Qoç - maddi, real işlərlə məşğul olun, həyatdan kam alın. Sözlərin dəyəri çox deyil və buna görə də kiməsə öz mövqeyinizi anladaraq sinirlənməyin. Yalnız qarşılıqlı maraq varsa, işgüzar görüşlər fayda verəcək.
Gərəkli ideyaları səbatlı etməyə imkan verəcək ideyalar olacaq.
Mühafizəkar, inadkar olun, gördüyünüz işin təfərrüatına varın.
Diqqətli olun ki, tərəfdaş və ya şərik sizi dəstəkləsin.
Axşam saatlarında istirahət edin. İmkan varsa, açıq havada olun.
Çox soyuq heç nə içməyin.
Buğa - işlərə praktik və sayıq yanaşmanın tələb olunduğu gündür. Dünən hisslərlə həyəcanın bol olduğu sahədə indi nisbi sakitlikdir. Yetərincə əlaqə və məlumat topladığınız sahələrdəki qarşılıqlı təmasda olan məsələlər sizi maraqlandıracaq.
Yaxşı bələd olduğunuz işi yerinə yetirərkən yeni ideya yarana bilər.
Yeni planların əsasını qoymaq üçün əlverişli zamandır. Diqqətli olun, enerjinizi boşuna xərcləməyin.
Axınla hərəkət edin. İnadkarlıq və yaxın ətrafınızdakı insanların çatışmazlıqlarına dözümsüzlük nümayiş etdirərək vəziyyəti qəlizləşdirməyin.
Ətrafınızdakı insanlarla münasibətdə harmoniyaya nail olun, hisslərinizi tarazlayın.
Əkizlər - şəraitə sürətlə, tez uyğunlaşın, amma tələskənlik etməyin, hövlnak addımlar atmayın. Mümkün qədər faydalı əlaqələr yaradın. Səfər, səyahət və ünsiyyət üçün uğurlu gündür.
Faydalı məsləhət və informasiya ala bilərsiniz. Xırdalıqların, təfərrüatların böyük dəyəri var.
Qüsursuz görünməyə çalışın.
İsti sizi usandırmayıbsa, açıq havada gəzintiyə çıxın.
Ev işləri üçün yaxşı gündür.
Şəxsi münasibətlərdə qarşılıqlı anlaşma və səmimiyyəti ön plana çıxarın.
Heç hara tələsməyin.
Xərçəng - ambisiyalarınızı hərəkətə gətirəcək maraqlı və əlverişli gündür. Potensialın araşdırılması ilə imkanların dəyərləndrilməsi maraqlı nəticələr vəd edir. Özünüz barədə indiyədək etiraf etmək istəmədiyiniz gerçəyi biləcəksiniz.
Tələskənliyə aldanmayın. Perspektivdə gərəyiniz ola biləcək informasiyanı dəyərləndirin.
"Milçəkdən fil düzəltmək" istəyən adam var. Bu şəxsin məkrinə aldanmayın, təxribatına uymayın. Aldığınız məlumatları təhlil etsəniz, dəyərli və qiymətli informasiya əldə edə bilərsiniz.
Praqmat olun, yaşanan şəraitdə mümkün qədər rahat davranın. Bir qədər nəfəs alın, növbəti gedişi buraxın.
Problemlərin bəziləri özbaşına həllini tapır.
Axşam saatlarında görüşlərdən imtina edin, yaxşı dincəlin.
Şir - səhər saatlarından etibarən aktiv və sayıq olun. Əsas məsələ olur ki, heç yerə tələsməyin, səbrli olun, başladığınız işi sona çatdırın. Yaxın ətrafınızdakı insanların narazılığını hiss edəcəksiniz. Münasibətləri gərməyin və problem öz həllini tapacaq.
Ünsiyyətdə fəallaşma, qəfil və xoşagələn məqamlar yaşanacaq.
Bəzi əlaqələrin bərpası, əldən buraxılmış imkanların reabilitasiyası istisna deyil.
Hansısa mövzunun sizdən gözlədiyinizdən daha çox səy və diqqət tələb etməsi istisna deyil.
Şərtlərin diqtə etdiyi seçim sizə yeni, maraqlı yol vəd edir və bu yola görə bəzi maraqlı nəsnələrdən imtina etmək olar.
Qız - işlərdəki müvəqqəti fasilə şəxsi həyatınıza daha çox vaxt ayırmağa imkan verəcək. Rahatlıq və komfort axtarışları gözlənilir.
