Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da növbəti dəfə Talassemiya Mərkəzində olub, burada müalicə alanlarla görüşüb.
Qadin.Net trend-ə istinadən bildirir ki, Leyla Əliyeva Talassemiya Mərkəzində irsi qan xəstəliyi olan talassemiyadan əziyyət çəkən həm xəstə uşaqlar, həm də onların valideynləri ilə görüşdü.
Mərkəzin fəaliyyəti olduqca böyük əhəmiyyət daşıyır. Çünki bu xəstələrin həyatı, ilk növbədə, onlara hər ay qan köçürülməsindən və hər gün dəmirqovucu preparatların istifadəsindən asılıdır. Bu gün 3 min 10 nəfər talassemiya xəstəsi dispanser qeydiyyatındadır. Onlardan təxminən min nəfəri "Beta Talassemiya-Böyük Forma", yəni, talassemiyanın ağır formasından müalicə alırlar. 980 nəfərə mütəmadi eritrositar kütlə köçürülür.
Mütəmadi olaraq Talassemiya Mərkəzinə baş çəkən Heydər Əliyev Fondunun vitse-prezidenti bu dəfə də bu tibb müəssisəsində müalicə alan uşaqların yanına əlidolu gəldi. Leyla Əliyevanın adından Mərkəzə zəruri tibb avadanlığı, kompüterlər və avtomobil hədiyyə edildi.
Mərkəzdə müalicə alanlarla və onların valideynləri ilə görüşən Leyla Əliyeva onlarla söhbət etdi, talassemiyalı uşaqların səhhəti ilə maraqlandı.
Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2015-ci ilin fevralında təsdiq edilmiş "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" həyata keçirilir. Heydər Əliyev Fondu da hələ 2005-ci ildə "Talassemiyasız həyat naminə" layihəsinin başlandığını elan edib. 2014-cü ildən talassemiya xəstəliyinin radikal müalicəsi üçün burada sümük iliyinin transplantasiyasına başlanılıb. İndiyədək 51 nəfər sümük iliyinin transplantasiyası əməliyyatından keçib. Onu da vurğulayaq ki, irsi qan xəstəliyi olan talassemiyanın qarşısının alınması məqsədilə 2015-ci ildən Azərbaycanda nikaha daxil olan cütlüklərin talassemiya ilə bağlı müayinəsi məcburi qaydada aparılır.
Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov Fondun Talassemiya Mərkəzinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını bildirdi.
Mərkəzin direktoru Valeh Hüseynov tibb müəssisəsində xəstələrin müalicəsinin ən yüksək səviyyədə aparıldığını, onların lazımi dərman preparatları ilə təmin olunduğunu qeyd etdi. O, tibb ocağına göstərilən diqqətə görə Mərkəzin kollektivi və müalicə alanların valideynləri adından Leyla Əliyevaya təşəkkürünü bildirdi.
"Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi çərçivəsində talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin keyfiyyəti xeyli yüksəlib, donor qanı ilə təminatı tam həll edilib. Əhalinin tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə Mərkəzin bölgədəki bölmələrində də qan bankı fəaliyyət göstərir və bununla da müalicə üçün xəstələrin və onların valideynlərinin tez-tez Bakıya gəlmək ehtiyacı aradan qaldırılıb.
Leyla Əliyeva Talassemiya Mərkəzində müalicə alan uşaqlara hədiyyələr təqdim etdi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Mərkəzin sümük iliyinin transplantasiyası şöbəsində də oldu, burada həkimlərin ciddi nəzarəti altında müalicə alan uşaqlarla maraqlandı. Leyla Əliyevaya şöbədə aparılan diaqnoz və müalicə üsulları barədə məlumat verildi. Heydər Əliyev Fondunun vitse-prezidenti xəstələrin müalicəsi üçün bundan sonra da lazımi addımların atılacağını bildirdi və uşaqların tezliklə sağalacağına əminliyini ifadə etdi.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Putin Mehriban Əliyevanı təbrik etdi
Çox çay içmək kişilərə zərərlidir
Bakıdakı yeni qrip virusu "donuz qripi"ndən təhlükəlidir?
Nardaranda baş verən hadisələrlə bağlı rəsmi açıqlama
Prezident İlham Əliyev Belarusda səfərdədir
Ermənistanda hərbidən yayınmağın “unikal” üsulu: Saxta koronavirus arayışı alırlar
İnsan (aforizmlər)
Allahşükür Paşazadə Qurban bayramı ilə bağlı fətva verilməməsinə aydınlıq gətirdi
"Dünya gözəli"müsabiqəsinin keçdiyi yol
Magistraturaya ərizə qəbulunun müddəti uzadıldı
“Səfirin qızı” izləyiciləri əsəbiləşdirdi - VİDEO
Bu şalı taxan insan görünməz olur
Dalğalı saçlara necə sahib olmalı?
Sarıkökün faydaları
"Fəzailət xanım və qızları" məhkəməlik oldu-FOTO
Almalı, nanəli şirə (foto resept)
Rusiyaya meteorit düşdü
Azərbaycanın bu il məhsul idxal və ixrac etdiyi əsas ölkələr - SİYAHI
Heydər Əliyev Mərkəzində bərpa edilmiş "Arşın mal alan" filminin təqdimatı olub
Manqalda bişirilən kabablar ziyanlıdır?
Qarderobunuza əlavə etməli olduğunuz geyimlər
Moruqlu çay–hamiləlik zamanı istifadəsi
Nazirdən 190 manat açıqlaması
Azərbaycanda məktəb islahatı: balacalara yer yoxdur
Şəhid generalın xanımı - VİDEO
Qaçışla necə düzgün məşğul olmalı?
Günün qoroskopu: çıxış yolu tapa bilərsiniz
Günün ulduz falı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Sabah məktəblərdə ilk dərs nəyə həsr olunacaq?
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Günün ulduz falı - 14.03.2014
Məhəmməd Əli şoka saldı
Aleyna Tilki Bakıda
Yeni “Nu poqodi”də Canavarın 3D görüntüsü təqdim olunub - FOTO
"Paleo-xəritə"
Tanınmış memar iki kitab təqdim edəcək
Yanlış pəhriz arıqlatmaq əvəzinə kökəldir
2012 yaz dəbinin əsas xüsusiyyəti
Moskvada güclü fırtına gözlənilir - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir?-29 İyul
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
Rəsmi Bakıdan Ermənistan XİN-in “20 yanvar” iddialarına CAVAB
Azərbaycanda gülüş doğuran adlar siyahıdan çıxarıldı
İkimərtəbəli elektrik qatarları Azərbaycana göndərilib
Məşhur aktrisa vəfat etdi
Sərdar Ortaç AÇIQLAMA verdi
Yeni TV-lər
Sobada gül kələmi (foto resept)
Zerrin Özerin fırıldaqçı əri haqqında MƏHKƏMƏ QƏRARI














