Qoç - ətalətli, tənbəl, passiv olmayın. Son gündərin ağır yaşam tempi sizi yorsa da, ruhdan düşməyin. Qəfil olaylar sizi donuq vəziyyətdə haqlamasın.
Tələsik çalışmayın, düşünülməmiş addımla işləri daha da ağırlaşdırmayın.
Son günlər yaşananların sizə nəyə və neçəyə başa gəlməsini hesablamağa, anlamağa səy göstərin.
Günün ikinci yarısı daha uğurludur. Sizi xoş sürpriz gözləyir.
Buğa - səhər saatlarından etibarən fəal olun, çətinliklərdən çəkinməyin. Səfər, gəzinti, danışıqlar və müzakirələr üçün əlverişli gündür.
Bol emosiyalar olacaq. Yaxın ətrafınızdakı insanlar və ailə üzvləri ilə münasibətləri dəyərləndirin, anlaşılmazlıq və fikir ayrılıqlarının yaranmasına münbit şərait yaratmayın.
Yardıma ehtiyac duyan insana mütləq kömək edin.
Axşam saatlarında yorğunluq hiss edə bilərsiniz. Normal istirahət etməyə çalışın.
Əkizlər - səhər saatlarından ünsiyyəti seçərək işi arxa plana salmayın. Aktiv olun, məhsuldar çalışın, görüləcək işləri bitirməyə can atın.
Önəmli hadisələrdən kənarda qalmayın.
Günün ikinci yarısı tempi aşağı salmayın.
Axşam saatlarında istirahət edin, heç bir yerə tələsməyin, xoş təəssüratlar almağa çalışın.
Aldığınız informasiya və məlumatları təhlil edin. Düşünün ki, səhvləri təkrarlamayasınız.
İntuisiyanızdan bədgüman olmayın. İlk əvvəl görüləsi işin nə olduğunu hiss edəcəksiniz.
Xərçəng - qadağalara fikir verməyin və məqsədə çatmaq üçün qətiyyətlə irəliləyin. Aktiv olun, passivlərə aldanmayın. Yaşamınıza və işlərinizə məkrli müdaxiləyə imkan verməyin.
Maraqlandığınız, sizi razı salacaq işi seçin. Yeniliklər bitməyib, qarşıda sizi situasiyanın məhvərinin qəflətən dəyişəcəyi anlar gözləyir.
Dostların məclisindən uzaq durmayın. Təkbaşına qalmaqla bədbinliyə qapıla bilərsiniz. Yeni təəssüratlar və emosional yüngüllüyə ehtiyacınız var.
Uzaqdakı tanışlar və dostlarla əlaqələr, yazışma, fikir mübadiləsi, gələcəklə bağlı planların müzakirəsi üçün əlverişli gündür.
Axşam saatlarında mütailə, kompüterlə iş, gəzinti, əyləncəni seçə bilərsiniz.
Fikriniz dağınıq olsa da, maraqlı ideya sizin olacaq. Həmin ideya ilə bağlı yaxşı düşünün.
Şir - normal, rəvan gündür. Təlaşa, narahatlığa, nigaranlığa heç bir səbəb yoxdur.
Günün ilk yarısında diqqətli davranın, xırda detalları və təfərrüatları diqqətinizdən yayındırmayın.
İşlərin bir qismini başqasına həvalə etsəniz də, əsas ağırlıq sizin çiyninizdədir.
Bunu unutmayın. Yaxınlarınızla ünsiyyət saxlayın, evə zəng vurun. Telefonunuzu əhatə dairəsindən çıxarmayın.
Axşam saatları sürprizlər, hədiyyə, dostların gəlişi sizi sevindirə bilər.
Yaxşı istirahət edin. Sabah sizi yeni problemlər, yeni qayğılar gözləyir.
Qız - bu gün tələsik, qarışıq, hadisələrin bir-birlərini qovduğu zamandır. Ciddi, əsaslı işlə məşğul ola bilməyəcəksiniz.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərin inkişafı, köhnəlmiş ünsiyyət formalarının dəyişməsi üçün əlverişli gündür. Ehkamlaşmış təsəvvürlərdən uzaqlaşın, gərəksiz vərdişləri unudun və yeni şərtlərə uyğun hərəkət edin.