Təfərrüatlara və detallara diqqət verin. Həssas, sayıq olun.
İşlərlə münasibətlərdə müşahidə olunan qarışıqlığı, təbəddülatı aradan qaldırın.
Sabahkı günün mühüm hadisələri sizdən indidən ciddi hazırlaşmağı tələb edir.
Hansı addımlar atmağın gərəkdiyi ilə bağlı uzaqdan məsləhət gələ bilər.
Səhhətinizə fikir verin.
Boyun, boğaz, qalxanabənzər vəzdə problemlər riski var.
Özünüzü soyuğa verməyin. İnsanların gur olduğu yerə yollanmayın. Hadisələrin qəfil, gözlənilməz axarına fikir verin. Yaşanmağa başlayan proses qarşıdan gələn dəyişikliklərdən xəbər verir.
Tərəzi - əvvəlki günlərdən yığılıb qalan, afterşok təsiri bağışlayan emosiyalardan qurtulun. Uğurlu alış-veriş, xoş əhval, sərfəli işlər günüdür. Status-kvonu qoruyun. Fəaliyyət planı ilə bağlı kimsəyə təzyiq göstərməyin.
Ev işləri ilə məşğul olun.
Yaxınlarınızın qayğısına qalın. Yaşam arealınızda nizam yaradın.
İşdə aktiv olun, maraqlarınızı qoruyun. Rəqibin sizi üstələməyə çalışmasını laqeydliklə seyr etməyin.
Əqrəb - maksimal fayda və mənfəətə nail olmaq üçün səylərinizi dürüst istiqamətə yönəldin. Əlavə tapşırıq alsanız və ya başqasının görməli olduğu işi sizə tapşırsalar, buna yox deyin, müqavimət göstərin. İş və ünsiyyətlə bağlı intuisiyanıza etibar edin.
Şərtlərin axarından çıxmayın, hadisələrə süni təkan verməyin. Dəyişikliklər spontandır, sizdən hansısa formada təşəbbüs tələb etmir.
Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyə, onları nəzarət altında saxlamağa can atmayın. Sərt və aqressiv olsanız, qeyri-adekvat və çılğın etirazlarla qarşılaşa bilərsiniz.
Təmasda olduğunuz insanlara etibar edin, onların ürəyini qırmayın.
Axşam saatlarında istirahət edin.
Oxatan - emosiyalar və hisslərdə qayda yaratmaq üçün əlverişli gündür. Sevdiyiniz, dəyər verdiyiniz insanlara laqeyd olmayın. Onların qayğısına qalın.
Yaradlıcılıq məziyyətləriniz yüksəkdə olacaq. Əvvəlki iş metodlarından imtina edin, bir qədər fərqli davranın. İş stilini təkmilləşdirin, bədxah və rəqibin məkrli planlarını əvvəlcədən anlamağa çalışaraq tədbir görün.
Daha üsullu, fəndgir, ağıllı olun.
Şəxsi münasibətlərdə uğur istisna deyil. Amma əsla, heç bir halda münasibətləri aydınlaşdırmağa can ataraq uzun-uzadı, çək-çevirli söhbətə başlamayın. Belə söhbətdən sonra suallar daha da artacaq, münasibətlər sərinləyəcək.
Maraqlarınız olduğu sahədə intriqa yaradın, mənafelərinizi qoruyun.
Köhnə əlaqələrdən birini bərpa etmək olar.
Etiraf və izahatlara tələsməyin. Gələcəklə bağlı planlar qurmayın.
Oğlaq - təsir imkanlarına tam nəzarət edin, yoxsa arzuolunmaz hadisələrlə qarşılaşa bilərsiniz. İşlər çoxdur, amma aktiv olun, qətiyyətli davranın, planı reallaşdırmaq üçün bütün imkanlardan yararlanın.
Günün ikinci yarısında yaşamınızda əhəmiyyətini itirmiş hisslər, emosiyalardan qurtulmalısınız. Yeni şəraitə uyğunlaşın və fayda əldə etməyə başlayın.
Köhnə problemləri həll etmək üçün növbəti imkanlar yaranır.
Situativ müşkülləri ürəyinizə salmayın. İrəliyə, gələcəyə baxın.
Yaşam arealınızın bir hissəsini nizama salın. Yeni planı həyata keçirməyə başlamaq olar.
