gənc xanımlar üçün donlar
Trampın sükutu erməniləri narahat edib: “Heç olmasa bir “tweet”…”
Qeyri-adi sırğalar
Günün ulduz falı
Kürk geyindiyi üçün təhqir olundu-FOTO
Mehmet Ali Erbil 225 gündən sonra evə qayıdacaq
Məşhur aktrisa prokurorluqda -FOTO
Milli Şuradan istefalar gözlənilir
Məhəmməd Əlinin oğurlanmış əlcəyi tapıldı - FOTO
Yer üzünün ən gözəl qızları - FOTO
Sızanaqlar üçün 3 maska
Aclıq güc gələndə...
Azərbaycanın kino tarixində ilk
Tərəvəzli krep (foto-resept)
Saç düzümləri