"2016-cı ilin aprelində Dağlıq Qarabağda vəziyyət gərginləşəndən sonra Azərbaycan və Ermənistan 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən bəri müharibəyə ən yaxın vəziyyətdədir".
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatında deyilir.
Bildirilir ki, aprel müharibəsinə səbəb olan siyasi və təhlükəsizliklə bağlı vəziyyət daha ağırdır, hər iki tərəf eskalasiyanın yeni dalğasının başladığını iddia edir: "May ayında təmas xəttində vəziyyət kifayət qədər gərginləşib. Nizamlama prosesi dayanıb, hər iki tərəf qarşıdurmaya hazırdır. Bu gərginlik çoxsaylı dinc əhalinin ölümünə gətirib çıxara biləcək genişmiqyaslı müharibəyə və regional güclərin məsələyə müdaxiləsinə gətirib çıxara bilər. Rusiya, Fransa və ABŞ fikir ayrılıqlarına son qoyaraq, tərəflərə konkret güclü təzyiq göstərməli və zorakılığın yenidən baş qaldırması riskinin qarşısını almalıdır".
Hesabatda deyilir ki, ötən ilin may və iyun aylarında prezidentlər səviyyəsində keçirilən görüşlər nəzərəçarpacaq nəticələr verməyib, əksinə ötən il yayın sonlarından eskalasiya daha da güclənib və onlarla insanın ölümünə səbəb olub: "Ermənistan və Azərbaycan liderləri bir-birinə inanmırlar, bir-birinin maraqlarını nəzərə almaq istəmirlər. Onların, habelə hökumət rəsmiləri və ya hərbi vəzifəlilər arasında kommunikasiya mövcud deyil. Nəticədə dayanma baş verib ki, bu da vəziyyətin hər an nəzarətdən çıxa biləcəyi deməkdir. Həmçinin hər iki cəmiyyətdə belə bir fikir formalaşıb ki, yeni müharibə qaçılmazdır və hətta müharibə bahasına olsa belə Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır".
Hesabata əsasən rəsmi Bakı ərazilərinin ilhaqının beynəlxalq ictimaiyyət tərəfindən tanınması, Qərbin sanksiyalarının tətbiqi məsələsində daha tələbkar olmağa başlayıb: "O beynəlxalq subyektlərin Dağlıq Qarabağda fəaliyyətinin qarşısını alır, bu regionda iqtisadi fəaliyyətə və ora səfərlərə mane olur. Gərginlik artdıqca, beynəlxalq vasitəçilik yubanır. Rusiya ən çox təsirə malik xarici oyunçu olsa da, onun bu məsələdə iştirakı qəlizdir. O, Minsk qrupunda ən böyük marağa sahib ölkədir, eyni zamanda Ermənistan və Azərbaycana ən çox silah satan ölkədir. Hər ikisindən görünür ki, Rusiya münaqişənin həllindən çox regionda öz maraqlarını genişləndirməyə çalışır".
Böhran Qrupunun şərhinə görə, güclənməkdə olan qarşıdurma fonunda vasitəçilərin başlıca vəzifəsi Ermənistan və Azərbaycan liderləri arasında mütəmadi təmasları təmin etmək, İrəvan və Bakını mövqelərini yumşaltmağa və ritorikadan əl çəkməyə məcbur etmək olmalıdır: "Onlar hər iki ölkəni məcbur etməlidir ki, etimad və təhlükəsizliyi bərpa etmək üçün təcili tədbirlər barədə razılığa gəlsinlər. Buraya həmçinin ATƏT-in monitorinqini həyata keçirən şəxslərin sayının artırılması, ATƏT rəhbərliyi ilə araşdırma mexanizmlərini işə salınması və ərazilərdə vəzifəli hərbçilər arasında mütəmadi təmasların yaradılması daxildir. Paralel olaraq tərəflər həll olunmamış məsələlərlə bağlı substantiv, o cümlədən Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın statusu, beynəlxalq təhlükəsizlik təminatı və məcburi köçkünlərin qaytarılması məsələləri ilə bağlı danışıqlar aparmalıdır".
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Niyə qadınlardan peyğəmbər seçilməyib?
Özcan Dəniz ata olacaq!
Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı
Şahzadə Harrinin Cenniferə gizli sevgisi varmış-FOTO
"Bizim Tarla" Kompot məhsulu – "Ləziz və Əziyyətsiz"
Günün ulduz falı - 23.02.2014
İzləyicisi Alişanı özündən çıxardı-FOTO
Autizm əsrin bəlasıdır... Analar, diqqətli olun!
Qeyri-adi TOY -FOTO
Permanent makiyaj - Mövcud risklər
Abxaziyadan Qarabağa gələn 20-dək muzdluya cinayət işi açıldı
Kişilər, 8 martda xanımlara bu gülləri almayın
Ölkədə mövsümi yarmarkaların fəaliyyəti dayandırıldı
Xəbərdarlıq: Nə içirsiniz?
Günün ulduz falı
Prezident Vidadi Muradovu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bergüzarla Halitdən 3,5 milyonluq reklam
Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Günün ulduz falı
Abituriyentlərin nəzərinə: Qeydiyyat başlayır
Şeroun Stounun səhifəsi bloklandı-SƏBƏB
Yağ yandıran düyü südü
Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsi məsələsi ilə bağlı AÇIQLAMA
Qırmızı tuflilərdən qorxmayın!
Bordalonun 3D rəsmləri
Əlləri cavanlaşdıran 2 maska
Maaşlarla bağlı gözlənilən qərar verildi
Cəbhədə amansız atışma
1 həftəyə qarındakı yağları necə əritməli?
Türkiyədə koronavirusun üçüncü və dördüncü dalğası xəbərdarlığı
Bakıda hibrid avtomobillər üçün şarj avadanlıqları quraşdırılır
İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi
Dünyanın ilk trilyonçusu Ceff Bezos olacaq
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Ruslar Şvartseneggerin paylaşımına reaksiya verdi - FOTO
Murat Boz böyük qalmaqala son qoydu
Bakıda 35 dərəcə isti olacaq
"Ləzzət" salatı (foto resept)
Londonda Xocalı aksiyası
Özbək plovu (foto resept)
Qız güləşçilərimiz İzmirdən 5 medalla qayıtdı
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
Dünyanın ən müasir həbsxanası - FOTO
Mehriban Əliyevadan Cəbrayılın işğaldan azad edilməsi ilə bağlı paylaşım
Qadınlar sirri neçə gün saxlaya bilər?
Azərbaycanda koronavirusa görə süni tənəffüs aparatına qoşulan xəstələrin sayı bilindi
Koronavirusdan sağalanlardan alınan qan plazmasının effektsizliyi müəyyən edildi
Neftin qiyməti nə vaxt qalxacaq?
Ətin xarab olduğunu göstərən əsas əlamətlər
Brokoli qızartması (foto-resept)














