Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Bağçaların bərpası isə valideynləri bir qədər narahat edir. Onlar uşaqlarının virusa yoluxacaqlarından narahatdırlar.
Bəs, uşaqlar bu müddət ərzində özlərini necə qorumalıdır?
Qadin.net publika.az -a istinadən bildirir ki, bu və ya digər vacib məqamlara pediatr Günay Rəsulova ilə aydınlıq gətirib.
Müsahibəni təqdim edirik:
- Bağçaların açılması ilə bağlı qərar verildi. Ancaq virus təhlükəsindən bəzi valideynlər narahatdırlar. Bununla bağlı sizin qənaətiniz necədir? Bağçalarda uşaqların virusa yoluxmaması üçün nələrə diqqət edilməlidir?
- Valideynlər övladlarını necə qoruyacaqlarından narahatdırlar. Uşaqları qorumaq üçün ilk növbədə bir neçə məsələyə diqqət yetirmək lazımdır. Valideynlər ilk olaraq uşaqlarının digər profilaktik peyvəndlərinin tam olmasına fikir verməlidirlər. Bu, çox vacib məsələdir. Valideynlər övladlarına mövsümi olaraq qrip peyvəndi vurdurmağa çalışsınlar. Ən əsası onların immuniteti möhkəm olmalıdır. Bundan əlavə, uşaqlar sağlam qidalandırılmalıdır və vaxtında yatmalıdır. Çünki sağlam qidalanan və normal yuxusu olan uşaqların immun sistemi də yaxşı olur. Tövsiyə edirəm ki, qrip əlamətləri hiss olunan heç bir uşaq bağçaya göndərilməsin. Həmin uşaqlar izolyasiya olunsalar yaxşı olar. Uşaqların qida rasionunda sink tərkibli və vitamin C ilə zəngin qidaların çox olmasına diqqət yetirmək lazımdır. D vitaminini isə profilaktik olaraq istifadə etsinlər. Virusa yoluxmaması üçün xəstə uşaqların bağçaya göndərilməməsi, olduğu otaqların havasının tez-tez dəyişdirilməsi, havalandırılması çox vacibdir. Yaxşı olar ki, uşaqlar bir-birləri ilə çox təmasda olmasınlar və yaxın məsafədə ünsiyyətdən çəkinsinlər.
- Kiçik uşaqların maska taxmasına münasibətiniz necədir? Onlar gündəlik olaraq məktəbdə, bağçada maskadan istifadə etməlidir?
- Maskadan düzgün istifadə etməyi bacaran uşaqların yaş fərqi olmadan qapalı məkanlarda maska taxmasını tövsiyə edirik. Adətən iki yaşa qədər uşaqlar maskadan düzgün istifadə edə bilmədikləri üçün taxmaya bilərlər. Ancaq 2 yaşdan yuxarı uşaqların maskadan istifadəsi yaxşı olar. Açıq havada isə taxmaya bilərlər. Əgər uşaq maska taxa bilirsə və onun üçün sıxıntısı yoxdursa, o zaman maskadan rahatlıqla istifadə edə bilər.
- Sizcə, uşaqlar dezinfeksiyaedici maddələrdən – spirtdən istifadə etməlidirlərmi? Bəzən böyüklər spirtdən mütəmadi istifadənin dəriyə zərər verdiyi üçün kremlərdən istifadə edirlər. Uşaqlar üçün belə bir alternativ varmı?
- Məktəblərdə, bağçalarda olan uşaqların digər insanlarla sosial məsafə gözləməsini öyrətmək lazımdır. Onlar əsasən sosial məsafəyə diqqət yetirməlidirlər. Dezinfeksiyaedici maddələrə gəldikdə isə, onlar əlləri yuduqdan sonra rahatlıqla bu vasitələrdən yararlana bilərlər. Əllərin 30 saniyə müddətində tam şəkildə, barmaq araları və dırnaq dibləri də daxil olmaqla barmaqların ucuna qədər yaxşı yuyulması və yuyandan sonra antibakterial maddələrdən istifadə tövsiyə olunur. Dezinfeksiyaedici maddələr uşaqların çantalarında da ola bilər. Bu, onlar üçün daha rahatdır.
- Uzun müddətdir ki, insanlar evdədir. Əvvəl uşaqlar daha çox parkda gəzir, hava qəbul edirdilər. Ancaq qapanmalarda bu mümkün olmadı. Sizcə, onlarda D vitamini çatışmazlığı yarana bilərmi?
