“Əllərimi yumasam dayana bilmirəm. Paltarlarımın təmiz olduğuna əmin olana qədər yaxalayıram, heç paltaryuyan maşın mənim kimi təmizləyə bilməz, qapı dəstəklərinə toxunmuram, başqasının evində ayaqyoluna getmirəm. “ – kimi vasvasılığınız varmı? Bu ifrat təmizlik xəstəliyinin əlamətləridir. Xalq arasında təmizlik xəstəliyi olaraq tanınan “obsesif kompulsif” çatışmazlığı həm insanın özün, həm də ətrafındakıları xəstəliyi salır.
Təmizlik xəstəliyi nədir?
Ifrat şəkildə təmizlik müptəlası olmaq, hər şeyin çirkli olduğuna inanmaq, mütəmadi olaraq hər şeyi yumaq, silmək təmizlik xəstəliyi hesab olunur. Bunun altında yatan səbəb yaddaş pozuqluğu, şübhələnmək və əmin olmamaq, beyindən çıxmayan fikirlərdir.
Insan bu çatışmazlıqların məntiqsiz olduğunu başa düşdüyü halda, özünə, davranışlarına mane ola bilmir. Istəyi xaricində olan hərəkətlərini daima təkrarlayaraq ondan xilas olmağa cəhd edir, beynini qurdalayan düşüncədən qurtulmaq və unutmaq istəyir. Fəqət alınmır. Məsələn əlini yuduğu halda əmin olmadığı üçün təzədən yuya bilər. Bu xəstəlik müalicə oluna bilir. Lakin müalicə təxirə salınsa ciddi xəstəliklərə yol aça bilər.
Təmizlik xəstəliyinin əlamətləri nədir?
Mütəmadi olaraq:
Əl yumaq, ev yığışdırmaq, evə gələn hər qonağın arxasından hər şeyi yuyar və heç qonaq gəlməyin də istəməz, zamanını çoxunu təmizliyə həsr edər, çirkli olduğunu düşündüyü hər şeyi dəfələrlə yuyar və təmizləmədən əlinə almaz. Cinsi münasibətdən yayınar, saatlarla hamamda qalar, qüsula çox vaxt sərf edər.
Özü kifayyət etmirmiş kimi ailəsini də bu xəstəliklə ayaqlaşmağa məcbur edir, təbii ki, kimə gücü çatırsa. Ilk olaraq uşaqlarından başlayır, sonra bacarsa yoldaşına. Uşaqları və yoldaşı çöldən gələndə paltarlarını çıxarmadan evə girmələrin istəmir və s.
Təmizlik xəstəliyinə təsir göstərən amillər nədir?
Əslində xəstəliyi yaradan bir çox amillər ortaya qoyulsa da, dəqiq səbəb hələ məlum deyil. Bioloji, psixoloji, ətraf mühit amilləri səbəb ola bilər. Ailəsi çox səliqəli, təmizkar və ya ifrat qayda-qanunlu olan bir uşaqda bu cür xəstəlik daha geniş inkişaf edə bilər. Məsələn anası çox təmizkar olan uşaq gələcəkdə təmizlik xəstəliyinə tutula bilər. Eyni zamanda yaxın bir vaxtda hansısa psixoloji zərbə alıbsa, vəfat, itgi və s. kimi sarsıntılar keçiribsə təmizlik xəstəliyinə tutula bilər.
Təmizlik xəstəliyi insanın həyatına necə təsir edir?
Ilk olaraq adamın sosial və iş həyatı korlanır. İfrat təmizlik xəstəliyindən ötrü ətrafındakı dostları evinə gəlmək istəməyə bilər. Eyni zamanda bu cür xəstəliklərdə adam ən çox özünə ziyan vurur. Vaxtının çoxunu təmizliyə ayırdığı üçün vaxt itkisi yaşıyar və diqqətini başqa heç nəyə verə bilməz. Istər ev və sosial çevrəsi ilə, istərsə də iş əhatəsi ilə münasibətləri pozulur. Işdəki uğurları azalır, evlidisə ailədə yoldaşı, uşaqları ilə ünsiyyət problemi yaşaycaq. Mütəmadi olaraq təmizlik edərək özün yorar, günün sonunda yerindən dəbərə bilməz. Bir müddət sonra fiziki cəhətdən də ağrıları yaranar, məsələn bel, sümük ağrıları özünü büruzə verər. Eyni zamanda vaxtında müalicə olunmazsa depressiyanın ən ağır əlamətləri ilə raslaşa bilər.