Qənaətli olun, alış-verişdə bədxərclik etməyin. Xarici görkəminizə və geyiminizə fikir verin.
Tərəzi - dünəndən bəri davam edən situasiyaya uyğunlaşmaq əvəzinə, çətinliklərin həll variantalarını arayın. Yeni temp, yeni davranış və yeni, intensiv qərarlar zamanıdır.
Bu günlə dünən arasında böyük fərq var. Ətalətli, süst olmayın.
Özünüzü aldatmayın, yanlışlıqlar və səhvlərə bəraət qazandırmağa çalışmayın.
Özünüzlə tək qalanda düşünün: niyə indiyədək zəngin, varlı ola bilməyibsiniz?
Düşünün: bəlkə həyat tərzi, həyata münasibət, iş yerini dəyişəsiniz? Olmaya bundan sonra da elə yaşamaq fikriniz var?!
Yeni təəssüratlar, yeni şərtlər, yeni hisslərə və yaşam arealına ehtiyac duyduğunuzu düşünsəniz də, emosiyalara qapılmayın.
Dostlar və tanışları maraq dairinizə cəlb edin, onlarla səmimi olun..
İrəliləyin, varlanın, güclənin. Həyat sizindir, başqaları sizin əvəzinizə yaşamayacaq.
Mühüm işləri sonraya saxlamayın. Axşam saatlarında aktiv istirahəti seçin.
Əqrəb - yeniliklər olacaq. Soyuqqanlı güzəştlərə və mənfəət vəd edən perspektiv münasibətlərə hazır olun. Bütün bunlar planlar və layihələrinizin inkişafı üçün zəmin yarada bilər.
İşlə aktiv məşğul olun, boş söhbətlərə vaxt ayırmayın. Əlavə işlərin sayını artıraraq özünüzü həddən ziyadə yormayın.
Oxatan - tələsin, fəal olun. Yeni ideya və planlarınızı artıq həyata keçirməyə başlayın. Şərik, iş yoldaşı və ya tərəfdaşla ideyanı, yaxud da reallaşdırmaq istədiyiniz planı müzakirə edin, perspektivləri təhlil edin.
İnformasiya axını, bolsöhbətlər, köhnə dostlarla görüşlər sizi maraqlı mövzularla yanaşı, təxirə salınmış işlərə qayıdın, çünki yarımçıq işlər problemləri sanki həndəsi silsilə ilə artırır.
Yaxın gələcəkdə önəmli novasiyalar və dəyişikliklər gözləməyə dəyməz. "Yığım" dövrü olduğundan yaşanacaq hadisələr sizi situasiyanın növbəti mərhələsinə aparır.
Oğlaq - səhər saatlarında planın son təfərrüatlarını müəyyənləşdirin, onu gerçəkləşdirməyə başlayın. Bu istiqamətdə yarana biləcək maneə və sədlər sizi yolunuzdan sapdırmasın.
Məntiqli və realist olun, qüvvənizi və imkanlarnızı dəqiq dəyərləndirin. Yeni ideyları düşünmədən rədd etməyin.
Yeni xəbərlər məşğul olduğunuz işə münasibətinizi dəyişə bilər.
Görüş, yeni biliklərin əldə olunması, təcrübənin artırılması üçün yaxşı gündür.
Köhnəlmiş və mənasız stereotiplərdən qurtulmaq, yaşananlara ənənəvi baxışdan əl çəkmək vaxtıdır.
Hissiyatınızın sizə xəbər verdiyi təklifləri təhlil edin.
Dolça - müstəqil çalışmağa, yarımçıq işlərinizi təkbaşına bitirməyə və bütün tapşırıqları tamamlamağa çalışın. İstirahət, əyləncə daha münasib günlərə qalmalıdır.
Çoxdan bəri yığılıb qalan, həllini tələb edən məsələlərin çözümünü bundan sonra da təxirə salaraq az olmayan problemlərin sayını süni şəkildə artırmayın.
Evdəki münasibətləri tənzimləyin, iş yerində tənqidə dözümlü olun.
