"Gözəllik daxildən gəlir. Özünüzü azad hiss etsəniz, ətrafınızı sizi xoşbəxt edəcək insanlarla doldursanız, hər zaman gözəl qalmamaq üçün bir səbəb yoxdur. Məncə, mən 10 il əvvəllə müqayisədə daha gözəl görünürəm, çünki problemləri artıq özümə o qədər çox yük etmirəm".
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən fransalı müğənni Patrisiya Kaas deyib. Dünya şöhrətli Patrisiya Kaas “Hürriyet”ə müsahibə verib. Məhəbbət mahnılarının ifaçısı müsahibəsində dünyada qadın kimi yaşamağın çətinliyinə də toxunub.
- Konsertlərinizdə hər kəsə telefonlarını söndürməyi xahiş edirsiniz. Halbuki paylaşım dövründəyik. Nə üçün tamaşaçıdan telefonlarını bir kənara qoymağı istəyirsiniz?
- Rabitə, paylaşım çağı dediyiniz şeylərə dözə bilmirəm. Məncə, insanlar bir-biri ilə ünsiyyət qurmalıdır. Hər kəs telefonla oynayır, hər şeyini sosial şəbəkədə paylaşır. Bu da gözəldir, amma əsas olan detalları unuduruq. Gözlərinizi həyata açın, insanlarla danışın, bir konsertə gedirsinizsə, həqiqətən orada olun, musiqini dinləyin. Telefonla nə isə çəkmək həvəsi konsertdən zövq almağa imkan vermir. Mən tamaşaçımla real ünsiyyət qurmaq istəyirəm. Aramıza telefon və sosial medianın girməsini istəmirəm.
- Konsert turunuzda Livan, Ukrayna və Azərbaycan kimi ölkələr daxildir. Fransızca mahnı söyləyən sənətkar kimi vermək istədiyiniz mesaj"musiqi birləşə bilər”?
- Təbii ki, musiqinin birləşdirici gücü danılmazdır. Amma onu da deyim ki, hər ölkədə tamaşaçıların davranışı fərqli olur. Məsələn, Yaponiyada mən "Artıq alqışlaya bilərsiniz" deyənə qədər heç kim reaksiya vermir. Bu, orada hörmət əlaməti kimi qəbul olunur. Koreyalı tamaşaçılar isə çox çılğındır. O ölkəyə beynəlxalq dərəcəli sənətçilər çox getmədiyi üçün hədsiz dərəcədə xoşbəxt olurlar. Türklər də istiqanlıdır, onlar sevgi hissini və hörmətini ifadə etməkdən çəkinmir.
- Dünyanın dörd bir tərəfində baş verən terror hücumları sənətkar kimi sizə necə təsir edir?
- Dünya on üç ildə çox qəribə olub. Amma həyat davam edir. Yaşamağa, paylaşmağa davam etmək mühümdür. Mən siyasətçi deyiləm, o işlərdə heç gözüm yoxdur. Mən sadəcə sənətçiyəm. Sənətkarın vəzifəsi onu dinləmək istəyənlərlə musiqisini bölüşməkdir. Səhnəyə çıxarkən "Başıma nələr gələcək" deyə düşünmürəm. Əgər bir şey vaqe olacaqsa, başınıza bəla gələcəksə, onsuz da o sizi hər yerdə gəlib tapa bilər. Təəssüf ki, bəlanın baş vermə ehtimalı bəlkə də keçmişə nisbətən daha da artıb. Amma nə edə bilərik? Bütün dünya ağlını itirib, həyatsa davam etməlidir... Mənə elə gəlir ki, sanki son dövrdə dünya geriyə gedir.
- Bu vəziyyət musiqinizə təsir edir? Son dövrdə mahnı sözləriniz daha cəsarətlidir. "Adele" adlı mahnınız bir növ feministlərin manifestinə çevrildi. Mahnılarınızda qadınlara qarşı edilən haqsızlığı, ailə daxili münaqişələri, şidddəti tənqid edirsiniz.