Səhhətinizə fikir verin. Sərt pəhriz saxlamağa lüzum yoxdur.
Dolça - izafi səy göstərməyin, özünüzü həddən artıq yormayın. Situasiyaları nüanslar həll edir.
Yaşananları müşahidə edin və köhnə problemi həll etmək imkanını əldən verməyin. Məqsədə doğru hərəkətdə müəyyən problemlər yarada biləcək diskomfort, rahatsızlıq yarana bilər.
Gərəksiz səmimiyyət və mənasız etiraflara ehtiyac yoxdur.
Fiziki iş sizə həzz verə bilər.
Yaşam arealınızda qayda yaradın, xaos görüntülərindən qurtulun.
Alış-veriş üçün əlverişli gün deyil.
Məntiqli davranın. Tələskənlik və hövsələsizlik etməyin.
Balıqlar - sakit, istirahət və rahatlıq hisslərinin gücləndiyi gündür. Maraqlarınızın təminatına çalışın. Yaxın perspektivdə sizə faydalı ola biləcək insanla əlaqə saxlayın.
Hisslərdə müəyyənliyin yaranması üçün əlverişli gündür.
Qəfil görüş, məktub, telefon zəngi ola bilər.
Əvvəllər formalaşmış mövzu və ya tanışlıq uğurla inkişaf edə bilər.
Ümumi maraqlarınız olan, sizinlə tən statusa malik insanla mövcud durumu müzakirə edin. Yeni informasiya, təəssürat və ideyalar istisna deyil.
Axşam saatlarını ailəyə həsr edin. Ev işlərinin əksər hissəsini görməyə çalışın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qara nöqtələrlə necə mübarizə aparmalı?
Ronaldu koronavirusa yoluxdu
Kök olduğu üçün ölümlə təhdid edilir - FOTO
Sağlam arıqlamaq üçün pəhriz
Şəkil seç! (Test)
Aleyna Rihannanı, Şakiranı geridə qoydu-(KLİP)
Dünyanın yeni qitəsi tapılıb
60 il sonra yenidən gəlinlik geyindi
Ruh əkizinizi tapdığınızı göstərən 7 işarə
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Professor koronavirus haqqında BİLMƏDİYİMİZ FAKTLARI AÇDI
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri həftəsonları işləməyəcək
Səudiyyədən qorxulu qərar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Putin azərbaycanlıları maraqlandıran KRİTİK QƏRAR İMZALADI - VİDEO
Cəbhədən son xəbər
Mila Yavoviç paylaşımı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Serdar Ortaçın keçmiş xanımı Gündəmdədir-FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 13 Dekabr
Xoşbəxtlik nədir ki, onun həsrətini çəkirik?
Nur izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İşləmək, yoxsa işləməmək?
Trend: Cizgili dırnaqlar
Dəbli çantalar
Prezident tapşırıq verdi: Şuşada qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanıldı
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək - RƏSMİ
Sabahın HAVAsı
Təmizlik xəstəliyi
Azərbaycanlıların qəbirləri dağıdıldı
Ermənistanda zəhərlənmə
"Santa-Barbara"nın aktrisası vəfat etdi - FOTO
Ət niyə ucuzlaşır?
Fransa səfiri: “Senatın qətnaməsi Parisin rəsmi mövqeyini dəyişdirmir” - VİDEO
Gündə 5 dəqiqə qaçmaq ömrü uzadır
Azərbaycanda palçıq vulkanları UNESKO-nun siyahısına daxil ediləcək
Azərbaycanda məktəb açılışında şagirdlərə verilən çantalar əllərindən alınıb? - RƏSMİ AÇIQLAMA
Tuba Büyüküstün rejissorla eşq yaşayır?
Düyü salatı (video-resept)
Rus dili - Р СЂ
Bakıya yeni ikimərtəbəli qatarlar gətirildi
Kainatın böyüklüyü nə qədərdir?
Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir
Ramazanın 10-cu gününün duası
Alma haqda bunları bilməlisiniz!
İnternetdə ən çox axtarılan söz açıqlandı
Türkiyədə keçirilən seçkilərlə bağlı insidentlərdə 6 nəfər ölüb, 30 nəfər isə yaralanıb
“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi
Beyninizin hansı tərəfini daha çox işlədirsiniz?
Banan qabığının gözəlləşdirən xüsusiyyətləri














