Qoç - böyük işlərə başlamaq, məsuliyyətli layihəni gerçəkləşdirmək olar. Pərişanlıq, bədbinlik üçün heç bir səbəb yoxdur. İşlərinizi intensivləşdirin. Daşınmaz əmlakla bağlı məsələlərdə kiçik də olsa, irəliləyişə nail olmaq mümkündür.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizdə cüzi təəssüf hissi yarada bilər. Sevdiyiniz insana qıcıqlanmayın.
Axşam saatlarını sakit keçirin.
Buğa - boş söhbətlərə, mənasız dartışmalara qatılmayın. Çox ciddi qüvvə, böyük vəsait və vaxt tələb edən işə başlamaq niyyətiniz varsa, yaxşı düşünün. Fəaliyyət prosesini elə qurun ki, kimsə işlərinizə mane olmasın. Praqmat olun, situasiyanı nəzərə alın.
Günün ikinci yarısında ailə məsələlərində maddi ünsürlərlə bağlı kiçik narahatlıq yarana bilər. Qənaət üçün yollar və variantlar arayın. Axşam saatlarında fiziki işlə məşğul olmayın. Biliklərinizi artırın.
Əkizlər - təcili həllini tələb edən məsələ üçün maliyyə vəsaiti gərəkdir. Aktiv olun, problemin həll yollarını arayın. Sizə yardım edəcək insanı tapa bilərsiniz. Daha təcrübəli və bilikli insanların məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlər rəvan və harmonik olmalıdır. Yaxınlarınız sizdən kömək istəyəcəklər. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Xərçəng - yaşam enerjinizin səviyyəsi yüksək olacaq. Özünüzü mütəxəssis və ya başqalarına rəhbərlik etməyi bacaran insan kimi tanıdın. Yaxın ətrafınızdakı insanların tənqidinə adekvat reaksiya verin. Diqqətə və etirafa ehtiyacınız var.
Günün ikinci yarısında ailə üzvlərinizdən və ya yaxınlarınızdan birinə kimsə təzyiq göstərməyə çalışarsa, mütləq şəkildə bunun qarşısını alın. Hissiyata qapılmayın, sentimental olmayın.
Axşam saatlarında iştahınız artsa da, çox yeməyin.
Şir - yeni biliklər və məlumatlar əldə etmək üçün münasib zamandır. Nikbin olun. Təcrübənizi artırın. Maliyyə məsələlərinin çözülməsində ehtiyatlı olun. Gərəkli informasiyanın olmaması itkilər və ya zərərə səbəb ola bilər.
Avantüralara qatılmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə maraqlarınızı nəyin bahasına olursa-olsun, təmin etməyə çalışmayın. Axşam saatlarını istirahətə, sevdiyiniz insanla ünsiyyətə həsr edin. Rasionunuza fikir verin.
Qız - yaxın ətrafınızdakı insanlarla ünsiyyət xeyli emosiya və qüvvə tələb edəcək. İctimai həyat da vaxt alacaq. Daşınmaz əmlak anlaşmaları və ya maliyyə məsələləri ilə bağlı hüquqi prosedur gəlir vəd edir.
Günün ikinci yarısında populyarlığınız artacaq.
Ailə həyatında təmaslarda soyuqqanlılığı ifrata çatdırmayın. Emosiyalarınıza nəzarət edin, amma laqeyd insan təsiri bağışlamayın. Çağırış və ya istək yoxdursa, yardıma qaçmayın.
Axşam saatlarında stressdən qurtulun.
Tərəzi - irəliləyişdə fasilələrə yol verməyin. Ötkəm, mübariz olun. İnkişaf üçün qarşınızdakı sədləri və maneələri sürətlə dəf edin. Amma ətrafınızdakı insanların maraqlarını da unutmayın. Mənasız mübahisələrə və boş söhbətlərə qatılmayın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qəfil problemlər yaranacaq. Səbəb ağlınıza belə, gətirmədiyiniz məsələlərdir. Ailədə bütün işlərə rəhbərlik etmək istəyiniz münaqişə yaradacaq.
Əqrəb - şəxsi münasibətləri həllini tələb edən məsələlərdən üstün tutmayın. Sakit və soyuqqanlı olun. Yaradıcılıq enerjiniz çoxdur. Uzaq yola çıxmaq olar. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, yeni sifarişi qəbul edin.
Günün ikinci yarısı köhnə tanışlar və bir zamanlar tərəfdaşlıq etdiyiniz insanlarla əlaqələri bərpa etmək vaxtıdır. Təmaslara bir daha nəzər salın. Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - genişmiqyaslı və önəmli işlərə başlamaq üçün əlverişli zamandır. Riskli, düşünülməmiş addımlar atmayın. Maliyyə məsələlərində tələsikliyə yol verməyin. Yaradıcı enerjinizin səviyyəsi yüksəkdir. Maraqlı macəralar sizi gözləyir.
Günün ikinci yarısında sevdiyiniz insanla təmaslarda alicənab olun. Münasibətləri ideallaşdırmağa çalşımayın. Yaxın ətrafınızdakı insanlardan biri azadlıq və müstəqillik istəyəcək. Mükəmməl insanın olmadığını anlayın.
