Azərbaycanda meyitdən orqan köçürülməsi ölkədə icbari tibbi sığortanın geniş tətbiqindən sonra daha sürətlə baş verə bilər.
Qadin.Net bildirir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, meyitdən orqan köçürülməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır: "O qərar olandan sonra isə bu işləri həyata keçirmək üçün müvafiq klinikalar yaradılacaq. Bütün bunlar isə maliyyələşməyə bağlıdır. Meyitdən orqan götürmək olar, amma onu sonra başqa bir insana transplantasiya etmək və ondan sonrakı dövrdə orqanı bədəndə saxlamaq üçün aparılan müalicələr çox bahalıdır".
M.Quliyev hesab edir ki, bu əməliyyatların insanlar üçün əlçatan olması üçün icbari tibbi sığortanın işə düşməsi vacibdir: "Bunlar hamısı bir-birinə bağlı olan məsələlərdir. İcbari tibbi sığortanın tətbiqindən sonra meyitdən orqan köçürülməsi daha sürətlə baş verə bilər. İcbari tibbi sığorta bu il pilot şəklində tətbiq olundu. Əgər gələn ildən geniş tətbiqinə başlanılarsa, orqan transplantasiyası da həyata keçirilə bilər".

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
