Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov "SABAHın müəllimi" adlı ali məktəb müəllimlərinin I Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ümumilikdə bir neçə il ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji heyətinin yeni, müasir dövrün tələblərinə uyğun şəkildə seçilməsi qarşıya tələb formasında qoyulub.
Rektor əlavə edib ki, ən mühüm işlərdən biri müəllim kollektivinin və tələbələrin motivasiyasının yüksəldilməsi istiqamətində addımlardır.
Bu gün ADPU-nun Bakı filialında 800-ə qədər pedaqoji heyətin çalışdığını söyləyən C.Cəfərov deyib ki, ali məktəbdəki 114 vakant yerə 500 sənəd verilib. Onların 150-dən çoxu namizədliyini kənardan verib.
C.Cəfərov qeyd edib ki, bundan başqa, universitetdə 200-300 nəfərlik texniki personalın, laborant heyətinin, kitabxana işçilərinin attestasiyası keçirilir.
Rektor hesab edir ki, bunlar pedaqoji sahədə durğunluğun pozulması və bu sahədə olan fəaliyyəti stimullaşdırmağa dair atılan addımlardır.
Onun sözlərinə görə, ölkədə insan kapitalının inkişafı məhz təhsil alan şəxslərin müasir bilik və bacarıqlara yiyələnməsi yolu ilə mümkün ola bilər.
Rektorun fikrincə, bu günün tələbləri olan gələcək müəllimlərin gələcəkdə dərs seçdiyi sinifdə qarşısına çıxa biləcək həqiqət və reallıqlara uyğun şəkildə hazırlanmaları ən əsas strateji hədəfdir:
"Müasir dövrün valideynləri övladlarının gələcək dövrün hədəflərinə uyğun şəkildə yetişdirilməsi üçün yeni yollar və formullar axtarırlar. Yeni minilliyin nəsli olaraq xarakterizə edilən, internetlə kompüter, planşetlə və ağıllı telefonlarla boğulan uşaqları öyrətmək və tərbiyə etmək sözün həqiqi mənasında çox çətindir. Bu işin öhdəsindən gələ biləcək müəllim kadrların hazırlanması təhsil müəssisələrinin qarşısında yeni tələblər qoyur".
Milli.Az
XƏBƏR LENTİ
Məşhur aparıcının FOTOsu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bu xəstəxanalar da koronavirus üçün ayrıldı
Qaynananızı tanıyın
Sıla məhkəməlik oldu-SƏBƏB
Məlum bitkilərin naməlum xassələri
On şəhər və rayonda karantin rejimi sərtləşdirildi - RƏSMİ
Azərbaycanın ən hündür səmənisi yetişdirildi - VİDEO
Balalarımızın şirin sözləri (Son)
Stephen Changa görə artıq çəki problemləri (1)
Hansı geyimlərlə incə görünmək olar?
İnsanlar uzun illər yatacaqlar - SENSASİYALI ARAŞDIRMA
Azərbaycanda əhalinin sayı artıb
Dəmir defisitli anemiyanın profilaktikası
Dünyanın ən bahalı Yeni il ağacı - VİDEO
Tələbələrə çox şad xəbər
Mayın ilk gününə olan hava proqnozu
Dəbli və gözəl görünmək üçün stil dərsləri
Mehriban Əliyeva Aprel döyüşlərində şəhid olan oğullarımız haqqında yazdı - FOTO
Məşhur cütlüyün qızı oldu-FOTO
Delfinlər haqqında bilmədiklərimiz
Epidural anezteziya və hamiləlikdə bel ağrısı
Azərbaycanda Məhərrəmlik başlayıb
Prezidentdən Elmira Süleymanova ilə bağlı SƏRƏNCAM
Üzdə çıxan sızanaqların yerinə görə səbəbləri
İlham Əliyev və Vladimir Putin işğaldan azad olunan bölgələrdəki dini abidələri müzakirə edib
Qəhrəman polisin faciəsi
Hava haqqında - 14.02.2014
Britni Spirsin fotoşop yalanı üzə çıxdı - FOTO
Telefonlarımızı dinləmədən necə qoruya bilərik?
Bir aya 7 kq arıqla
Karma qanunu
Cennifer Lopez toyqabağı XƏYANƏTlə üzləşdi-FOTO
Dünyadakı karantinlərin pərdəarxası - Tramp detalları ilə açıqladı
Börək (foto-resept)
Dəfnindən 5 gün sonra evə qayıtdı
Sıla haqqında dedikləri hamını TƏƏCCÜBLƏNDİRDİ
Tarkan ikinci dəfə ata olmaq istəyir
Hərbçimiz 28 il sonra Şuşadakı evinə yollandı: “Evin yiyəsi gəldi” - VİDEO
22 minədək yeni iş yeri açılacaq
Bu da zəlzələ nəticəsində yaranan ada.
Bu xanımlar bizi I Avropa Oyunlarında təmsil edəcəklər
AFFA daha bir türk futbolçunu milliləşdirdi
Marsa uçmağa hazırlaşan azərbaycanlı ilə müsahibə
Koronavirus sürətlə yayılır
Bazar günü Bakı heyrətləndirəcək
Google İŞİD-ə qarşı müharibəyə başladı
EHTİYATLI OLUN: 3 milyard istifadəçinin hesabı sındırıldı
Azərbaycanda sağlamlıq imkanları məhdud vətəndaşlar üçün aksiya başlanır
Rus alimlər ömrü uzatmaq üçün yeni dərman hazırlayıblar
Dayanacaqlarda elektron lövhələr havanın temperaturunu düzgün göstərirmi?