- Mən məhəbbət mahnılarını və şansonlarını oxumaqdan hər zaman kef alıram. Bilirsiniz ki, 2012-ci ildə Edit Piafın mahnılarını oxumuşdum, çünki onun mahnısındakı sözlərin dərinliyi mənə hər zaman təsir göstərib. Amma başqa bir gerçək də var ki, dünyada qadın kimi yaşamaq çox asan deyil. Xüsusilə son dövrdə. Mən bunu yeni kəşf etsəm də, son üç ildə özümə daha çox güvənirəm. Bir sənətkar kimi özümü sübut etdim, artıq ağlımdan keçənləri və demək istədiyimi daha rahat ifadə edirəm.
- 30 ildir məhəbbət mahnılarını ehtirasla və ürəkdən ifa edirsiniz. Bəs özünüz romantiksiniz?
- Söyləmək çətindir. Həyatı sevirəm, işığı sevirəm. Amma çox parlaq olmayan işığı, məsələn, şam işığını. Ya da nurlu üzdə görünən səssiz gülüşü... İnsanların bir-birinə nümayiş etmədən göstərdiyi hörməti. Sadə şeyləri. Bütün bunlar məni romantik edirsə, bəli, bəlkə də romantik qadınam.
- Bu il 50 yaşınınız tamam oldu. Bu yaş sizi dəyişdirdi?
- Beynimdə bu məsələ ilə bağlı kiçikcik belə dərd və ya qayğı yoxdur, içim rahatdır. Qocalıq əlbəttə ki, həyatın həqiqətləridir, bu yaşdan sonra artıq qocalığa addım-addım yaxınlaşırsınız. Odur ki, bəlkə gələcək planlarımı həyata keçirəndə bu amili nəzərə almalıyam. Lakin hələki səhnəyə çıxanda eyni müğənniyəm, qadın olaraq da əvvəlki kimiyəm. Gözəllik daxildən gəlir. Özünüzü azad hiss etsəniz, ətrafınızı sizi xoşbəxt edəcək insanlarla doldursanız, hər zaman gözəl qalmamaq üçün bir səbəb yoxdur. Məncə, mən 10 il əvvələ nisbətən daha gözəl görünürəm, çünki problemləri artıq özümə o qədər yük etmirəm.
XƏBƏR LENTİ
Azərbaycan Kuboku: 1/8 final oyunları
Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar
Şakira və CeyLodan möhtəşəm şou - FOTO+ VİDEO
Kişilərə faydalı məsləhətlər
Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)
Orta məktəblərdə bu şagirdlərə pul mükafatı veriləcək
Azərbaycanlılarla əcnəbilər arasında nikah: vəziyyət nə yerdədir?
Şirniyyat aksesuarlar
Evdə işləri asanlaşdıran dizaynlar
“Azərbaycanda erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb”
Bu gündən karantin rejimi sərtləşdirilir
HAVA necə olacaq? -27 Mart
Sandra Ballokdan ŞOK ETİRAF
İlin ilk Günəş tutulmasının vaxtı açıqlandı
Məşhur aktyor "Barselona"nı ələ saldı
Xərçəng riskini artıran amillər
Məşhur futbolçu 5 milyona torpaq aldı-FOTO
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Kənd toyuğu bahalaşdı
Kosmosda qəbristanlıq tapıldı
Avro dəyərdən düşür
Ebola virusu qarşıdurma yaratdı
Qol vuran qazanır!
Ermənistanda güclü zəlzələ oldu
Balıq piroqu (foto resept)
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
Çiyələkli parfe (foto resept)
Yeri təhlükə gözləyir-Foto
İdeal bədənin 7 sirri
Yalan danışan uşağa necə davranmalı?
Boyun qırışlarını necə azaltmalı?
Dünya mədəniyyətinin ilkləri
Müdafiə Nazirliyindən müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə MÜRACİƏT
Bakıda siqaret qadağasına əməl olunurmu?
İspan dili 11-ci dərs
Təhsili olmayan dahilər
Miqrenə qarşı yeni dərman
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
Uşağınız sol əlini işlədirsə diqqət!
Kreativ kitab rəfləri
Əgər prezident olsaydım...
Günün ulduz falı
Divardan asılmış restoran
Diş ağrısını azaldan 3 təsirli üsul
Milanda gəzməli yerlər
Nəcməddin Sadıqov işdən çıxarıldı?- Rəsmi açıqlama
Özcan Dəniz qalmaqallı FOTO haqqında danışdı
Ürəyimiz yananda çay?
Ayaqqabı və çantalar
Bir damın altında