Qadin.NET / Baş kardioloq geomaqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Baş kardioloq geomaqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Baş kardioloq geomaqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ ETDİ


"Geomaqnit qasırğası daha çox ürək-damar xəstəlikləri, arterial hipertenziya (təzyiqin yüksək olması), ikinci qrup şəkərli diabet xəstəliyi olan insanlara mənfi təsir edir".

Qadin.Net xəbər verir ki, Azərbaycanın baş kardioloqu Faiq Quliyev report-a açıqlamasında bildirib ki, geomaqnit qasırğası zamanı həmin insanların xəstəliyi daha da üzə çıxır: "Bu zaman təzyiqin artması, şəkərin qalxıb-düşməsi halları müşahidə olunur. Yaşlı insanlar daha həssas olur. Gənc nəsildə həssaslıq göstəricisi zəifdir".

Mütəxəssis təbiət hadisəsi zamanı sadalanan xəstəliklərdən əziyyət çəkən insanların dərman qəbulunu dayandırmamağı məsləhət görüb.

O qeyd edib ki, təzyiq və şəkərli diabet xəstələri xəstəliklərinin göstəricilərini daim nəzarət altında saxlamalıdırlar: "Həmin xəstələr adi vaxtda bunu bir həftədən bir edirdilərsə, belə olanda gündəlik yoxlamalıdırlar. Yəni nəzarət məhz bu günlərdə artmalıdır. Lazım gələrsə, hətta dərmanın qəbul dozasını həm artırmaq, həm də azaltmaq mümkündür. Qasırğanın təsir müddəti bitdikdən sonra hər şey öz əvvəlki qaydasında olmalıdır".  

"Belə günlərdə evdə və ya bayırda olmağın heç bir fərqi yoxdur. Həmçinin maqnit qasırğasının kişi və ya qadın xəstələrə təsirinin də fərqi olmur. Əsas yaşlı nəsil həssas olur" - deyə F.Quliyev əlavə edib.
Xatırladaq ki, bu gün Günəşin səthində ləkələr müşahidə olunmur, lakin burada formalaşmış tac dəliyinin də çox maraqlı forması var, Günəşin görünən diskinin yuxarı hissəsi boyunca yönəlib, təsiri isə 11 və ya 12 oktyabrdan başlayacaq. Bu təsir, adətən, Yerin maqnit sahəsinin həyəcanlaşmasına gətirib çıxarır. Fiziki şəraitdən asılı olaraq (Günəş küləyinin sürəti, planetlərarası maqnit sahəsinin istiqaməti və s.), geomaqnit qasırğası da yarana bilər. Bu dəfə G1 sinifli geomaqnit qasırğası gözlənilir. Hazırda atmosfer təyziqi 760 mm.c.t-dur. Geomaqnit indeksi hazırda Kp isə 0-1arasında dəyişir (maksimum 9 olur), lakin gün ərzində getdikcə artacaq.

10 oktyabr 2017
GO BACK