Axşam saatlarında istirahət edin.
Oğlaq - bu gün özünü hamıdan üstün tutan insanla qarşılaşacaqsınız. Nailiyyətləri ilə qürrələnən, təşəxxüslü davranan insanlarla təmaslarda ehtiyatlı olun. Onların təsiri altına düşməyin. Belələri sizi qıcıqlandırsa da, sərvaxt davranın.
Günün ikinci yarısında sevdiyiniz insanla təmaslarda sentimentallıq olacaq. Nəzərdə tutulmamış səfər olacaq. Hadisələrin axarı qərarlarınıza təsir edəcək, əvvəlcədən planlaşdırdığınız işlərdə dəyişiklikləri gündəmə gətirəcək.
Axşam saatlarında evdən kənarda istirahət etsəniz, pis deyil.
Dolça - yaxın ətrafınızdakı insanlarla birgə fəaliyyət üçün əlverişli zamandır. Problemlərlə qarşılaşmış şəxsə yardım edin. Daha təcrübəli tərəfdaşın məsləhətlərini qulaqardına vurmayın.
Günün ikinci yarısında dəyər verdiyiniz insanın nöqsanlarına dözümlü yanaşın. Kəskin iradlar və sərt tənqidlər münasibətləri korlaya bilər. Qarşılıqlı anlaşmaya ciddi zərurət var.
Axşam saatlarında gəzintiyə çıxın.
Balıqlar - günün ilk yarısında etibarən istirahət və ya əyləncə fikrinə düşməyin. Alış-veriş zamanı da deyil. Əlavə xərclərə əsla lüzum yoxdur. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün real addımlar atın, hədəfləri müəyyənləşdirin.
Günün ikinci yarısında əhvalınızdakı durum şəxsi münasibətlərə də təsir edəcək.
Yaxınlarınızın nazını çəkin, onlarla qayğıkeşcəsinə davranın. Axşam saatlarını sevdiyiniz insana həsr edin. Rasionda ehtiyatlı olun. Yağlı və zərərli təamlara üstünlük verməyin.
XƏBƏR LENTİ
Hadise AÇIQLAMA verdi-FOTO
Ağıllı corablar satılır
Türk Ordusunu silahlandırırıq
Sadə qəlyanaltı (foto resept)
Bakıdan qaçan turistlər
Vasif Talıbov "4 günlük" müharibədə şəhid olanların ailələrinə mənzil hədiyyə etdi
HAVA necə olacaq?-22 dekabr
İdmançılarımızla bağlı daha bir qalmaqal
Nəqliyyatda 21 faiz ucuzlaşma? - RƏSMİ
Doşablı quru əncir şirniyyatı (foto-resept)
Tovuzda düşmən təxribatı: Ağdam kəndi atəşə tutuldu - VİDEOREPORTAJ
Dişimizdəki bakteriyalar
Dəbli gəlinliklər
Göz linzaları kor edə bilər
Azərbaycanın bank sistemində elektron imza xidməti tətbiq edilir
Şimal Qütbündə 30 il tənha yaşayan adam - FOTO
Türkəçarə, yoxsa başa bəla?
Kişi həyat yoldaşına məcburən hicab bağlatdıra bilərmi?
Ebru Gündeş rekord gəlirlə “O səs Türkiyə”yə qayıdır
2020 Grammy Musiqi Mükafatları: Qırmızı Xalça
Ən son gəlinlik modelləri
Ananas tortu (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-4 Fevral
Soya südünün faydaları
Tolgahan oğlunun 12 saatlıq doğumundan danışdı-FOTO
Məsut Özildən Azərbaycana dəstək
Qənaətcil qadınlara məsləhətlər
Fransanın “Le Monde” qəzeti: “Ermənistan hərbiçiləri Şuşanı tərk edərək Xankəndiyə qaçıblar”
Pitonla oynayan azyaşlı-FOTO
Yaşlanma ilə mübarizə aparan qidalar
"Pulsuz" proqramlardan istifadə artır
Dəri ağardan təbii maskalar
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
“Apple” tarixi rekord vurdu
Unikal əməliyyat: ağzı bağlayan şiş kəsildi
"Xərclərimi Amerikaya anam göndərir" - FOTO
Kənan "Selena"sı haqqında danışdı-FOTO
Daha bir təyyarə yoxa çıxdı
HAVA necə olacaq?-24 FEVRAL
Sonsuzluq bəla olmamalıdır...(Səbəbləri)
"Battal Qazi" filmindəki səhv illər sonra tapıldı - FOTO
Gündə 2000 kalori yandıran idmanlar
Əkrəm İmamoğlu koronavirusa yoluxub
"Andromeda" satıldı - 3,6 milyon avro
Orqanizmini yaxından tanı
Müəllimlərin maaşı artdı
200 min şəxsə birdəfəlik ödəniş - Məbləğ açıqlandı
3 günə 100 min xərclədi - FOTO
Cəbrayıl döyüşlərinin Mübarizi: “Yaşma” adı gələndə düşmən qaçmağa başlayırdı...” - VİDEO
Keçi südünün faydaları