Günün ikinci yarısında yorğunluq hissi yaranarsa, dayanmayın, irəliləyin.
Yaxın ətrafınızdakı insanlar sizə rəğbətlə yanaşacaqlar. Amma kömək və ya yardım təkliflərini əsla qəbul etməyin.
Balıqlar - bu gün genişmiqyaslı iş və ya planın reallaşdırılması üçün əlverişli zaman deyil. Adət etdiyiniz cari, rutin işlərlə məşğul olun.
Çətinlik hiss etdiyiniz zaman yaxınlarınız və ailə üzvlərinizin dəstəyindən yararlanın. Yaxın ətrafınızdakı insanların məsləhətlərini qulaqardına vurmayın.
Ötən həftə başladığınız işi başa vurun, yarımçıq işləri sıralayıb əlavə problemlərin yaranmasına rəvac verməyin.
Günün ikinci yarısı mühüm görüş və ya danışıq ola bilər. Yaranmış imkandan istifadə edin.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dünya şokda: koronavirusun dərmanı tapıldı? - Uhanda bir ilk...
Azərbaycanda daha 67 nəfərin koronavirusa yoluxdu- RƏSMİ
Azərbaycanda dini ibadət yerləri ilə bağlı yeni hüquqi paket hazırlandı
Azərbaycanda nə qədər avtomobil var?
Ramazanın 11-ci gününün duası, imsak və iftar vaxtı
Manatın məzənnəsi
Qaqarinin paltarları, meteoritlər, 4 milyard yaşlı daş
Hakan Şükür Azərbaycan xalqına başsağlığı verdi
Ermənistana Qarabağdan silah-sursat daşınır - VİDEO
Türkan Şoray podiuma çıxacaq
Məşhur model hər kəsdən gizlətdiyi sirrini açdı - FOTO
Kendal Jennerin gözəllik sirləri
Qarda sürüşməmək üçün nə etməli?
HİV-ə qarşı dərman sınaqdan keçirilir
Araq şüşəsinə əl vuran adam nə etməlidir?
İçkiyə 30 min xərcləyən Conni Depp danışdı
Düyülü toyuq şorbası (foto-resept)
Makaron salatı (foto resept)
Bakı bulvarında Wi-Fi şəbəkəsi təkmilləşdirilir
Kırmızıgül anasının 2 milyonundan danışdı
Bensunun 150 minlik hədiyyəsi-FOTO
26- kq arıqlayan qadın onu tənqid edənlərə cavab verdi-FOTO
Əhvala uyğun idman növü
İş axtaranlar üçün XƏBƏR - Bu sahədə xeyli sayda iş yeri yaradılacaq
Yerevanı "Serjsiz Ermənistan" şüarı bürüdü
Şahzadə FIFA-ya rəhbərlik edə bilər
İran koronavirusa görə 54 min məhbusu evə buraxdı
Sabahın HAVAsı
Kainat gözəlinə vasitəçilik təklif olundu
FHN əməkdaşları üçün yeni yaşayış binaları istifadəyə verildi
Kriştianu Ronaldudan möhtəşəm rekord
Valentino 2020-2021 payız/qış gəlinlik kolleksiyası
Bakı Metropolitenində köklü yeniliklər olacaq
Vanqanın Gerçəkləşən PROQNOZLARI
Qanunda yoxdur, amma sürücülər buna görə xərcə düşə bilər
Azərbaycanda altı yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ
Sabahdan işdən çıxırsan...
HAVA necə olacaq?
Ezo Gəlin şorbası (foto resept)
Komitə sədrindən irad: "Bağçalarda tədris aparılmır"
Əsgər analarının aksiyası Ermənistanı silkələdi
“YouTube” yeni qaydalar tətbiq edir: hansı videolar ləğv ediləcək?
Öd daşı xəstəliyi (video izah)
Microsoft-un yeni möcüzəsi
"Taxt oyunları" serialından yeni treyler - VİDEO
Azərbaycanda karantin rejimi uzadıldı
Metropoliten gücləndirilmiş rejimə keçdi
Göbələkli kartof(foto resept)
Qara rəngi yumşaldan çiçəkli dəb
Maskanızı özünüz hazırlayın















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]