Paraqvayın Deputatlar Palatası 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımının pislənilməsi və 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib.
Qadin.Net Trend-ə istinadən xəbər verir ki, bəyanatda qeyd edilir ki, Xocalı qətliyamı Ermənistan və Azərbaycan arasındakı münaqişənin hərbi fazasının üç ili ərzində mülki əhalinin məruz qaldığı ən böyük hücum olub, nəticədə etnik xarakterli səbəblərə görə 63 uşaq, 106 qadın və 70 yaşlı insan olmaqla 613 azərbaycanlı qətlə yetirilib, 1275 sakin əsir düşüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil; bundan əlavə, 76-sı uşaq olmaqla, 487 nəfər Xocalı sakini şikəst edilib, 26 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib. Bu faktın Azərbaycanın müxtəlif qurumları və müstəqil mənbələr tərəfindən tam sənədləşdirildiyi qeyd olunub.
Sənəddə bir sıra dövlətlərin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu soyqırımı və insanlıq əleyhinə cinayəti pislədiyi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən silahlı işğalının qınanıldığı, həmçinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə etdikləri vurğulanıb.
Bəyanatda BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli Qətnamələr təcavüzün dayandırılmasını, diqqətin qurbanlara yönəldilməsini və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin həlli yolu kimi dialoqu təşviq etdiyi bildirilir.
Deputatlar Palatası qeyd olunanları və beynəlxalq humanitar hüququn əsas prinsip və normalarına hörmət edilmədiyini əsas tutaraq 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımını pislədiyini və bu insanlıq əlyehinə cinayətin 26-cı ildönümünün anılması münasibətilə Azərbaycan xalqına öz həmrəyliyini ifadə etdiyini bəyan edib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qan donduran məkanda yaşayanlar - FOTO
Hava yenidən istiləşəcək
Çəkinə nəzarət et
14 yaşlı qızdan Dəhşətli Əməl!-FOTO
Obama din azadlığını müdafiə edəcəklərini bildirib
18 yaşadək nikaha girən gəlin və bəylərin sayı azalıb
"Rembo" qayıdır - FOTO
Dilini alnına vuran şəxsin FOTOLARI
Saçların uzanmasını sürətləndirən təsirli maskalar
Sabahın HAVAsı
Yaponiyadan Putinə rədd cavabı
Məşhurlar dünən və bu gün
Ərikli-çiyələkli piroq(foto resept)
Ermənistan TƏŞVİŞDƏ: İsrail rədd cavabı verdi
Misirdə mağara məbədi
Alexa Chungın dəbli donları
Şəhzadə ilə evlən Meghanın bahalı gəlinliyi
Yoqurtu sevməyin 10 səbəbi ( 2-ci hissə)
Sinoptiklər hava ilə bağlı nə deyirlər?
Bütün dünyadan gözəllik sirləri
Musiqi ürəyi gücləndirir
Qışın son ayı necə başlayacaq?
Şəkildə ilk gördüyünüz detal zehin yaşınızı göstərir
Qarpız alaq, almayaq?
Koreyasayağı salat (foto resept)
Yağışlı havada darıxmamaq üçün...
Zakir Həsənov həkimləri cəbhədə topladı
Barmaq izləriniz və xarakteriniz...
Avropadan Azərbaycana Qarabağ xəyanəti
Xərçəng xəstəliyindən qorunun!
Azərbaycanda Müasir Azərbaycan Peşəkarları Layihəsi uğurla həyata keçirilir
Azanı təhqir edən aktrisa həbs olunacaq
Üzünüzü güldürəcək şəkillər
Özge Ulusoydan maraqlı paylaşım-FOTO
Kiçik ölkənin böyük hədəfləri...
"Bakı 2015" Avropa Oyunlarının məşəl proqramının təqdimatı keçirilib
Quru əncir şirniyyatı (foto resept)
Yeni illə gələn təhlükə
Aİ Ermənistan ilə assosiativ sazişi paraflamaq niyyətində deyil
Bakının qiyməti qalxdı
Azərbaycanda rezidenturanı bitirən həkimlərə müjdə
Olimpiya günlərində toy qadağan edildi
Biri-birindən gözəl toy donları
6 ayda 212 kq arıqladı
Yolun solu ilə maşın idarəsi
Ofis işçilərinin xəstəliyi
Ən maraqlı "Şaxta baba" tortları
Acun evini 125 trilyona satdı
Karies haqqında 10 MARAQLI FAKT. 40 yaşdan sonra...
Bülənt Arınç: İslamofobiya insan hüquqlarının pozulmasıdır














