Nazirlər Kabineti "Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər"i təsdiq edib.
Qadin.Net trend-ə istinadən xəbər verir ki, yeni tələblərə görə, təhsildə inkişaf və innovasiyalar üzrə qrantların (bundan sonra - qrant) ayrılmasında başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır.
Qrantın ayrılması üçün Təhsil Nazirliyi tərəfindən ildə bir dəfə müsabiqə keçirilir. Qrant müsabiqəsi 2 kateqoriya - ümumi təhsil müəssisələri və fərdi layihələr üzrə keçirilir.
Qrantlar və müsabiqənin keçirilməsi ilə bağlı tələb olunan xərclər hər il bu məqsədlə dövlət büdcəsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Ümumi təhsil müəssisələri kateqoriyası üzrə bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 100000 manatdan, fərdi layihələr kateqoriyası üzrə isə 10000 manatdan çox olmamalıdır.
Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə istənilən dövlət tam orta ümumi təhsil müəssisəsi iştirak edə bilər.
İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər.
Fərdi layihələr kateqoriyası üzrə müsabiqədə iştirak üçün mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər.
Ümumi təhsil müəssisələri kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar bağlanılmış qrant müqaviləsi əsasında 3 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 30 faizi, ikinci mərhələdə 40 faizi və layihənin yekun hesabatı təqdim edildikdən sonra isə qalan 30 faizi nağdsız qaydada ödənilir. Fərdi layihələr kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar mövcud qanunvericiliyə uyğun qaydada bağlanılmış qrant müqaviləsi əsasında 2 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 70 faizi, ikinci mərhələdə isə qalan 30 faizi nağdsız qaydada ödənilir.
XƏBƏR LENTİ
Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib - VİDEO
Elnur finala çıxdı
Dünyaca məşhur turizm saytından Azərbaycana qarşı böyük tərbiyəsizlik
Əhaliyə VACİB XƏBƏRDARLIQ: Qarşıdakı iki gün ərzində bunları etməyin!
Aynaları parıldatmağın incə məqamları
Sərdar Cəlaloğlu: "Milli Şura artıq yoxdur"
Dünyanın ən böyük qızıl külçəsi tapılıb - FOTO
Yuxuda yıxılma hissi
Bu uşaqlar bağçaya göndərilməsin - Pediatrdan MÜHÜM TÖVSİYƏ
Çiy soğanın insan orqanizminə faydaları
Uşaqlarınızın çiyninə qonan təhlükə
Komplekslərinizdən azad olun
Sabahın HAVAsı
Yeni məlumat rekordu vuruldu
"Şokolad" arılar (foto resept)
Ət piroqu(foto resept)
Diabet və obezin qarşısını almaq üçün 3 şəkər alternativi
Demet Şener də reklama başladı-FOTO
Cəfəri maskası
Sağlamlıq resepti
Övladlarımızı sevgidən məhrum etməyək...
Ronaldodan yeni rekord
Heydər Əliyevin vəfatından 11 il ötür
Həyatı qamma-partlayışlar məhv edir
Baş ağrısı və Miqren
Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlandı
Snayderin boşanma SƏBƏBİ məlum oldu
Hillari Klinton: "Putin çox dikbaş adamdır"
Moskvada koronavirusa yoluxanlara təcili yardım taktikası dəyişir
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Jurnalist olmaq istəyənlərin diqqətinə!
Hava haqqında
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanlı gənclər Türkiyəni HEYRƏTƏ GƏTİRDİ - VİDEO
Sellofan torbalar sağlamlığımıza ziyandır
Xankəndi boşdur: 40 min insan Ermənistana qaçıb
"Şarapovanın bütün titulları geri alınmalıdır"
Azərbaycanda quraqlıq yumurtanı da bahalaşdırdı
Bütün dövrlərin ən yaxşı yazıçısı Lev Tolstoy oldu
Hər kəsin dəyəri ədəbi qədərdir
Atatürk heykəli yandırıldı
110 min dollarlıq maşını qəpiklə aldı
Azərbaycanda bütün təhsil müəssisələri bağlandı - RƏSMİ
Instagram-da yeni funksiya - Regram - FOTO
Alma piroqu (foto resept)
Şou ulduzu protein reklamına çəkildi - FOTO
Azərbaycanda ilk dəfə pulsuz Wi-Fi və mini-barı olan dayanacaq quraşdırılıb - FOTO
Gəlinliklər
Məşhur aktrisa izləyicilərini heyran qoydu - FOTO
Uşağın yüksək zəkaya malik olduğunu necə bilək?