- D vitaminini 2 yaşa qədər uşaqlar fasiləsiz şəkildə qəbul edə bilər. 18 yaşa qədər uşaqların isə qış fəslində bu vitamini profilaktik istifadə etmələrini həmişə tövsiyə edirik. Amma karantin müddətində uşaqlar qapalı ortamlarda çox vaxt keçirirlər. Yaxşı olardı ki, valideynlər uşaqlarında vitamin D analizi etdirsinlər. Əgər bu vitamin onlarda əskikdirsə, o zaman müalicəvi dozalarda qəbul edə bilərlər. Əgər normaldırsa, profilaktik doza ilə davam etməlidirlər.
- Qarşıdan yoluxucu xəstəliklərin daha çox yayıldığı payız və qış fəsli gəlir. Bu müddətdə uşaqlar necə qorunmalıdır?
- Payız və qış fəslində xəstəliklər baş qaldırır. İnfeksiyalar da bu müddətdə daha çox yayılır. Bu müddət ərzində uşaqları qrip əleyhinə peyvəndlər etdirmək lazımdır. Bundan əlavə, qapalı ortamlarda mümkün qədər olmamağa çalışsınlar. Olsalar da maskadan mütləq istifadə etsinlər. Öz otaqlarının, sinif otaqlarının tez-tez havalandırılmasına fikir vermək lazımdır. Sağlam, bol vitaminli qidalardan istifadə etmək tövsiyə edilir. Yaxşı olardı ki, daha çox açıq havada gəzsinlər, çünki təmiz hava qəbul etmək indiki dövrdə çox faydalıdır.
XƏBƏR LENTİ
“Jet sosyete” serialı final edir
Unlanaraq qızardılan balıq xərçəngə səbəb olur-ALİMDƏN ŞOK Rəy
Karantin rejimi daha bir ay uzadıldı - RƏSMİ
Azərbaycanda hotellərin gəlirləri artıb
İsrail "Eurovision" üçün tələb olunan məbləği ödədi
Göbələkli zapekanka(foto resept)
Ermənilər Kəlbəcəri boşaldır - VİDEO
Kişilərin 6 sirri
Bu gün Lavrov və Çavuşoğlu Rusiyada Qarabağ məsələsini müzakirə edəcəklər
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanadan reportaj - VİDEO
Viktoriya Bekhemin QANINDAN krem hazırlandı -Qiyməti 1500 dollar
Saç rezini modelləri
Komandan ön cəbhədə
Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır - HƏYƏCAN TƏBİLİ
Tramp yenidən prezidentliyə namizəd oldu
Günün ulduz falı
55 yaşlı Treysi miqrenə belə qalib gəldi
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Ümidini ipotekaya bağlayanlar, xoş xəbər var!
Tanınmış obrazlar fərqli qələmdən
Müdhiş layihə - Kosmik internet!
Toppuş qızlar arasında gözəllik müsabiqəsi - FOTO
Obama: İŞİD qruplaşması məhv ediləcək
Göz ətrafına günəşdən qoruyucu krem çəkmək niyə vacibdir?
XİN rəhbəri: “Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq”
BÜRCLƏR bizə nə vəd edir?-1 Yanvar
Qlobal istiləşmə - Afrikada rekord istilər
İşğaldan azad edilən Qubadlının daha bir kəndindən görüntülər - VİDEO
Seda Sayanın geyimi DİQQƏT ÇƏKDİ-FOTO
Noyabr üçün dəbli kombinlər
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür
Paşinyan bir saat ərzində iki dəfə Putinə zəng etdi
Bu maska ilə saçlarınız daha tez uzanacaq
Azərbaycan elminə ağır itki üz verdi
50 qəpik at, avtomobilini özün yu- BAKIDA
Pensiyasını orduya dəstək üçün verən ahıl kişi: Azərbaycanı duyğulandıran görüntü - VİDEO
Meyvələrə tələbat artıb
Aforizmlər
Neftimiz neçəyə satılır?
Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma
İnstaqramda Yenilik
Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı
Reklam mesajlarının və tanınmayan nömrələrdən gələn SMS-in təhlükələri açıqlanıb
Burun qanaxmasının səbəbləri və müalicəsi
Azərbaycanlı alim Nobel medalı mükafatı aldı
Apple təbiət meneceri axtarır
“Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın” - Dahilər qadınlar haqqında
Nazik saçlara qulluq
190 manat ödənilən şəxslərin sayı azaldılıb? - RƏSMİ AÇIQLAMA
Ece Erkenin sözləri məsxərəyə qoyuldu-FOTO