Digər əlamətləri:
Mütəmadi nəzarət etmək: ütünü şəbəkədən ayırdım?, qapını kilitlədim?, ocağı söndürdüm? Heç nədən əmin olmamaq, lazımsız paltarları evə toplamaq, günah işləməkdən qorxmaq və s.
Təmizkar adamla təmizlik xəstəliyi olan adamı necə fərqləndirmək olar?
Təmizliyi sevən, səliqə-səhmanlı hər adam təmizlik xəstəsidir deyə fikirləşmək olmaz. Təmizkar adam heç nəyin ifratına varmaz. Hər şeyi həddində, qaydasında, əndazəsində edir. Xəstəlik isə çox inadkardır. Bitki, xalq təbabəti ilə müalicə daha yaxşı təsir göstərə bilər.
Bəs siz, əziz xanımlar, təmizkarsınız ya təmizlik xəstəsisiniz?
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yataq örtüyü modelləri
Bakıya QAR yağacaq?
Prezident Medianın İnkişafı Agentliyinə İcraçı direktor təyin etdi - SƏRƏNCAM
Leyla Əliyeva Venesiyada
Qonşular narazı, o isə dünya rekordu vurur
Mobil telefonla danışanlar cərimələnə bilərlər
Portağal qabıqlı, kişmişli kekslər (foto resept)
Bal tortu (foto-resept)
Evdə masaj
Polşanın çiçəkli bölgəsi: Zalipie
Gözəl yataq dəstləri
“Humay”ın 25-ci təqdimat mərasimi keçirilib
Komada olan boksçu ayıldı
Adamı meymun bilib güllələdi
Elmə məlum olmayan canlılar aşkarlandı
Qarabağda müharibə qızışa bilər
Azərbaycan dili - II dərs
Futbol komandasının 11 nəfərdən ibarət olmasının səbəbi
Məktəbli ləvazimatları: yarmarka daha ucuzdur?
Xurmalı ürəklər(foto-resept)
Çiyələkli tort (foto resept)
Dünyanın ən yüngül smartfonu
Düşüncə qabiliyyətimizi inkişaf etdirək
Rasputinin qorxunc 9 ÖNCƏGÖRMƏSİ
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
Günün ulduz falı - 28.12.2013
Bəhram Bağırzadənin hazırkı vəziyyəti ilə bağlı AÇIQLAMA
Azərbaycan tarixindən yüz şəxsiyyət-19
Çörəyin qiymətində niyə qiymət artımı olmalıdır ki?
Sobada pomidor dolması (foto resept)
Pide (foto resept)
Azərbaycanda bazarlar ləğv olunur
Əbülfəs Qarayev mədəniyyət naziri oldu
Ətirli şamlar xərçəng yaradır
Dövlət Komitəsinin yas qərarı nə oldu?
Dünya böyük müharibənin astanasında
Tramp özü haqqında kitab yazacaq
Sati Erik
Yeni təhlükəli virus yayılıb - Meymun qripi
Qarabağla bağlı yeni təklif
Bu ölkədə qadınların çılpaq gəzməsinə icazə verdilər
Pensiya alanların sayı açıqlandı
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Ölkələr koronavirusun ikinci dalğası ilə əlaqədar ərzaq ehtiyatı toplamağa başladılar
Gökhan Özen və Demet Akalın qalmaqalı böyüdü-VİDEO
İri ölçülü asteroid Yerə yaxınlaşır
Braziliyalı yeniyetmə SMS yazmaqla rekord vurub
Mügənni qızıl tabutda basdırılacaq-FOTO
Mehriban Əliyeva: “Heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz”
Kinomuzun “Ulduz”u vəfat etdi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]