Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı nəticələrə əsasən, tələbə adı qazanan şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Bu barədə Milli.Az-a DİM-in mətbuat xidmətindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Qeyd edək ki, DİM 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin siyahısı avqustun 12-də (günün ikinci yarısında) "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaq.
Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və ya Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən almaq olar. Jurnalı həmçinin www.abiturient.az saytından sifariş etmək mümkündür.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Serbiya Azərbaycanı seçdi
BÜRCLƏR bizə nə vəd edir? - 12 mart
Azərbaycanda 1000 kişiyə 1011 qadın düşür
Balıq piroqu (foto resept)
İranlı "Ancelina Coli" həbs edildi-SƏBƏB
Fərqli divar dekorasiyası
Məşhur sənətçi hamam xələtində aparıcılıq etdi - FOTO
Prezident İlham Əliyev: "Seçkilərdə xalqımız həm görülən işlərə, eyni zamanda, xoşbəxt gələcəyimizə səs verib"
Qubadlının işğalından 27 il ötür
Leyla Əliyeva “Ağrı”nın təqdimatında -FOTO
Hamı ilə oyun oynamağı sevən it
Məşhur aktyor ata oldu-FOTO
Eşqi evlilik öldürür yoxsa beyin?
Məşhur cütlük yenidən barışdı
Araxisli peçenye (foto resept)
Azərbaycanda yüzlərlə tibb işçisi koronavirusa yoluxub, dördü ölüb - RƏSMİ
Geyim dəstləri
İmmuniteti gücləndirən idman hərəkətləri
Acun Şeymaya aldığı villanı 13 milyona satır - FOTO
"Külək və Atəşin Rəngləri"
Oruc tutmayan insanlar nə etməlidirlər?
Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ
Azərbaycanın cənubunda evlər su altında qaldı
Planetlərin "parad"ı başladı
Azərbaycanda daha 28 nəfər koronavirusdan öldü: 2735 yeni yoluxma
Türkiyə ABŞ ilə birgə hərbi helikopterlər istehsal edəcək
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
ATV-nin üç əməkdaşı koronavirusa yoluxdu - RƏSMİ AÇIQLAMA
Fransada məktəbə 15 qoyun qəbul edildi
Kompüterin var, dərdin var?
"Dəlisov professor" tələbələrini Heyrətləndirdi-VİDEO
Soyuq havalarda dəri qulluğu
Maykl Duqlas villasını sata bilmədi
“Qanlı Yanvar” Şəhidlər Xiyabanında
Azərbaycanda zəlzələ olub
12 illik orta təhsil: belə qorxuludur?
Prezident İlham Əliyev Nardaranla bağlı sərəncam imzaladı
"Yarpaq dökümü" tortu (foto resept)
"Oskar" mərasimi - Ən yaxşılar seçildi - FOTO
Tiflisdə Azərbaycan bayrağını təhqir edənlər cəzalanacaq
Namaz və onun qaydaları (2-ci hissə)
Ancelina Coli müflis olur -FOTO
Küçələri rəngləndirən 13 rəsm
Çox vitamin də ziyandır
Ekspress testlər koronavirusu müəyyənləşdirmir - AÇIQLAMA
“Taxt oyunları”da daha bir xəta - VİDEO - FOTO
Kosmosda kosmik gəminin pəncərəsinə TOP ÇIRPILDI
Şeyma Subaşının kitabı ön satışa çıxarıldı-FOTO
Südlü qarğıdalı unu şorbası (video-resept)
Geyim kombinasiyaları














