"Geomaqnit qasırğası daha çox ürək-damar xəstəlikləri, arterial hipertenziya (təzyiqin yüksək olması), ikinci qrup şəkərli diabet xəstəliyi olan insanlara mənfi təsir edir".
Qadin.Net xəbər verir ki, Azərbaycanın baş kardioloqu Faiq Quliyev report-a açıqlamasında bildirib ki, geomaqnit qasırğası zamanı həmin insanların xəstəliyi daha da üzə çıxır: "Bu zaman təzyiqin artması, şəkərin qalxıb-düşməsi halları müşahidə olunur. Yaşlı insanlar daha həssas olur. Gənc nəsildə həssaslıq göstəricisi zəifdir".
Mütəxəssis təbiət hadisəsi zamanı sadalanan xəstəliklərdən əziyyət çəkən insanların dərman qəbulunu dayandırmamağı məsləhət görüb.
O qeyd edib ki, təzyiq və şəkərli diabet xəstələri xəstəliklərinin göstəricilərini daim nəzarət altında saxlamalıdırlar: "Həmin xəstələr adi vaxtda bunu bir həftədən bir edirdilərsə, belə olanda gündəlik yoxlamalıdırlar. Yəni nəzarət məhz bu günlərdə artmalıdır. Lazım gələrsə, hətta dərmanın qəbul dozasını həm artırmaq, həm də azaltmaq mümkündür. Qasırğanın təsir müddəti bitdikdən sonra hər şey öz əvvəlki qaydasında olmalıdır".
"Belə günlərdə evdə və ya bayırda olmağın heç bir fərqi yoxdur. Həmçinin maqnit qasırğasının kişi və ya qadın xəstələrə təsirinin də fərqi olmur. Əsas yaşlı nəsil həssas olur" - deyə F.Quliyev əlavə edib.
Xatırladaq ki, bu gün Günəşin səthində ləkələr müşahidə olunmur, lakin burada formalaşmış tac dəliyinin də çox maraqlı forması var, Günəşin görünən diskinin yuxarı hissəsi boyunca yönəlib, təsiri isə 11 və ya 12 oktyabrdan başlayacaq. Bu təsir, adətən, Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxarır. Fiziki şəraitdən asılı olaraq (Günəş küləyinin sürəti, planetlərarası maqnit sahəsinin istiqaməti və s.), geomaqnit qasırğası da yarana bilər. Bu dəfə G1 sinifli geomaqnit qasırğası gözlənilir. Hazırda atmosfer təyziqi 760 mm.c.t-dur. Geomaqnit indeksi hazırda Kp isə 0-1arasında dəyişir (maksimum 9 olur), lakin gün ərzində getdikcə artacaq.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kosmetikamızı özümüz hazırlayaq (2)
Yuxusuzluğun sağlamlığa mənfi təsirləri
Günün ulduz falı
Apple ilə Samsung barışacaq?
Yay aylarında formada qalmaq üçün nə yeməli?
Fərqi özünüz görün
Hava ilə bağlı XƏBƏRDARLIQ edildi
Goranboyda çay daşdı, 10 kəndi su basdı
Kənarlaşdırılmanın (dışlanmanın) sosial psixologiyası
Bədən üçün kalsium və fosfor
Məşhur rəsmlər günümüzdə
Nazir anons verdi: "Tarif siyasətini davam etdirəcəyik"
Pizza xəmirində balıq
Yağ ləkəsini aradan qaldıran 2 üsul
Xəzər dənizində HƏYƏCAN: "Günəşli" yatağından neftçilər təxliyə olundular
75 yaşlı ulduzun çimərlik FOTOsu HEYRƏTLƏNDİRDİ
Bakı sakininin telefonu partladı
Əslində isə bunu yeyirik
Meyitlər qaytarılan zaman düşmən atəş açıb - Dövlət Komissiyası
Qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlandı
Fransa parlamentarilərinin Dağlıq Qarabağa səfəri məsələsinə XİN-dən SƏRT REAKSİYA
İnstagramda milyonlar qazanan ulduzlar-SİYAHI
Günün ulduz falı
Bürcünüzə görə dekorasiya
2020-ci ilin bürclər üzrə PROQNOZU
3D formatında portretlər
Çanta və ayaqqabı modelləri
Nişan peçenyesi(foto resept)
Milyarderlər bu şəhərə toplaşır
Ermənistan geri çəkilir
İstidə südü bu cür saxlayın
Günün qoroskopu: soyuqqanlı düşünün, təmkinli olun
Şuşada azərbaycanlı polislər fəaliyyətə başladı
Göbələk dolması (foto resept)
Günün qoroskopu: bütün xırdalıqları nəzərə alın
Şokoladlı keks (foto-resept)
Yumurtalı toyuq supu (foto resept)
Yaddaş zəifliyini necə aradan qaldırmaq olar?
Dahilərdən gözəl sözlər - 3
Zərfdən hədiyyə paketi düzəldək
Qara donun tarixi haqqında
Günün qoroskopu:Qətiyyətli olun
Əl işlərim
Məşhur aktyor ilk dəfə ata olacaq
Niderland Türkiyədən üzr istədi
Vazelindən faydalanın
Hava dəyişiklikləri hansı xəstəliklərə yol açır?
Britaniyalılar superkompüter yaratdılar
Saçları seyrəkləşdirən səbəblər
Bakıya 10 vaqonluq müasir qatar gətirildi - FOTO














